Cəlilabad-Yardımlı yolu açıldı

Cəlilabad-Yardımlı yolu açıldı

Hazırda oxunan: Cəlilabad-Yardımlı yolu açıldı

114220

Güclü qar nəticəsində bağlanan Cəlilabad-Yardımlı yolu texnikalar vasitəsi ilə təmizlənib.

Bizim.Media-nın cənub bürosuna bu barədə yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, hazırda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

Həmçinin rayonun Zəhmətabad kəndində elektrik xətlərinin qırılması nəticəsində işıqsız qalan 9 kənddə elektrik enerjisinin verilişi bərpa olunub.

Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşayiət olunan güclü qar yağışı daha intensiv şəkildə davam edir və qarın hündürlüyü 35 sm-i keçib.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO