Balakəndə avtomobil körpüdən çaya aşıb

Balakəndə avtomobil körpüdən çaya aşıb

Hazırda oxunan: Balakəndə avtomobil körpüdən çaya aşıb

113954

Balakən rayonunda yolların buzlu olması səbəbindən sürüşən avtomobil Katex çayı üzərindəki körpüdən çaya aşıb.

Bizim.Media-nın yerli bürosu bildirir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili Balakəndən Zaqatala istiqamətində hərəkətdə olarkən baş verib.

Balakən rayon ərazisində yolların buz bağlaması qəzanın başlıca səbəblərindən biri kimi göstərilir. Yolda sürüşən avtomobil Katex çayı üzərindəki körpüdən çaya düşüb. 
Sürət həddi yüksək olan avtomobil buzlu yolda bir qədər də sürət alaraq körpünün dəmir məhəccərlərini qıraraq çaya aşıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO