“Sədərək”dəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA

“Sədərək”dəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Sədərək”dəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA

113758

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Qurumdan Bizim.Media-ya bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi, təxminən, 10ha olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.

Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO