2 yaşlı körpəni oğurlamaqda təqsirli bilinən qadına hökm oxundu - FOTO

2 yaşlı körpəni oğurlamaqda təqsirli bilinən qadına hökm oxundu - FOTO

Hazırda oxunan: 2 yaşlı körpəni oğurlamaqda təqsirli bilinən qadına hökm oxundu - FOTO

114593

Bakıda 2 yaşlı körpəni oğurlamaqda təqsirli bilinən Gültəkin Muradovaya hökm oxunub və o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

İttihama görə, hadisə 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, Beyləqan rayon sakini G.Muradova 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevi oğurlayıb.
2022-ci ilin yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində M.Şıxəliyev tapılıb və G.Muradova həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan olunub.

Daha sonra 2 yaşlı uşağın atası da istintaqa cəlb edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO