Qiymətlər o qədər bahalaşıb ki... – “Pensiyalardakı artım bazara təsir etməyəcək”

Qiymətlər o qədər bahalaşıb ki... – “Pensiyalardakı artım bazara təsir etməyəcək”

Hazırda oxunan: Qiymətlər o qədər bahalaşıb ki... – “Pensiyalardakı artım bazara təsir etməyəcək”

114356

Pensiya və maaşların artımı bütün hallarda istehlak bazarında hərəkətlilik yaradır. Bu dəfələrlə rastlaşdığımız haldır. Çünki, pensiya və maaşların artması əhalinin alıcılq qabiliyyətinə müsbət təsir edir. Onu da nəzərə alaq ki, ölkəmizdə əhalinin gəlirlərinin 55 faizdən artıq hissəsi ancaq ərzaq məhsullarının istehlakına xərclənir.

Ona görə də yanvar ayından minimum əmək haqqının və pensiyanın artması istehlak bazarına da az və ya çox dərəcədə təsir edəcək.
Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənovun fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, pensiya və minimum əmək haqlarının artırılması bazardakı qiymətlərə elə bir ciddi təsiri olmayacaq:

“Çünki, qiymətlər son bir ildə kifayət qədər artıb. Və indiki qiymət artımı əmək haqqının və pensiyanın artım faizindən daha çoxdur. Ona görə də demək ki, əhalinin gəlirlərinin arması istehlak bazarında canlanma yaradacaq bu düz olmazdı”.

Əkrəm Həsənov onu da qeyd etdi ki, əslində pensiya və minimum əmək haqqının artırılması qiymət bazarındakı infilyasiyanı sığortalamaq üçün həyata keçirilən bir tədbirdir:

“Ona görə də istehlak bazarında elə bir ciddi dəyişiklik gözlənilmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO