Ağsuda 70 yaşlı qadın dəm qazından boğularaq ölüb

Ağsuda 70 yaşlı qadın dəm qazından boğularaq ölüb

Hazırda oxunan: Ağsuda 70 yaşlı qadın dəm qazından boğularaq ölüb

114471

Ağsuda zəhərlənmə hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsi, ev 3 ünvanında qeydə alınıb. 

Belə ki, rayon sakini, 1953-cü il təvəllüdlü Nağıyeva Xanım Məhəmmədəli qızı yaşadığı evin hamam otağında yuyunarkən dəm qazından zəhərlənib. 

Yaxınlarının köməyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb və Xanım Nağıyeva dünyasını dəyişib. 

Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. 

Hazırda fakt araşdırılır. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO