Kürdəmir rayon prokurorluğu əri tərəfindən qətlə yetirilən qadınla bağlı MƏLUMAT YAYDI 

Kürdəmir rayon prokurorluğu əri tərəfindən qətlə yetirilən qadınla bağlı MƏLUMAT YAYDI 

Hazırda oxunan: Kürdəmir rayon prokurorluğu əri tərəfindən qətlə yetirilən qadınla bağlı MƏLUMAT YAYDI 

113409

Yanvarın 6-sı saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Pərviz Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Pərviz Qurbanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO