Abşeronda binadakı yanğın söndürüldü - 20 nəfər təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib

Abşeronda binadakı yanğın söndürüldü - 20 nəfər təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib

Hazırda oxunan: Abşeronda binadakı yanğın söndürüldü - 20 nəfər təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib

114247

Xəbər verildiyi kimi, Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən söndürülüb.

Bu barədə Bizim.Media-ya FHN_dən məlumat verilib. 

Bildirilir ki, yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750m² olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230m² sahədə, ümumi sahəsi 830m² olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600m² sahədə yanıb, yanğının mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib. Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO