Bələdiyyəyə məxsus 135 min 246 manatı mənimsəyən sədrin işi məhkəməyə göndərildi

Bələdiyyəyə məxsus 135 min 246 manatı mənimsəyən sədrin işi məhkəməyə göndərildi

Hazırda oxunan: Bələdiyyəyə məxsus 135 min 246 manatı mənimsəyən sədrin işi məhkəməyə göndərildi

114440

Bələdiyyə sədrinin qanunsuz əməllərinə dair cinayət işi məhkəmyə göndərilib. 

Bu barədə Bizim.Media-ya Yevlax rayon prokurorluğu məlumat verib. 

Məlumata görə, Yevlax rayon Aran Bələdiyyəsinin sabiq sədri Qəşəm Əkbərovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 

İstintaqın gedişində Qəşəm Əkbərovun vəzifədə olduğu 2013-2020-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui istifadə edərək 135 min 246 manat məbləğində bələdiyyə əmlakını mənimsəməsi, habelə bələdiyyənin hüquq və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmasına əsaslı şübhələr müəyyən edilmişdir. 
Toplanmış sübutlar əsasında Qəşəm Əkbərova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilmişdir. 

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO