BÜRCLƏRİN sevgi xüsusiyyətləri – Sevgiyə möhtac qoçlar, qısqanc əqrəblər...

BÜRCLƏRİN sevgi xüsusiyyətləri – Sevgiyə möhtac qoçlar, qısqanc əqrəblər...

Hazırda oxunan: BÜRCLƏRİN sevgi xüsusiyyətləri – Sevgiyə möhtac qoçlar, qısqanc əqrəblər...

114030

İnsanların sevgiyə olduqca fərqli baxışları mövcuddur. Bəziləri çox sevdiyi halda, bir çoxları sadəcə sevilməyi arzulayırlar.

Bizim.Media bürclərin sevgiyə və sevdiklərinə qarşı xüsusiyyətlərini araşdırıb.

Qoç

Ekstravert qoçlar ətrafa daim sevgi saçırlar. Romantik münasibətlərdə də qoçlar üçün çox sevdikləri insanlarla birlikdə olmaq böyük önəm kəsb edir. Lakin onlar nadir hallarda sevdikləri qədər sevilirlər. Ona görədir ki, qoçlar sevgiyə möhtacdırlar.

Buğa

Buğalar sirli insanlardır. Onlar sevgilərini də gizli yaşamağa meyillidirlər. Çox sevsələr belə bunu ifadə etməkdən çəkinirlər. Ona görə də buğaları “gizli aşiq” də adlandırırlar.

Əkizlər

Əkizlər də qoçlar kimi sevgi doludurlar. Lakin onların xasiyyəti elədir ki, çətin halda sevilirlər. Ona görə də, əkizlər münasibətlərdə çox sevib, sevilməyən insanlardır.

Xərçəng

Xərçənglər ailə münasibətlərin olduqca önəm verirlər. Xüsusilə də, övlad sevgisi onlar üçün ön plandadır. Ona görə də, evləndikdən sonra zamanla həyat yoldaşlarına qarşı sevgiləri azalır, onun yerini övlad sevgisi doldurmağa başlayır. Yəni, xərçənglər sevgilərini zamanla itirirlər.

Şir

Şirlər üçün eqo, ön planda olmaq əsas məsələdir. Şirlər sevgi münasibətlərində də basqın tərəf olurlar. Lakin partnoyorlarının eqoları onlarınkına üstün gəlsə, münasibəti bitirirlər. Buna rəğmən sevgiləri azalmır, uzun müddət davam edir.

Qız

“Leyli-Məcnun” sevgisini yaşayırlar. Əgər qız aşiq olubsa, qalan heç nəyin onlar üçün mənası qalmır. Qız əgər sevirsə, ölənə kimi sevməyə davam edəcəklər.

Tərəzi

Bu bürcün nümayəndələri sevdiklərinə tamamilə sahib olmaq istəyirlər. Tərəzilər sevdiklərini heç kimlə paylaşmazlar. Hətta sevdiyi insanın valideynlərinə, övladlarına sevgilərini belə qəbul etmirlər.

Əqrəb

Əqrəb olduqca qısqancdır. Bu xarakterlərinə görə hətta tərəziləri də qabaqlayırlar. Sevdiyinin başqa biri ilə söhbət etməsini belə qısqanırlar. Əqrəblər sevdiklərinin həyatında hər zaman ilk planda olmaq arzusundadırlar.

Oxatan

Oxatanlar yalançı aşiqlərdir. Onların sevgisi də imitasiyadır, çünki başqa bir variant çıxdığı anda oxatanların sevgisi avtomatik olaraq yeni şəxsə yönəlir. Bəzən yeni variant tapılmasa belə, sadəcə olaraq sıxıldıqları üçün belə sevgiləri azala bilər.

Oğlaq

Onlar sevgiyə inanmırlar, ta ki aşiq olana qədər. Əgər aşiq olublarsa, sevdiklərini əldə etmək üçün edə bilməyəcəkləri heç nə yoxdur. İnadkar aşiq olan oğlaqlar əgər sevdiklərinə qovuşa bilməsələr, onlar üçün sevgi anlayışı birdəfəlik yekunlaşır.

Dolça

Əgər aşiq olduqları ilə münasibətdədirlərsə, dolçalar hər zaman daha çox sevən tərəf olurlar. Sevən dolça sevdiyi üçün hər şeyi edə bilər, yalnız bir şeydən başqa. O da qürurlarıdır. Dolçalar heç kimə görə qürurlarından keçməzlər.

Balıqlar

Romantika dedikdə ilk ağılagələn bürclər balıqlardır. Təbii ki, sevgililəri ilə münasibətlərdə də romantika onlar üçün vacibdir. Balıqlar daim partnyorlarına hədiyyələr alır, sürprizlər edirlər. Və qarşı tərəfdən də eyni münasibəti gözləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO