Şəkidə eyni ərazidə son dörd gündə ikinci qəza BAŞ VERDİ - FOTO 

Şəkidə eyni ərazidə son dörd gündə ikinci qəza BAŞ VERDİ - FOTO 

Hazırda oxunan: Şəkidə eyni ərazidə son dörd gündə ikinci qəza BAŞ VERDİ - FOTO 

113413

Şəkidə yerli sakinlərin “Daş-qaya” kimi tanıdığı lakin rəsmi adı “Olimpiya dairəsi” olan ərazidə bu dəfə də mikroavtobus qəzaya səbəb olub.  

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, hadisə günün ikinci yarısında qeydə alınıb.

Belə ki, Şəkidən Suçma kəndi istiqamətində hərəkət edən "Ford" markalı mikroavtobus “TIR” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə mikroavtobusda olan sərnişin 67 yaşlı Minayə Əlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.  
Faktla bağlı araşdırma aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO