Qarlı hava infeksion xəstəliklərin azalmasına təsir edəcəkmi? – Həkimdən AÇIQLAMA 

Qarlı hava infeksion xəstəliklərin azalmasına təsir edəcəkmi? – Həkimdən AÇIQLAMA 

Hazırda oxunan: Qarlı hava infeksion xəstəliklərin azalmasına təsir edəcəkmi? – Həkimdən AÇIQLAMA 

113873

Havanın soyuması ilə infeksion xəstəliklərə yoluxanların da sayında artım müşahidə edilməyə başlayıb. Qış aylarını yaşasaq da havaların günəşli keçməsindən sonra qar yağmağı çox insanı sevindirib. Bunun səbəblərindən biri kimi qarlı, şaxtalı havada virusların ölməsidir. Bəs, görəsən, bu fikir nə dərəcədə həqiqətə yaxındır? Qarlı havalarda viruslar azalırmı? 

Bizim.Media-nın sualını infeksionist həkim Mərdan Əliyev cavablandırıb. Həkim bildirib ki, bu fikir həqiqəti əks etdirmir: 

“Bu fikir düzgün deyil. Viruslar ətraf mühitin soyuq temperaturuna qarşı davamlıdır. Soyuq virusları öldürə bilmir. Buna görə hava nə qədər soyuq olsa, qar yağsa da, virusların qarşısını almır. Əksinə havalar isti olanda, Günəşin aktivliyi artanda ultra-bənövşəyi şüalar virusları öldürür. Yayda havanın daha çox rütubətli olması da viruslar üçün əlverişsizdir. Buna görə payız-qış aylarında xəstəliklər daha çox olur. Yaz-yay aylarında isə kəskin resperatur virus infeksiyalara, qripə bənzər xəstəliklərə daha az rast gəlinir”.

Aləmdə Nəsib, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO