Şəki-Zaqatala şagirdlərinin respublika olimpiadasındakı yüksək NƏTİCƏLƏRİ

Şəki-Zaqatala şagirdlərinin respublika olimpiadasındakı yüksək NƏTİCƏLƏRİ

Hazırda oxunan: Şəki-Zaqatala şagirdlərinin respublika olimpiadasındakı yüksək NƏTİCƏLƏRİ

113712

Respublika fənn olimpiadasının rayon mərhələsində 12 nəfər 95-100 arası bal toplayıb.
Bu yüksək nəticə Şəki-Zaqatala regional təhsil idarəsinə daxil olan məktəblərin şagirdlərinə məxsusdur. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala regional təhsil idarəsindən məlumat verilib.

Bildirilir ki, ötən həftə bölgə məktəblərində Respublika fənn olimpiadasının rayon mərhələsi təşkil olunub və bilik yarışına qatılan şagirdlər bu fürsəti dəyərləndirməyə çalışıb. 

Olimpiadada Şəki-Zaqatala regional təhsil idarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 3189 nəfər şagird iştirak edib. Onlardan 779 nəfər növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb. Şagirdlərdən 12 nəfər 95-100 bal arası nəticə göstərib. Bu isə əvvəlki illərə nisbətən yüksək göstərici hesab olunur. 
Hazırda məktəblərdə yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərlə xüsusi iş aparılır. Müvafiq fənnlər üzrə onlara dərsdən əlavə tapşırıqlar verilir, bilik və bacarıqları yoxlanılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO