Balakəndə 300-dən çox cücə necə tələf oldu?

Balakəndə 300-dən çox cücə necə tələf oldu?

Hazırda oxunan: Balakəndə 300-dən çox cücə necə tələf oldu?

113710

Balakənin Gərəkli kənd sakininə məxsus tövlənin yanması ona küllü miqdarda maddi və mənəvi zərər vurub.

Bizim.Media-nın yerli bürosu bildirir ki, axşam saatlarında rayonun Gərəkli kənd sakini 53 yaşlı Rauf İsmayılova məxsus təsərrüfatın mal tövləsində yanğın baş verib.

Yanğına ilkin olaraq kənd sakinləri müdaxilə edib. Lakin yanğın getdikcə gücləndiyindən hadisə yerinə Balakən rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 90 kv metr olan mal tövləsinin yarıdan çoxu, eləcə də  içəridəki 300 ədəd xırda cücə yanaraq tələf olub.

Yanğınsöndürənlər tövlənin qalan hissəsini və yaxınlıqdakı digər yardımçı tikililəri yanğından mühafizə edib .

Yanğının səbəbi araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO