Bu gecə Oğuzun mərkəzi küçəsi buz bağlayıb - FOTO

Bu gecə Oğuzun mərkəzi küçəsi buz bağlayıb - FOTO

Hazırda oxunan: Bu gecə Oğuzun mərkəzi küçəsi buz bağlayıb - FOTO

114132

Oğuz şəhərinin Heydər Əliyev prospektində bu səhər nəqliyyatın hərəkəti bir qədər məhdudlaşıb. Çox sayda nəqliyyat vasitəsi yolda qalıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, gecə saatlarında temperaturun xeyli aşağı düşməsi yolların buz bağlamasına səbəb olub. Bu gün səhər saatlarından isə minik avtomobillərinin hərəkətində çətinliklər yaranıb.

Çətinliyin səbəbləri barədə Bizim.Media-ya sürücülər məlumat verib və əlavə ediblər ki, ötən gün yağan qar tam təmizlənmədiyindən şəhərin küçələrində belə bir xoşagəlməz hal yaşanıb.

Məsələ ilə əlaqədar Bizim.Media Oğuz kommunal müəssisələr təsərrüfatı istehsalat birliyinə sorğu göndərib. Bildirilib ki, buz bağlayan yollar qısa zamanda texnika və canlı qüvvələrin köməyi ilə təmizlənib. Hazırda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO