Dövlət Geoloji İnformasiya Fondunun hüquqi statusu MƏLUM OLDU 

Dövlət Geoloji İnformasiya Fondunun hüquqi statusu MƏLUM OLDU 

Hazırda oxunan: Dövlət Geoloji İnformasiya Fondunun hüquqi statusu MƏLUM OLDU 

114485

Dövlət Geoloji İnformasiya Fondunun hüquqi statusu müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyası qərar qəbul edib. 

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondunun Əsasnaməsi təsdiqlənib. 

Əsasnaməyə görə, Fondun müstəqil balansı, Nazirlik tərəfindən onun istifadəsinə verilmiş əmlakı, xəzinə hesabı, Nazirliyin və Fondun adının yazıldığı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankı var. 

Eyni zamanda Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri var. 

Qeyd edək ki, Dövlət Geoloji İnformasiya Fondu daha əvvəl Milli Geoloji Kəşfiyyat Xidmətinin tərkibində olub. Prezident İlham Əliyevin 27 aprel 2022-ci il tarixli Fərmanı ilə xidmət Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsə çevrilib. Eyni zamanda nazirliyə Dövlət Geoloji İnformasiya Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini təqdim etmək tapşırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO