Bu ərazilərdə sahibkarlıqla məşğul olan əcnəbilərə işgüzar səfər vizası veriləcək

Bu ərazilərdə sahibkarlıqla məşğul olan əcnəbilərə işgüzar səfər vizası veriləcək

Hazırda oxunan: Bu ərazilərdə sahibkarlıqla məşğul olan əcnəbilərə işgüzar səfər vizası veriləcək

114449

Ələt azad iqtisadi zonasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərə işgüzar səfər vizası veriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı imzaladığı sənəddə əks olunub. 

Dəyişikliyə əsasən işgüzar səfər vizası Azərbaycanda işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin, Ələt azad iqtisadi zonasında fəaliyyət üçün isə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və ya hüquqi şəxslərinin vəsatəti əsasında və ya Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO