Bakıda zəncirvari QƏZA - Yaralılar var - FOTO

Bakıda zəncirvari QƏZA - Yaralılar var - FOTO

Hazırda oxunan: Bakıda zəncirvari QƏZA - Yaralılar var - FOTO

113273

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı maşının sürücüsü metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Həmin istiqamətdə olan “Hyundai”, “Opel” və digər “Toyota” markalı maşınların sürücüləri sükana nəzarəti itirərək ardıcılıqla bir-birininə çırpılıblar.

Nəticədə “Toyota” markalı maşında olan iki nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb edilib.

Yaralılara ilkin tibbi yardım göstərilib.

Yolda hərəkəti bərpa etmək üçün Yol Patrul Xidmətinin əməkdaşları əraziyə evakuator xidmətini çağırıblar.

Maşınlar ərazidən götürülüb, hərəkət bərpa edilib.

Hadisənin təffərüatları araşdırılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO