Masazırda itlər ADAM öldürür, amma İTLƏRİ öldürmək olmaz – Problemlə bağlı rəsmi AÇIQLAMA

Masazırda itlər ADAM öldürür, amma İTLƏRİ öldürmək olmaz – Problemlə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Masazırda itlər ADAM öldürür, amma İTLƏRİ öldürmək olmaz – Problemlə bağlı rəsmi AÇIQLAMA

113961

Paytaxtda və Bakıətrafı qəsəbələrdə sahibsiz itlərin sayı son vaxtlar daha da artmağa başlayıb. Xüsusən Bakının Suraxanı, Abşeron, Xəzər və digər mərkəzdən uzaq rayonları əməlli-başlı küçə itlərinin oylağına çevrilib.

Masazır qəsəbəsinin sakinləri isə sahibsiz itlərlə mübarizədə daha aciz qalıblar.

Qəsəbənin "Qurtuluş 93” Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadının ölümü problemi daha da qəlizləşdirib. Sakinlər hər gün rastlaşdıqları bu problemdən yaxa qurtarmaqda çətinlik çəkirlər.
Bundan ən çox narahat olan isə valideynlərdir. Baş verən xoşagəlməz hadisələrdən belə məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir, onlara xəsarət yetirməyə çalışırlar. Səhər saatlarında qəsəbəni bürüyən küçə itlərinin əlindən övladlarını məktəbə göndərə bilməyənlər də az deyil.

Uzun illərdir ki, ölkədə sahibsiz it problemi yaşanır. Əvvəllər Sahibsiz Heyvanlara Qarşı Mübarizə Departamenti tərəfindən təhlükəli və quduz itlər güllələnirdi. Hətta bu proses insanların gözü önündə aparılırdı.

Azərbaycan 1997-ci ildə Strasburqda “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulandan sonra məsələnin bu cür yolla həlli aradan qaldırıldı. 2007-ci ildə ölkəmizdə “Heyvanların mühafizəsi haqqında” Qanun qəbul olundu.

Qanuna əsasən, heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən cərimə olunurlar. Cərimə isə əvvəllər 25-45 manat arasında dəyişirdisə, hazırda bu məbləğin 500 manat olduğu bildirilir. 

Ümumiyyətlə dünyanın bir çox inkişaf etmiş ölkələrində sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılır. Heyvanlar küçələrdən yığılaraq sığınacaqlara aparılır, müəssisədə onlara peyvənd vurulur, strelizə və zəruri tədbirlər görülür.

Məsələ sosial şəbəkələrdə yenidən aktuallaşıb. Problemdən zara gələn Masazır sakinləri küçə itlərinin nə vaxt ərazidən toplandığı günü səbirsizliklə gözləyirlər.

Aidiyyəti qurumlar isə nəyi gözləyir, anlamaq olmur?

Abşeron Rayon İcra Hakimiyyətinin Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov Bizim.Media-ya açıqlamasında problemin hələki həll olunmadığını bildirib:

“Abşeron Rayon İcra Hakimiyyətinin tərkibində Abadlıq İdarəsi tərəfindən sahibsiz itlər üçün yer ayrılıb. Hələki hazırlıq işləri gedir və tamamlanandan sonra problem aradan qaldırılacaq. Sakinlərimizin hələ də müraciəti və zəngi gəlir. Haqlı narazılıqlardır. Öz küçəmizdə də itlər sürü ilədir və bu bizi narahat edir. Yeganə çıxış yolu onları yığmaqdır”.
Şahlar Həsənov qeyd edib ki, məsələ ilə bağlı "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinə də müraciət olunub. Amma həmin mərkəz yalnız paytaxtda olan sahibsiz itlərin yığılması ilə məşğuldur:

“İtlərin bir hissəsini zamanında aidiyyəti quruma müraciət etmişdik, aparıb qulaqlarına birka vurmuşdular. Bu proses yenə də davam etsə, həm artımın, həm də quduzluğun qarşısı alınar. Yaxın vaxtlarda problemin birdəfəlik həll edilməsinə nail olacağıq”.

Alçina Amilqızı, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO