Xızıda qarın hündürlüyü 25 sm olub - VİDEO

Xızıda qarın hündürlüyü 25 sm olub - VİDEO

Hazırda oxunan: Xızıda qarın hündürlüyü 25 sm olub - VİDEO

113926

Şimal bölgəsində şaxtalı, qarlı hava bu gecə də davam edib.

Bizim.Media-nın Quba ərazi hidrometerologiya müəssisəsindən əldə etdiyi məlumata görə, bölgə üzrə ən çox qar (25 sm) Xızının Altıağac qəsəbəsində yağıb.

Qubanın Xaltan kəndində isə 16,3 dərəcə şaxta qeydə alınıb.

Bölgənin bütün avtomobil yolları buz bağlayıb. Qubadakı 5 saylı yol istismar idarəsinin əməkdaşları səhər erkən saatlarından Quba-Bakı, Quba-Qusar, Quba-Xaçmaz, Quba-Xudat və kənddaxili yollara qum və duz tökülməsini təmin ediblər.
İdarənin mühəndisi Rövşən Babayev qurumun gücləndirilmiş rejimi ilə işlədiyini və buz bağlamış yolların nəqliyyat üçün açıq və maneəsiz olması üçün tədbirlər görüldüyünü deyib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO