Ermənistanla əməkdaşlıqda ittiham olunan azərbaycanlının məhkəməsi başladı

Ermənistanla əməkdaşlıqda ittiham olunan azərbaycanlının məhkəməsi başladı

Hazırda oxunan: Ermənistanla əməkdaşlıqda ittiham olunan azərbaycanlının məhkəməsi başladı

114201

Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistanın Ukraynadakı səfirliyində məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycandakı qaz boru kəmərləri və digər məlumatlar ötürməkdə ittiham olunan azərbaycanlı Emil Məmmədovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, prosesdə prokuror ittihamda yazılanları elan edib.

İttihamda bildirilib ki, Emil Məmmədov 2017-ci il sentyabrın 26-da Ermənistanın Kiyevdə yerləşən səfirliyində məxfi əməkdaşlığa cəlb olunub. Orada özünü “Erik” kimi təqdim edən şəxslə razılaşdırılıb ki, Emil Məmmədov Azərbaycanda qaz boru kəmərlərinin keçdiyi ərazilər, prezidentin bölgələrə səfərləri, Sanqaçal terminalı, və s. məlumatları toplayıb, mütəmadi onlara ötürəcək. İttihama əsasən, 2019-cu ilin iyununda Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları Emil Məmmədovla görüşüb, ötürülən məlumatların müqabilində ona pul verib, qəbz imzalatdırıb.

Emil Məmmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. Hakim ona məlumat verib ki, bu maddədə 10 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Məhkəmədə o da məlum olub ki, Emil Məmmədov 2021-ci ildən həbsdədir. Ona 2022-ci ilin aprelində narkotik ittihamı ilə 7 il azadlıqdan məhrumetmə cəzası verilib.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs ittihamları qəbul etməyib. Bildirib ki, dövlətə xəyanət ittihamı üzrə özünü təqsirli bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO