Cəlilabadda qarın hündürlüyü 30 sm-ə çatıb - VİDEO

Cəlilabadda qarın hündürlüyü 30 sm-ə çatıb - VİDEO

Hazırda oxunan: Cəlilabadda qarın hündürlüyü 30 sm-ə çatıb - VİDEO

114143

Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır.

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30 santimetrə çatıb.

Yerli sakinlərin sözlərinə görə, yağan qar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Qar səbəbilə Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.

Zəhmətabad kəndində elektrik xəttlərinin qırılması nəticəsində bir sıra yaşayış məntəqələri işıqsız qalıb.

Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşaiyət olunan güclü qar yağışı daha intensiv şəkildə davam edir.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO