Novruz çərşənbələrinin tarixləri məlum oldu

Novruz çərşənbələrinin tarixləri məlum oldu

Hazırda oxunan: Novruz çərşənbələrinin tarixləri məlum oldu

113806

Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin tarixləri məlum olub.

Bizim.Media xəbər verir ki, bu ilin ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.

Belə ki, fevralın 21-də ilk - Su çərşənbəsi, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-dədir.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO