Şuşa, Kəlbəcər və Laçında qarşıdakı 2 gün ərzində temperatur aşağı düşəcək

Şuşa, Kəlbəcər və Laçında qarşıdakı 2 gün ərzində temperatur aşağı düşəcək

Hazırda oxunan: Şuşa, Kəlbəcər və Laçında qarşıdakı 2 gün ərzində temperatur aşağı düşəcək

113549

Yanvarın 8-i və 9-u Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan rayonlarda yanvarın 8-də arabir qar yağacağı və duman olacağı gözlənilir.

Bildirilib ki, zəif şərq küləyi əsəcək və havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-4° şaxta olacaq.

Yanvarın 9-da isə Şuşa, Kəlbəcər və Laçında arabir qar yağacağı və duman olacağı gözlənilir.

Həmçinin bildirilib ki, zəif şərq küləyi əsəcək və havanın temperaturu gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO