Bakının bu rayonunda 17 bina istiliksiz qaldı - AÇIQLAMA

Bakının bu rayonunda 17 bina istiliksiz qaldı - AÇIQLAMA

Hazırda oxunan: Bakının bu rayonunda 17 bina istiliksiz qaldı - AÇIQLAMA

113775

Bakının Nizami rayonunda 17 binanın istilik təminatında fasilə yaranıb.

Bizim.Media xəbər verir ki, bunu trend.az-a açıqlamasında "Azəristiliktəchizat" ASC-in mətbuat katibi Elvin Basqallı deyib.

"Bu gün saat 06:00-dan 11:30-a qədər çağrı mərkəzimizə 60-dan çox müraciət daxil olub. Müraciətlər ən çox paytaxtın Nizami rayonundan gəlib.

Burada istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb. Əməkdaşlarımız dərhal hadisə yerinə gedib və yaxın saatlarda həmin ərazidə istiliyin verilməsi bərpa olunacaq", - deyə mətbuat katibi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO