Sürücülərə XƏBƏRDARLIQ: Ağsu dolayları buz bağlayacaq - FOTO

Sürücülərə XƏBƏRDARLIQ: Ağsu dolayları buz bağlayacaq - FOTO

Hazırda oxunan: Sürücülərə XƏBƏRDARLIQ: Ağsu dolayları buz bağlayacaq - FOTO

113641

Ağsu dolaylarında axşamdan yağmağa başlayan qar artıq 5 santimetrə çatıb.

Bizim.Media xəbər verir ki, hazırda dolaylarda qarın intensiv yağması davam edir.

Axşamdan yağan qar fəsadsız ötüşməyib. Belə ki, bəzi kiçik tutumlu avtomobillər hərəkət zamanı sürüşərək yolda qalıblar. 

Bizim.Media xəbər verir ki, hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər.

MMC-nin sahə rəisi  Eldar İsrafilov sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında alternativ yollardan, eləcə də Bakı-Qazax yolundan istifadə etməyi məsləhət görür.
Sahə rəisi onu da bildirir ki, Ağsu dolaylarında axşama doğru yolların buz bağlaması istisna olunmur. Ona görə də sürücülərin bir müddət Ağsu-Kürdəmir yolundan istifadə etməyi  məqbul sayılır.

Qeyd edək ki, ölkə ərazisində kəskin soyuq hava şəraitinin hələ bir neçə gün davam edəcəyi gözlənilir.

Buna görə sürücülər uzaq yola çıxarkən avtomobillərinin texniki sazlığına daha çox diqqət etmələri tövsiyyə olunur.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO