Qusarın Gündüzqala kəndində Vətən Müharibəsi şəhidləri Razik Salmanov və Sarvan Şahbazovun anım mərasimləri keçirilib.
Bizim.Media-nın regional bürosu xəbər verir ki, mərasimlərdə şəhidlərin ailə üzvləri, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin Qusar filialının əməkdaşları, kənd sakinləri iştirak edib.
İctimai Birliyin Qusar filialının sədri Canəli Hörmətov qeyd edib ki, Gündüzqala kəndindən olan 31 yaşlı Sarvan Əliəhməd oğlu Şahbazov və 23 yaşlı Razik Telman oğlu Salmanov 2020-ci il oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Onların nəşi bir neçə aydan sonra tapılaraq ailələrinə təhvil verilib.
Razik Salmanov 2020-ci il dekabr ayının 27-də, Salman Şahbazov isə 2021-ci il yanvar ayının 7-də doğulduqları Gündüzqala kənd məzarlığında son mənzilə yola salınıb.
Anım mərasimlərində şəhidlərin döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıqlardan ətraflı bəhs edilib, onların ruhları hörmətlə anılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:53 / 07.01.2023
Qusarda bir kəndin eyni gündə şəhid olan iki hərbçisinin ANIM MƏRASİMİ – FOTO
Hazırda oxunan: Qusarda bir kəndin eyni gündə şəhid olan iki hərbçisinin ANIM MƏRASİMİ – FOTO
Hazırda oxunan: Qusarda bir kəndin eyni gündə şəhid olan iki hərbçisinin ANIM MƏRASİMİ – FOTO
113527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.