Salyanda ölümlə nəticələnin ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Kamaz" markalı yük maşını qarşıda gedən unla dolu eyni adlı yük maşınının qoşqusuna, sonra isə beton maneəyə çırpılıb. Hadisə zamanı qoşqu açılıb, un kisələri yola tökülüb.
Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu