Xaçmazdakı cinayətlə bağlı rayon prokurorluğu MƏLUMAT YAYDI 

Xaçmazdakı cinayətlə bağlı rayon prokurorluğu MƏLUMAT YAYDI 

Hazırda oxunan: Xaçmazdakı cinayətlə bağlı rayon prokurorluğu MƏLUMAT YAYDI 

113416

Xaçmazda 31 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

Bu barədə Bizim.Media-ya Xaçmaz rayon prokurorluğundan bildirilib.

Məlumata görə, yanvarın 6-sı Xaçmaz rayonunun Hacılar kəndi ərazisində 1991-ci il təvəllüdlü Aynur Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynur Əhmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Allahverdi Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO