Qanunsuz odlu silah və narkotik saxlayan şəxslər SAXLANILDI - Samuxda... - FOTO

Qanunsuz odlu silah və narkotik saxlayan şəxslər SAXLANILDI - Samuxda... - FOTO

Hazırda oxunan: Qanunsuz odlu silah və narkotik saxlayan şəxslər SAXLANILDI - Samuxda... - FOTO

113306

Samuxda qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Ruzigar Abdullayev rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” markalı tapança, həmin silaha aid 4 ədəd atəşə yararlı 9 mm-lik patron və 1 ədəd sandıqca aşkar edilərək götürülüb. 

Bundan başqa polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlmaqda şübhəli bilinən Omran Kulaib və Elşad İsrafilov saxlanılıb. Saxlanılan şəxslərin üzərlərindən narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürülüb. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO