Əhalinin banklardakı ƏMANƏT gəlirləri VERGİYƏ qaytarılır? - AÇIQLAMA

Əhalinin banklardakı ƏMANƏT gəlirləri VERGİYƏ qaytarılır? - AÇIQLAMA

Hazırda oxunan: Əhalinin banklardakı ƏMANƏT gəlirləri VERGİYƏ qaytarılır? - AÇIQLAMA

114181

Gələn aydan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri vergiyə cəlb edilə bilər. Yada salaq ki, bəlli devalvasiyadan sonra 2016-cı il fevralın 1-dən 7 il müddətinə fiziki şəxslərin əmanətləri vergidən azad edilmişdi. Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddəti artıq bitir.

Eyni zamanda, məsələ ilə bağlı hələ heç bir yenilik yoxdur.

Məsələ ilə bağlı Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramovun fikirlərini öyrəndik. O Bizim.Media-ya bildirdi ki, nəzərə alaq ki, əmanətlərdən gələn gəlirlərə vergi güzəştləri 7 il müddətinə tətbiq olunmuşdu:

“Hələlik, vergi güzəştlərinin uzadılması ilə bağlı qərar yoxdur. Güzəştlərin tətbiqində məqsəd ondan ibarət idi ki, vətəndaşları kommersiya banklarında daha çox əmanətlər yerləşdirsin”.

Bəs, vergi güzəşti aradan qaldırılarsa bu əmanətlərin azalmasına səbəb olmayacaq ki?

Millət vəkili bildirdi ki, indiki vəziyyətdə bizim təkliflərimiz ondan ibarətdir ki, güzəştlər ləğv olunarsa onda diferensial güzəştlərin saxlanılması məqsədə uyğun olardı:

“Daha az depoziti olan vətəndaşlar üçün vergi güzəştlərinin saxlanılması yaxşı olardı. Çünki, az depozit sahibinin də gəlirləri kifayət qədər azdır. Ona görə də bu məsələdə diferensiallığın qorunması yaxşı olardı. Əhalinin banklara etimadını daha da artırardı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO