Moderator.az xəbər verir ki, “Siyasi Məhbuslarsız Azərbaycan”x9dİctimai Alyansı hesabat yayıb. “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problem və qarşıda duran vəzifələrə dair”x9d hesabatda deyilir:
HESABAT
Ümumi məlumat. Təqdim olunan hesabat“Siyasi
Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansı tərəfindən hazırlanıb. Hesabatın
hazırlanmasında
qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi
məlumatlardan istifadə olunub, yerli və beynəlxalq qurumlarınmüvafiq hesabatları
nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin
hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin
fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda
mövcud olan istintaq təcridxanalarında, cəza çəkmə müəssisələrindəki mövcud
vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin
monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları
araşdırılıb. Bir sözlə hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və
onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri
məlumatları sənədə köçürüblər.
Hesabatın
əsas bölümlərindən biri Azrbaycanda siyasi məhbus problemi ilə bağlıdır.
Sənəddə problemin meydana gəlməsi, onu
doğuran səbəblər və aktuallığı, eləcə də siyasi məhbuslara qarşı irəli sürülən
ittihamlar, ədalətsiz mühakimə və məhkəmə hökmləri, yerli və beynəlxalq
rəylərdən bəhs olunur.
Hesabat
3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtiva edir; həbs yerlərində
saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi.
Bu
sənəd Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi
məhbus probleminə dair ümumi və ayrı- ayrı mənzərəni əks etdirən son illərin ən real və obyektiv
hesabatlarından biri kimi təqdim olunur.
Hesabatın hazırlanmasında
məqsəd.
Məqsəd həbs yerlərində vəziyyətin yaxşılaşdırılması, məhbus hüquqlarının yerli
və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunması və
siyasi məhbus probleminin həllinə yardımçı olmaqdır. Hesabat qeyd olunan
problemlərin həllinə təsir aləti kimi götürülür, problemin ictimai gündəmə
gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim olunması, həmçinin
ictimai nəzarət funksiyasının həyata keçirilməsinə yardım kimi nəzərdə tutulur.
Hesabatın hazırlanmasında
çətinlik yaradan məqamlar. Həbs yerlərində ətraflı monitorinq aparmaq, mövcud vəziyyəti
araşdırmaq, məhbusların hüquq və vəzifələrinin nə dərəcədə təmin olunmasını
yerindəcə müəyyənləşdirmək, müqayisəli təhlil aparmaq üçün dəfələrlə cəhd
edilsə də Hesabat müəllifləri Ədliyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyi
tərəfindən həbs yerlərinə buraxılmayıb.
Eyni
zamanda Hesabatın daha da dolğun, əhatəli və obyektiv alınması üçün bir sıra
məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün
olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Ədliyə Nazirliyinin
Penitensiar Xidmətindədir. Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra
məqamların dəqiqləşdirilməsi və suallara aydınlıq gətirilməsi üçün Penitensiar
Xidmətə “İnformasiya əldə etmək haqqında”x9d Qanunun tələblərinə uyğun şəkildə
“Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansı tərəfindən 07 yanvar 2013- cü
ildə rəsmi sorğu ilə müraciət edilsə də adı çəkilən qurum qanunvericiliyin
tələblərini pozaraq bu günə qədər sorğunu cavablandırmaqdan boyun qaçırıb. Alyans
tərəfindən məhkəmədə iddia tələbi qaldırılsa da Penitensiar Xidmət informasiya
sorğusunu cavablandırmaqdan imtina edib.
“Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai
Alyansının üzvlərinin həbs yerlərinə buraxılmaması, məhbuslarla görüşə icazə və
imkan verilməməsi, eləcə də bəzi informasiyalara çıxış imkanlarının
məhdudlaşdırılması Hesabatın hazırlanmasında müəyyən çətinliklər yaratdı. Amma
bütün bunlara baxmayaraq alternativ imkanlardan istifadə edilərək Hesabatı
hazırlayıb ərsəyə gətirmək mümkün oldu.
Həbs yerlərində ümumi vəziyyət
Pozitiv
məqamlar. Azərbaycan Avropa Şurasına və digər bir sıra nüfuzlu
beynəlxalq qurumlara üzv olduqdan, müxtəlif konvensiyalara xüsusən, “Avropa
Penitensiar Qaydaları”x9d adlı beynəlxalq Konvensiyaya qoşulduqdan sonra
həbsxanalardakı vəziyyət və məhbusların hüquqlarının təmin olunması ilə bağlı
az da olsa müəyyən nəzərə çarpacaq müsbət dəyişiklilər baş verməkdədir. Yeni istintaq
təcridxanaları və cəza cəkmə müəssisələri tikilir, köhnələri təmir edilir.
Əvvəlki illərlə müqayisədə məhbusların saxlanma şəraiti, yemək, tibbi xidmət,
daşınma, nəzarət və s. məsələlərdə az da olsa müəyyən irəliləyişlər mövcuddur.
Bu sahədə olan qanunvericilik aktlarında müəyyən
təkmilləşmələr aparılıb. “Həbs yerlərində saxlanılan
şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”x9d 22 may 2012-ci il
tarixli Qanun qəbul edilib. Qanunun bir sıra müddəaları Avropa Penitensiar
Qaydalarının tələblərinə uyğunlaşdırılıb. 2013- cü ildən etibarən sənəddə
nəzərdə tutulan bir sıra hüquqlar tətbiq olunmağa başlanılıb. Xüsusən,
məhbusların yaxınları ilə əlaqə saxlaması, onlarla həftədə bir dəfə telefonla
danışmaları, görüşməsi, televiziyaya baxması və radio verilişlərini dinləməsi,
qəzet almalarına şərait yaradılmasını və s. qeyd etmək olar. Dustaqların
daşınması ilə bağlı vəziyyət az da olsa yaxşılaşdırılıb. Qanunun qəbul
olunması dustaqların hüquq və vəzifələrinin yaxşılaşdırılmasına qanunvericilik
əsası yaradıb. Amma təəssüf ki, qanunun tətbiq olunması istiqamətində işlər çox
zəif gedir.
Əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli
təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma
şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına
diqqət artıb. Həmin təşkilatların nümayəndələri uzun fasilələrlə də olsa həbs
yerlərinə baş çəkir, məhbuslarla görüşür, onların saxlanma şəraiti və
hüquqlarının necə təmin olunması ilə maraqlanırlar.
Real təsir gücünə malik olmasa da Ombudsman aparatının
əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş çəkir,
dustaqlarla görüşüb onların şikayətlərini dinləyirlər.
Penitensiar müəssisələrdə saxlanılan şəxslərin
hüquqlarının təmin edilməsinə nəzarətin təşkil edilməsi məqsədlə Ədliyyə
Nazirliyinin strukturunda Cəzaların icrasına nəzarət üzrə müfəttişlik və İnsan
hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi mövcuddur.
Eyni zamanda əvvəlki illərlə müqayisədə aidiyyatı
həbs yerlərində dövlət orqanları dustaqlara dini ayinlərə əməl etməyə icazə verirlər.
Neqativ
məqamlar. Azərbaycanda olan həbs yerlərinin (istintaq təcridxanaları
və cəza çəkmə müəssisələrinin- red.) əksəriyyəti Sovet dövründən qalma köhnə
tikililərdir. Ölkənin hər yerində və bütün dövlət qurumlarında olduğu kimi həbs
yerlərində də qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrı-
seçkilik, korrupsiya, qanunsuzluq və işgəncə halları mövcuddur. Tibbi, texniki,
maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların
yemək, qidalanma, geyim və s. problemləri bərbad vəziyyətdədir. Əksər
həbsxanalar insan həyatı üçün təhlükə mənbəyidir.
Həbs yerlərinə və məhbusların saxlanmasına, onların
hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə nazirliyinin
Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət üçün qapalı,
qeyri- şəffaf, hesabatlılıqdan kənar, ictimai məlumatlandırmanı obyektiv və
operativ təmin etməyən qurum təsiri bağışlayır. Sözügedən qurum bu sahədə
mövcud olan yerli və beynəlxalq qanunların tətbiq olunması, dustaqların faydalı
işlərə cəlb olunması, onların cəmiyyətə yenidən adaptasiya olunması
istiqamətində hər hansı təsirli tədbirlər görmür. Dustaqlar üçün həbs yerləri
əksər hallarda bir növ azadlıqdan məhrum olunan şəxslərin islah olunması, öz
səhvlərindən nəticə çıxarması əvəzinə daha çox onların cəza çəkilən,
qanunsuzluğun və ədalətsizliyin baş alıb getdiyi bir mühitdən bir az da kobud
və qisasçı ruhda yenidən cəmiyyətə qaytaran müəssisə təəssüratı yaradır.
Həsb
yerlərində dustaqların saxlanma şəraiti.
Əksər həbsxanalarda dustaqların saxlanma
şəraiti bərbad vəziyyətdədir. Həbs yerlərində keyfiyyətsiz qidalanma, zəif
tibbi xidmət, normadan artıq məhkumun bir yerdə saxlanması, müəssisə
rəhbərliyinin qeyri- professional münasibəti, istilik və soyutma sisteminin
tələblərə cavab verməməsi, anti- sanitariya və s. hallar hökm sürür. Həbsdən
yeni çıxmış keçmiş siyasi məhbus, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi
Mərkəzinin üzvü Bəşir Süleymanlı bildirir ki, dustaqların saxlanma
şəraiti yaxşı səviyyədə deyil; “Təcridxanada 4 nəfərlik yerdə bəzən 6 nəfər, 8
nəfərlik yerdə 10 və daha artıq təqsirləndirilən şəxs saxlanılır. Bunu
tutulanların sayının coxlugu ilə izah edirlər. Cəzaçəkmə müəsissəsində vəziyyə
daha da acınacaqlıdır. Məhkumlar üçün nəzərdə
tutulan yer sahəsinə nəinki əməl edilmir, hətta onlar daha da sıx yaşamağa
məcburdurlar. 30 kv.m. yerdə 20 nəfər saxlanılır və kvadrat artdıqca da çox
məhkumun yerləşdirilməsinə başlanılır. Ümumiyyətlə, cəza çəkmə müəsissələrində normadan artıq
məhkum saxlanılır. Bunu sadə hesablama ilə də öryənmək olar ki, əgər cəzaçəkmə
müəsissəsində qanunda nə qədər adam saxlanılmalıdı, ancaq real nə qədər məhkum
saxlanılır. Bizdə hətta yerin çatışmazlığından korpuslarda olan televiziya
otaqlarını ləğv edib yataq otaqları düzəldirdilər. Əvəllər korpusların hər
birində televiziya otagı olub. İndi yalniz korpusdan kənarda 2 televiziya otağı
qalıb.
Tualet və əl-üz yumaq yerləri isə çox bərbad
və natəmizdir. Qışda isti su verilmir, bu da daha çox
xəstəliklərin yaranmasına və yayılmasına rəvac verir.
Həbsxanada yeməyin keyfiyyəti çox aşağıdır.
Dustaqlar yalnız evdən gondərilən ərzaqlarla və həbsxananın içərisində olan dükandan
ərzaq almaqla keçinirlər. Imkansız dustaqlar isə həbsxananın yeməyini yeməyə
məhkumdurlar.
Həbsxanada 2 televiziya otagı və bir böyük
kinoklub var. Bir otaqda daha çox xəbərlər proqramı, digər otaqda isə kino və şou
verilişlərə baxanlar toplaşır. Kanallara baxmaq müstəqilliyi məhkumlardan
asılıdır. Və istədikləri kinolara baxmaqda müstəqildirlər. Buna görə müdaxilə
yoxdur. Kino klubda isə mutamadi olaraq maraqlı kinolar və kliplər verilir. Buranın
da kino seçimində məhkumların istəkləri nəzərə alınır.
Həbsxanada normal kitabxana var. Dunya
ədəbiyyatının məşhur yazıçılarının əsərlərini əldə etmək mümkündür. Hətta yeni
tərcümələr gətirilməkdə davam edir. Hesab edirəm ki, kitabla baglı elə bir
problem yoxdur. Amma qəzetlər bir gün gecikmə ilə yalnız hakimiyyətin nəzarətində
olan və dövlət qəzetləri gətirilir. Müstəqil qəzetlər hətta özümüz abunə
olduqda belə bizə verilmirdi.
Həbsxanada normal idman mərkəzi fəaliyyət
göstərir. Güləş, fiziki hazılrıq üzrə müəllimlər məhkumlara dərslər keçir. Bu
sahədə elə bir problem yoxdur. Hər gün məhkumlar müəsissənin ortasında olan
meydançada futbol oynamaqda sərbəstdirlər.
“Yarıqaranlıq at tövləsində saxlanılan
dustaq özünü müdafiə edə bilməz”x9d.Həbsdən yeni çıxmış digər
keçmiş
siyasi məhbus, “Xural”x9d qəzetinin baş redaktoru Əvəz Zeynallıhəbs yerlərində
dustaqların saxlanma şəraiti ilə bağlı bildirir ki, ümumi vəziyyət son zamanlar yaxşılığa doğru
dəyişsə də, ancaq insan ləyaqətinə yaraşmayan hallar hələ də çoxdur və bu haqda
Penitensiar Xidmət mətbuata açıqlama verməkdən çəkinir; “Yaradılan yeni
xidmətlər də korrupsiya predmeti olur və Penitensiar Xidmət və onun işçilər hər
yeniliyi pula çevirməyi bacarırlar. Görüş tarixləri və telefondan istifadə haqda
yeni qanun müsbət dəyişikliklər gətirsə də, faktiki olaraq Penitensiar Xidmət əməkdaşları
istədikləri zaman bunu qadağan edə bilirlər.
Təqsirləndirilən
şəxslər saxlandıqları həbs yerlərində yaxınları ilə hər həftə görüşə
bilməlidirlər. Bir çoxlarına bu imkan verilmir. Amma pul verən kimi görüş
imkanı da yaradılır. MTN təcridxanasında bu imkandan təqsirləndirilən şəxslər
demək olar ki, yararlanmırlar.
Otaq-kameralar
çox sıxlıqdır. Həbs olunanlar o qədər çoxdur ki, təqsirləndirilən şəxslər bəzən
yerdə yatırlar. Su problemi olur, çünki Bakı İstintaq Təcridxanası standartlara
uyğun tikilməyib.
Dustaqların
məhkəmələrdə saxlanılması qaydaları insan ləyaqətinə uyğun deyil. Xüsusilə,
Bakı Ağır Cinayətlər Məhkəməsində saxlama yeri bərbaddır. Ora əvvəlcə milyonçuların
atlarının saxlanıldığı at tövləsi olub. Havalandırma sistemi yoxdur. Orada bir
neçə dəqiqə qalmaq belə insan sağlamlığı və ləyaqəti üçün təhlükəlidir.
Yarıqaranlıq at tövləsində saxlanılan dustaq özünü müdafiə edə bilməz.
“Zon”x9d- larda hər şey daha mürəkkəb və çətindir. Hava da, az qala nəfəs almaq da pulludur. Görüş, uzunmüddətli görüş, hamam, telefon, növbədənkənar görüş - hamısı pulludur.
Hətta “zon”x9d-da yatmaq da pulludur.2-3 manatını ver, yatmağına kimsə qarışa bilməz.Vermədinsə, vay halına, dərhal yazacaqlar və səni saatlarla "kars"ın qapılarında gözlədib başına oyun açacaqlar.
Dustaqların hüquqları.Həbs yerlərində məhkumlar qanunların onlara verdiyi imkanlardan bir çox hallarda istifadə edə bilmirlər.Necə deyərlər qanunlar kağız üzərində qalır.Çox zaman onların hüquqları kobud şəkildə tapdanır.Dəmir barmaqlılar arasında tapdanmış hüquqlarını qorumaq və tapdanmış hüququ bərpa etmək çox çətindir, bəzən isə mümkün olmur.Əvəz Zeynallı bildirir ki, həbs yerlərində dustaqların hüquqları nəinki qorunur, addımbaşı tapdanır;“Onlara dövlət tərəfindən istifadə olunması nəzərdə tutulan məişət ləvazimatları ya verilmir, ya da yararsız vəziyyətdə olur, xidmətlərdən istifadə etmək qeyri- mümkün səviyyədədir.Qanunla məhbuslara sabun, diş pastası, diş şotkası və lazım olan bütün ləvazimatlar verilməlidir. Amma praktikada başqa cürdür.Bakı İstintaq Təcridxanasında həftədə 1 dəfə bu şeylər verilir, amma istəmədən verilməz.Yəni sən xüsusi tələb etməlisən.
Dustaqlar arasında elə mühit yaradıblar ki, bir şey istəmək bir az da ayıb sayılır. Sistem özü bunda maraqlıdır ki, heç kim heç nə tələb etməsin.Başqa tərəfdən, hamı özü üçün hər şeyi evindən gətirir. Ona görə də hökumətin sabun-şotkasına ehtiyac duymur. Bu da yenə sistemə yarar gətirir. Çünki minlərlə dustağın adından ayrılan milyonlarla dəyəri olan vəsaiti mənimsəyirlər.
Təcridxanadan fərqli olaraq, "zon"larda istəməsən, tələb etməsən, ərizə ilə birbaşa rəisin adına müraciət etməsən, heç nə vermirlər. Verdikləri də istifadəyə yararlı olmur. Dustaq adətən ona lazım olan şeyləri ya evindən gətizdirir, ya da öz puluna "zon"larda fəaliyyət göstərən dükanlardan alır. "Zon"larda fəaliyyət göstərən dükanlarda isə hər şey bayıra nisbətən çox bahadır.
Yəni qanunda nəzərdə tutulan ləvazimatları almaq "zon"-da həm də ayıb sayılır. Buna sistem də rəvac verir. Bu, sistemin işinə gəlir, məhkumlara verilməli olan ləvazimatların milyonlarla dəyəri var və bu, Penitensiar Xidmətin rəhbərliyi ilə "zon" rəhbərliyi arasında bölüşdürülür.
Mən sistemi öyrənmək və nələr verdiyini öyrənmək üçün "zon"-da rəhbərliyə müraciət etdim. Ərizə yazmaq lazım olduğunu dedilər. Yazdım. 6 ay keçdi. Məlum oldu ki, dəstə rəisi ərizəmi itirib. Bir də ərizə yazdım. Ərizə rəisə getdi. 1 ay da orada gözlədildi. Sonra mənə bir şeylər verdilər. Hansı ki, mən o şeylərdən istifadə etmədim. Qanunda nəzərdə tutulan heç nə yox idi. Bir dəst corab, bir diş pastası. Diş pastası da xarab çıxdı, atdım.
Bakı İstintaq Təcridxanasında idmanla məşğul olmaqdan söhbət gedə bilməz. Ora kamera şəraitidir. Təqsirləndirilən şəxslər yalnız gəzinti üçün nəzərdə tutulmuş meydançada özləri istədikləri idman növləri ilə məşğul ola bilərlər. Bunun üçün də imkan yox kimidir.
Amma "zon"-larda idman salonları mövcuddur və orada hər cür idman alətləri var. İdmanla məşğul olmaq mümkündür. Dustaqlar arasından oranı işlədənlər və müəllimlər olur. O da pulludur. Ayda 10-15 manat verməsən, olmaz. Çünki rəislər oranı özlərinin obyekti kimi işlədirlər.
Mən lazım olanda getmişəm. Məndən təbii ki, heç kim pul istəmirdi, ancaq qalan hamı üçün pullu idi. Pulunu verməyən məhkum ora girə bilməzdi."Zon"larda idman salonları da rəislərin qazanc gətirən obyektlərinin sırasında yer alır”x9d.
Həbsdən yeni çıxmış keçmiş siyasi məhbus, tanınmış vəkil Qurban
Məmmədov
həbs yerlərindəki vəziyyətlə bağlı bildirir ki, dustqların saxlanma şəraiti
10-15 il öncə ilə müqayisədə yaxşılaşsa da, dövlətimizin imkanları və Avropa
həbsxanaları ilə müqayisədə bərbad vəziyyətdədir; “Korrupsiyanın səviyyəsi
dövlətimizdəki korrupsiya səviyyəsindən geri qalmır, bir az da artıqdır. Çünki
orada "zorən müştərilər" var, dustaqların seçim imkanı yoxdur”x9d.
Həbs yerlərində dustaqların
saxlanma sıxlığı. Yuxarıda
qeyd olunduğu kimi Azərbaycanda mövcud olan həbs yerlərinin əksəriyyəti Sovet
dövründə tikilib və müasir tələblərə cavab vermir. Digər tərəfdən son zamanlar
ölkədə həyata keçirilən geniş miqyaslı həbslərdən dolayı həbsxanalarda
dustaqların saxlanma sıxlığının artdığı müşahidə olunmaqdadır. Aparılan
araşdırmalar göstərir ki, istər İstintaq Təcridxanalarında, istərsə də Cəza
Çəkmə Müəssisələrində dustaqlar üçün nəzərdə tutulan adam başına saxlanma
tutumu hazırda normadan artıqdır. Bir dustaq üçün saxlanma sıxlığı minumum 4
kv.m nəzərdə tutulduğu halda (bax; “Həbs
yerində saxlanan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”x9d
Qanun, Maddə 21.2) bu rəqəm bir çox hallarda 2- 2,5 kv.m-ə düşür. İstintaq
Təcridxanalarında (məsələn, 3 saylı Şüvəlan İstintaq Təcridxanası-red.)
dustaqların saxlandığı kameralarda hündürlüyü 1 metr olan üstü açıq ayaq
yolları var. Ümumi yaşayış sahəsinə daxil olan ayaq yolları kameralarda həm
sanitar, həm də havalanma nöqteyi nəzərdən problemlər yaradır.
Aşağıdakı
cədvəldə dustaqların saxlanma sıxlığı (kamera və baraklarda) real duruma uyğun
qeyd olunub.
Cədvəl 1.
Həbs yerlərində dustaqların
saxlanma sıxlığı (nəfər/kv.m-lə)
|
Sıra sayı |
Kamera və barakların ümumi
sahəsi |
Normada saxlanmalı
olandustaqların sayı |
Faktiki saxlanılan
dustaqların sayı |
|
1. |
4
kv.m |
1
nəfər |
1-
2 nəfər |
|
2. |
8
kv.m |
2
nəfər |
3-
4 nəfər |
|
3. |
16
kv.m |
4
nəfər |
5-
6 nəfər |
|
4. |
40
kv.m |
10
nəfər |
13-15
nəfər |
|
5. |
60
kv.m |
15
nəfər |
20-
25 nəfər |
|
6. |
120
kv.m |
30
nəfər |
40-
45 nəfər |
|
7. |
200-
240 kv.m |
50-
60 nəfər |
80-
120 nəfər |
|
8. |
320-
360 kv.m |
80-90
nəfər |
130-
180 nəfər |
Qışda kamera və baraklarda temperatur 18 dərəcədən
aşağı olmamalıdır. Amma bəzən saxlanılan yerlər o qədər soyuq olur ki, dustaqlar
evdən gətirdikləri 2 yorğana bürünüb yatırlar.
Dustaqların yanına gələn məhbus ailələri və
yaxınları üçün həbs yerlərində gözləmə yerləri ya yoxdur, ya da bərbad
vəziyyətdədir. Mövcud olan əksər gözləmə “sığınacaq”x9d-ları isə uçuq- sökük, toz-
torpaq içində, anti- sanitariya vəziyyətindədir. Qışda soyuqdan, yayda isə
istidən orda dayanmaq mümkün deyil. Həmin yerlərin sərinləşdirici ventiliyasiya
və istilik sistemi yoxdur.
Həbs yerlərindəki vəziyyətə beynəlxalq baxış. Azərbaycandakı
saxlanma və həbs yerlərində vəziyyətlə bağlı vaxtaşırı olaraq beynəlxalq
təşkilatlar və qurumlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ Dövlət
Departamenti, Amnestyu İnternational, Human Rights Watch təşkilatı və s.)
tərəfindən açıqlanan hesabatlarda məlumat və münasibətlər yer alır. Bu
istiqamətdə son 3 ildə yayılan hesabatları ümumiləşdirsək bu qənaətə gəlmək
olar ki, Azərbaycanda həbsxana şəraiti ağır olaraq qalmışdır və infrastrukturun
təkmilləşdirilməsinin davam etdirilməsinə baxmayaraq bəzi həbsxanalardakı
şərait həyat üçün təhlükəlidir. Çox sayda məhbusun bir yerdə saxlanılması,
qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su
çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yolxucu
xəstəliklərin yayılması probleminə səbəb olmuşdur (ABŞ Dövlət Departamentinin
Hesabatından;//photos.state.gov/libraries/azerbaijan/749085/hajiyevsx/).
ABŞ Dövlət Departamentinin Azərbaycandakı həbs yerləri ilə bağlı
yaydığı hesabatda qeyd olunur ki,
infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə
baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və
onlar beynəlxalq standartlara cavab vermir. Dövlət orqanları məhbusların fiziki
hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri ilə görüşlərə
məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak
etmələri üçün çox az sayda imkanlar var. Keçmiş məhbusların bildirdiyinə əsəsən
gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırırlar.
Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını
oxuyurlar. Həbsxana uçot sistemi lazımi səviyyədə təşkil edilməyib.
ABŞ Dövlət Departamentinin “İnsan Haqları 2014”x9d
hesabatının Azərbaycanla bağlı hissəsinin bəzi qeydlərini təqdim edirik;
Həbsxanalarda və
saxlama məntəqələrində şərait.Həbsxanalarda şərait pis, bəzən
isə həyat üçün təhlükəlidir. Bəzi penitensiar müəssisələrdə saxlanılanların
həddən artıq olması, qeyri-adekvat qidalanma, isitmə və havalandırma sisteminin
pis olması, zəif tibbi qayğı səbəbindən yoluxucu xəstəliklərin yayılması
problem olaraq qalır.
Ədliyyə Nazirliyinin məlumatına görə, penitensiar müəssisələrdə 104
ölüm halı qeydə alınıb. Onlardan 79-u müalicə müəssisəsində baş verib. Daxili
İşlər Nazirliyi isə ilin ilk 9 ayı ərzində nazirliyin saxlama yerlərində 2 ölüm
halının baş verdiyini bildirib. Prokurorluğun məlumatına görə, hər iki hal
ölənin səhhəti ilə bağlı olub.
Məhbuslar nəzarətçilər tərəfindən döyüldüklərini və təcrid kameralarına
salınmaqla cəzalandırıldıqlarını bildiriblər.Məhbusların çoxu məhkəmə
orqanlarına və Ombudsmana şikayət edə bildiklərini söyləsələr də, həbsxana
rəhbərliyi məhbusların yazışmalarını daim oxuyublar.
Hökumət bəzi beynəlxalq və yerli təşkilatların, o cümlədən Beynəlxalq
Qızıl Xaç Komitəsinin, Avropa Şurası Parlament Assambleyası sədrinin və
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin həbsxanalara ziyarətinə icazə verib.
Ədliyyə Nazirliyi İşgəncələrə qarşı Azərbaycan Komitəsindən penitensiar
müəssisələrə baş çəkməzdən qabaq məlumat verməyi tələb etsə də, Daxili İşlər
Nazirliyi belə bir məlumatlandırma şərti qoymayıb. Sentyabrın 17-də BMT-nin
İşgəncələrə qarşı alt komitəsinin müstəqil ekspertləri hökumətin bəzi saxlama
yerlərinə baxışa icazə verməməsi səbəbindən səfərlərini qısaltmalı olublar.
Polis və
təhlükəsizlik aparatının rolu.Qanun özbaşına həbs və saxlamanı
qadağan etsə də, hakimiyyət ümumilikdə bu qadağaya riayət etməyib və cəzasızlıq
başlıca problem olaraq qalıb.Polis kütləyə nəzarət etmək üçün müxtəlif
metodlardan istifadə edib. Bəzi hallarda dinc etirazçıları saxlayaraq, onlara
qarşı həddən artıq güc tətbiq edib.
Ümumilikdə, təhlükəsizlik qüvvələri cəzasız qalsa da, Daxili İşlər
Nazirliyi il ərzində vətəndaşlara qarşı pis rəftara, əsassız saxlama və həbsə
görə 190 polis əməkdaşı barəsində intizam tənbehi tədbiri görüldüyünü
açıqlayıb.
Həbs proseduru və saxlanılanlara qarşı rəftar.Aprel ayında parlament Cinayət Məcəlləsinə
dəyişiklik edib. Polisin fərdi məhkəmə qərarı olmadan saxlamaq müddətini 48
saatdan 96 saata qaldırıb. Ayrı-ayrı vaxtlarda məhkəmə qərarı olmadan günlərlə
saxlanılma halları baş verib. Bəzən isə məhkəmə fərdin həbsi barədə qərarı onun
həbsindən sonra çıxarıb. İstər siyasi həbslərdə, istərsə də adi həbslərdə
vəkillə təmin edilmə hüququ tez-tez pozulub. Bakıdan kənarda vəkillə təmin
olunma məsələsi xüsusilə acınacaqlıdır.
Müxalif fəal,
hökumətin Facebook-da tanınmış tənqidçilərindən olan Fərəc Kərimov heç kimə
xəbər verilmədən 10 gün saxlanılıb. Məlumata görə, həmin 10 gün ərzində o,
narkotiklə bağlı ittihamı boynuna alması üçün döyülüb. Amnesty İnternational
Fərəci və ondan 6 gün əvvəl həbs edilmiş qardaşı Siracı “vicdan məhbusu”x9d elan
edib.
Bəzi hallarda fərdi
yaxalamaq üçün polis onun yaxınlarından girov kimi istifadə edib. Avqustun 2-də
polis Facebook və AXCP fəalı Ruslan Nəsirlinin atasını saxlayaraq, onu yalnız oğlunun
polisə təslim olmasından sonra azad edib.
Özbaşına həbs: Polisə müqavimət, qanunsuz narkotik vasitə
və ya silahdaşıma, yaxud ictimai asayişi pozma kimi qondarma ittihamlarla
özbaşına həbslər həyata keçirilib. Məsələn, yanvarın 24-də Facebook fəalı və
bloqqer Ömər Məmmədov həbs edilərək, qanunsuz narkotik maddə saxlama ittihamı
əsasında 5 il azadlıqdan məhrum olunub.
Ədalətli mühakimədən imtina.Konstitusiyanın müstəqil məhkəməyə təminat
verməsinə baxmayaraq, hakimlər icra hakimiyyətindən müstəqil fəaliyyət
göstərmirlər. Məhkəmə sistemi korrupsiyalaşmış və qeyri-səmərəli olaraq qalır.
Bir çox məhkəmə qərarı hüquqi cəhətdən əsassız olub, məhkəmə çəkişməsində
təqdim edilən sübutlara uyğun gəlmir. Etibarlı məlumatlara görə, hakim və
prokurorlar Prezident Administrasiyasından və Ədliyyə Nazirliyindən təlimat
alırlar.
Məhkəmə proseduru.Bir çox hallarda hakimlər öz qərarlarını yekunda
oxumayıb. Yaxud qərarlarını əsaslandırmayıblar.Çox az sayda oturacaqları olan
kiçik məhkəmə zallarından istifadə, habelə iclasın başlanma vaxtının son anda
dəyişdirilməsi bəzi məhkəmə işlərində ictimaiyyətin iştirakına əngəl törədib.
Hakimiyyət hüquq
müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevə qarşı işlərdə onların müdafiə
komandasından bəzi vəkilləri uzaqlaşdırmaq üçün müxtəlif metodlara əl atıb.Azadlıq
radiosunun Bakı Bürosunun bağlanmasından və onun işçilərinin istintaqa
çağırılmasından sonra hakimiyyət bir yerli vəkilin onları təmsil etməsinə imkan
verməyib.
Həssas işlərdə vəkil
kimi çıxış etmək istəyən bir sıra vəkilə müxtəlif yollarla, o cümlədən Vəkillər
Kollegiyasının qərarı ilə qadağa qoyulub. Məsələn, dekabrın 10-da Kollegiya
Leyla Yunusun işindən uzaqlaşdırılmış iki vəkildən biri olan tanınmış
hüquqşünas Xalid Bağırovu öz sıralarından xaric edib. Vəkillərə qarşı istifadə
olunan başqa metodlara misal olaraq, tanınmış hüquqşünaslar Əlabbas Rüstəmovun
iyunun 28-də, İntiqam Əliyevin isə avqustun 8-də həbs edilməsini göstərmək
olar.İstintaq çox vaxt maddi sübutlar toplamaqdan daha çox etirafedici ifadə
almağa səy göstərib.
Siyasi
təhdidlər.Polis şübhəli
şəxslərin ailə üzvlərini, müxalifətçiləri, habelə bəzi QHT-lərin rəhbərlərini
və işçilərini, eləcə də onların ailə üzvlərini təhdid etmək, bəzən də həbs
etmək təcrübəsindən yararlanmağa davam ediblər. İyulun 30-da Siyasi
Məhbuslarsız Azərbaycan təşkilatının koordinatoru və keçmiş siyasi məhbus Oqtay
Gülalıyevin 17 yaşlı oğlu Əlgüşad Gülalıyevə qarşı cinayət işi qaldırıb. Atanın
siyasi məhbusları müdafiə fəaliyyətini dayandırmadığı təqdirdə oğulun hədəfə
alınacağı barədə polisdən təhdidlər səslənib.
Həbs yerlərində işgəncə hallar”¦
Yerli və beynəlxalq
qanunvericilik həbs edilən şəxslərə qarşı işgəncə əməllərini qəti şəkildə
qadağan etsə və buna görə ağır cəza nəzərdə tutulsa da ölkə həbsxanalarında
dustaqlara qarşı işgəncə halları davam etməkdədir. Həbs edilən şəxslərə qarşı
insan ləyaqətini alçaldan münasibətin göstərilməsi, onların qəddarlığa və
işgəncələrə məruz qalması həm müvəqqəti saxlama və istintaq təcridxanalarında,
həm də cəza çəkmə müəsissələrində həyata keçirilir. İşgəncə təkcə fikizi zor
tətbiq etməklə deyil, insan ləyaqətini alçaldan münasibətə məruz qoymaq, qeyri-
əlverişli saxlama şəraiti, aşındırıcı pisxoloji münasibət, diskriminasiya və s.
hərəkətlərdə özünü biruzə verir. Həbs olunan bir çox dustaqların, onların
yaxınlarının, vəkillərinin verdiyi məlumatlara əsasən təhlükəsizlik qüvvələri
saxlanılan şəxsləri etirafedici ifadələr almaq, qorxutmaq və s. məqsədilə
döymüş, mitinqçiləri və jurnalistləri təhqir etmişdir. Cəzasızlıq problem
olaraq qalmışdır. Verilən məlumatlara əsasən pis rəftar olunduqlarını bildirən
saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı
dövlət orqanları de- fakto qadağa qoymuşdur və onların vəkillə təmin
olunmalarını yubatmışdır. Cərimə təcridxanasına salınan
dustaqlar elə hallar olur ki, şiddətli şəkildə döyülür.
"Rəis deyirdi ki, dustaqları elə vurun ki, izi qalmasın”x9d
Keçmiş
siyasi məhbus Əvəz Zeynallı bildirir ki, həbs yerlərində zorakılıq və işgəncə
halları azalmır. Bunu Penitensiar Xidmətdə baş verən ölüm halları da təsdiq
edir;“Mən 10 saylı cəza çəkməmMüəsissəsində cəza çəkdiyim zaman elə hallar olub
ki, 20 gündən bir bir məhkumun cənazəsini evinə göndərmişik. Bunların çoxu
əcəli ilə ölüb, amma maraqlıdır ki, CÇM-lərdə tibbi-sanitar hissələr xəstələr
üçün nəzərdə tutulsa da, orada xəstəliyi olmayan zəngin adamlar qalır.Bu özü
işgəncədir. Xəstələr müalicə oluna bilmirlər. “Zon”x9d- larda gecə həkim
növbətçisi olmur. Bu da insanların ölməsinə səbəb olur.Penitensiar Xidmət bu
haqda informasiyaları tam gizlin saxlayır. Bir neçə dəfə sorğu ilə müraciət
eləsəm də, cavab verməyiblər.
“Zon”x9d
daxilində işgəncə hallarına tez-tez rast gəlmək olur. Bunu gizlədirlər və
açıqlamırlar. Amma rəislər razvodun qarşısında belə işgəncə metodlarından
fəxrlə danışırlar. Xatırlayıram, bir dəfə 10 saylı CÇM rəisi Mirsaleh Seyidov
razvodun qarşısında dava-dalaş salan dustaqlara xitabən beləcə də demişdi:
"Elə vurun ki, izi qalmasın. O üsulları biz bilirik. Heç olmasa bizdən
öyrənin". İronik deyilmişdi, amma dəstə ilə dustaqları tapdaladıqları hər
gün ölüm risqi var. Təsadüfi deyil ki, 14 saylı CÇM-də baş verən ölüm hadisəsi
bunun bariz nümunəsidir. Orada Elşad Babayevi döyərək öldürdülər və sonra
mətbuata telefon edən şahidi də onun arxasınca öldürdülər.
Maraqlıdır
ki, 14 saylı CÇM-in rəisi Əli İbrahimov və Elşadın ölümündə adı hallanan
Firdovsi adlı rəis müavini mənim cəza çəkdiyim 10 saylı CÇM-dən getmişdilər 14
saylı zona- işgəncə üsullarını məhkumlara öyrədən rəisin yanından...
Maddi
işgəncələrlə birlikdə mənəvi işgəncələr daha çoxdur indi. Rəislər tanınmış
məhkumların, xüsusilə siyasi məhbusların arxasınca güdükçülər qoyurlar. İnsanın
beynini məhv etmək üçün hər zaman adamı gərginlikdə saxlayırlar. Mən bu işgəncə
metodu ilə 10 saylı CÇM-də saxlanıldığım 17 ay boyu hər gün iç-içə olmuşam. Hər
addımım güdükçülər tərəfindən izlənib, bunu hamı bilib. Rəis də bunu heç bir
zaman inkar etməyib və hətta bunu qürurla tətbiq etdiyini təkrarlayıb.
Qələm
əhli üçün işgəncənin ən bariz nümunəsi ona kompüterdən icazə hüququ
verilməməsidir. 3 il 2 ay 2 gün bu hüquq uğrunda mübarizə aparsam, Penitensiar
Xidmətin keçmiş rəisi Mədət Quliyevə bu haqda dəfələrlə müraciət etsəm də, buna
nail ola bilməmişəm. Təcridxanada Elxan Sadıxovun dönəmində qısa müddətdə o
icazəni ala bilsəm, 10 saylı CÇM-də cəmi bir ay - iyun 2013 - kompüterlə
işləmək icazəsi verilsə də, sonra qeyri-müəyyən səbəbdən bu, qadağan olundu. 10
saylı CÇM-də 100-dən çox kompüter vardı, pulla xidmət göstərən kompüter otağı
vardı və yeri gəlmişkən, bu otaqda saatı 1 manatdan oyun oynamaq, kliplərə
baxmaq mümkün idi. Ancaq yazı yazmağa icazə yox idi. Ancaq 10 saylı CÇM- də özünə
sayt yaradan, gündə internetdən istifadə edən, rəisin və ədliyyə nazirliyinin
villalarının eskizlərini kompüterdə çizən məhkumlar da vardı. Onlara hər şey
olardı, amma ömrünü yazıya həsr edən qələm adamına kompüter qadağan edilmişdi.
5000
səhifədən çox yazı tərəfimdən qələmlə yazıldı. Bəzən barmaqlarım şişir, bəzən
qanayır, bəzən qələm tutmurdu. Bu, tam bir işgəncədir və müasir dünyamızda
işgəncə faktı kimi qeyd olunmalıdır.
İnsanları
döymək kimi, söymək kimi, ayrı-seçkilik kimi, kompüterdə yazı yaza bilmək
imkanlarının olmaması da işgəncədir və bu, hazırda 12-yə qədər jurnalistinin
həbsdə olduğu Azərbaycanın bütün həbsxanalarına xarakterik haldır...
Həbsdə olam yetkinlik yaşına çatmayan şəxlərin həbsxanalarda cərimə
kameralarına (kars) salınması halları da qeydə alınıb ki, bu da qanunla qadağan
olunmuş hal hesab edilir.Bu haqda həbsdə olan jurnalist, siyasi məhbus Xədicə
İsmayıl ilk olaraq məlumat vermiş, Bakı İstintaq Təcridxanasında yetkinlik
yaşına çatmayan məhkumların cərimə kamerasına salınmasını mətbuata və
ictimaiyyətin diqqətinə çatdırmışdı.
Bundan sonra tanınmış vəkil öz müvəkkili olan 15 yaşlı məhkumun bu
hal ilə üzləşdiyini bəyan edərək jurnalistin dediklərini təsdiqləmişdi.
Siyasi
məhbuslara təzyiqlər və işgəncələr
Son zamanlar həbsdə olan siyasi məhbusların
saxlanma şəraitində problemlərin və onlara qarşı təzyiqlərin, işgəncələrin artdığına
dair məlumatlar qeydə alınmaqdadır.
Həbsdə olduğu müddətdəSülh və Demokratiya İnstitunun
rəhbəri, tanınmış hüquq müdafiəçisi Leyla Yunusa qarşı həmişə hakimiyyətin
psixoloji təzyiqləri olub. Ona qarşı dəfələrlə cinayət törətmiş bəzi dustaqlar
vasitəsi ilə təzyiq etmək, vaxtaşırı olaraq dərman və digər diabet xəstəsi üçün
lazım olan yeməklərlə təmin olunmasına süni maneçilik yaradılıb. Hüquq
müdafiəçisinin vəkillərinin verdiyi məlumata görə Leyla Yunusa qarşı
Penitensiar Xidmətin əməkdaşları tərəfindən bir neçə dəfə fizki zorakalıq
göstərilib. Amma ona qarşı baş verənləri Penitensiar Xidmət həmişə təkzib edib.
Bir sıra ictimai- siyasi təşkilatlar baş
verən zorakalıq aktının Penitensiar Xidmət tərəfindən ört- basdır edilməsi
cəhdini olayın arxasında hakimiyyətin siyasi iradəsinin dayandığını bəyan
ediblər.
Keçmiş
siyasi məhbus, hüquq müdafiəçisi Leyla Yunusa qarşı Bakı İstintaq Təridxanasında
işgəncə, qeyri insani davranış haqqında bu il mətbuatda bir sıra yazılar dərc
olundu. Həbsdə olan hüquq müdafiəçisinin vəkili açıqlamalarında bunu təsdiqləyib.
Leyla
Yunusa qarşı zor tətbiq edilməsi, onun boş bir kameraya salınaraq saçlarında
sürüməklə və bədəninə yumruq zərbələri vurmaqla müşayət olunmuşdur. Xanım Yunus
məhkəmə zamanı bədənində olan qançırların bəzilərini məhkəmə iştirakçılarına
göstərmişdi.
Qeyd
edək ki, Leyla Yunus 60 yaşının üzərində, diabet və hepatit c xəstəsidir. Ona qarşı
bu cür qeyri- insani davranış bütün hüquq normalarının ayaqlar altına
alınmasıdır.
2
saylı Cəzaçəkmə Müəssisəsində saxlanılansiyasi məhbus, REAL hərəkatının sədri İlqar
Məmmədovbir neçə dəfə vəkili vasitəsi ilə ona qarşı təxribatın
hazırlandığını ictimaiyyətə çatdırmışdı. Daha sonra isə Məmmədovu müəssisə
rəisinin otağında, rəisin müşayiəti ilə döymüş və cərimə təcridxanasına
salmışlar.Yaxınlarının verdiyi məlumata görə REAL
sədri bir neçə dəfə
fiziki zorakalığa məruz qalıb, döyülüb və dişi sındırılıb.
Bu,
İlqar Məmmədova qarşı olan ilk işgəncə halı deyil və son olacağı da gözlənilmir.
Çünki Avropa Məhkəməsinin onun barəsində çıxardığı qərara görə o azad edilməli
idi. Lakin hakimiyyət siyasi opponentinə qarşı bu cür azadetməni gözə almır və
ondan prezidentin adına əfv ərizəsi yazmaq tələb olunur. Məmmədov isə bu
ərizəni yazmaqdan imtina etdiyi üçün təzyiqlərə məruz qalmaqdadır.
İlahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bir neçə dəfə həbs həyatı
yaşayıb. O, bu ilin 30 iyul tarixində həbsdən azad olunsa da ona qarşı təqib
halları davam etdirilib. Bağırzadə azadlıqda olarkən bir neçə dəfə polis
şöbəsinə, MTN- ə dəvət olunub. Son dəfə saxlanıldığı Yasamal rayon polis
şöbəsində ona qarşı zorakaklıq olub. Bu haqda ilk öncə onun vəkili, daha sonra
isə özü məlumat verib. Bundan sonra isə ictimaiyyətin yaddaşında “Nardaran
hadisələri”x9d kimi qalan məlum olayda həbs edildi. Etibarlı mənbədən aldığımız
xəbərə görə onun DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində
saxlanıldığı və orada ağır işgəncələrə məruz qaldığı bildirilir. Amma bunu
dəqiqləşdirmə imkanımız yoxdur. Çünki Bağırzadənin vəkilini onunla görüşə
buraxmırlar. Bu isə onun işgəncəyə
məruz qalması barədə şübhələri artırır.
“Siyasi
Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansı dövlətin güc strukturlarından
müvəqqəti saxlama və həbs yerlərində olan məhkumlara qarşı bu cür qeyri- insani
rəftara son verməsini tələb etmiş, məhbuslarla münasibətin qanunla
tənzimləndiyini və hüquq normaları çərçivəsindən kənara çıxıldığını dəfələrlə xatırladıb.
Həsb yerində işgəncəyə məruz
qalanAXCP
fəalı, siyasi məhbus Elvin Abdullayev Kürdəxanı təcridxanasında ona verilən işgəncələri
belə anladır: "Bilərəkdən planlı şəkildə kamerama "üzdəniraq"
saldılar (məni sındırmaq üçün). Mən “ya
bunu burdan çıxardın, ya da məni başqa kameraya yerləşdirin”x9d deyə qəti
etirazımı bildirdim. Məni təcridxana qaydalarına əməl etməmək adıyla söyüş,
təhqirlə 7 gün karsa saldılar, erməninin etmədiyi işgəncələri verdilər, 3 gün
Nəsimi kimi qolumu qandallayıb, dubinkanın altına saldılar. 10 nəfər üstümə tökülüşüb yumruq və təpiklə
döydülər. 3 gün tək otaqda ac-susuz saxladılar, “əqidəndən dön”x9d deyə zülm
verdilər. Bütün bədənimdə döyülmənin izi durur. Yalnız üzümə zərbə ilə
vurmurdular. Günahım yox idi, nədən işgəncə gördüyümü bilmirəm. Penitensiar
Xidmətin məhbus insanların hüquqlarının tapdandığı Kürdəxanı akademiyası budur!
Bir gəncin şərlənərək həbsi, ona verilən işgəncələr, Allahını tanımayanların əqidəndən
dön zülmləri..."
Həbs edilən zaman fiziki
zorakalığa, işgəncəyə məruz qalanlardan biri də AXCP fəalı, siyasi məhbus Murad Ədilovdur. O, 11 avqust 2014-cü
ildə Sabirabad rayonunda, yaşadığı Xəlfəli kəndində DİN Baş Narkotiklərlə
Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Saxlandığı
vaxt ona ittiham elan edilmədən hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən
fiziki zorakılıq edilib.
Sabirabad polis şöbəsinə gətirildikdən sonra cibinə polislərin
qoyduqları narkotikin ona məxsus olması barədə təklifi rədd edib. Bundan sonra
o ağır formada təhqir edilib, yaxınları, ailə üzvləri ilə bağlı şantajlara
məruz qalıb, lakin yenə də öz əleyhinə ifadə vermədiyindən adları artıq bəlli
olan Tərlanov Elman Zöhrab oğlu, İmanov Pərviz Nüsrət oğlu, Kazımov Azər
Əzizağa oğlu ( DİN BNMİ-nin əməkdaşları), Sultanov Rauf Qalamirzə oğlu və
Şəbəndiyev Vüsal Müzəffər oğlu ( Sabirabad RPŞ-nin əməkdaşları) və adlarını
dəqiqləşdirə bilmədiyimiz daha iki nəfər tərəfindən döyülüb. Bu işgəncə polis
şöbsəində rəis müavini Əlifağa Kazımovun gözləri önündə baş verib.
İki gün sonra Murad Ədilov Baş
Mütəşəkkil Cinayətkarlığıa Qarşı idarədə saxlanılarkən DİN BNMİ-nin əməkdaşları
yenidən ora gələrək ona qarşı mənəvi işgəncə sayılacaq hərəkətlərə yol
veriblər, yenə də ondan etirafedici ifadələr almağa çalışıblar. Bütün işgəncələrə
rəğmən Murad Ədilov saxta ifadə verməkdən imtina edib. Bu hallar məhkəmə
qaydasında araşdırılıb, lakin məhkəmə bu hallara obyektiv qiymət vermədiyindən
( son işə baxan apelyasiya məhkəməsinin hakimi Qədim Babayev ) Avropa İnsan
haqları məhkəməsinə şikayət edilib.
İşgəncə faktı ilə maraqlı
məqamlardan biri vəkil Yalçın İmanovun Mütəşəkkil CQMİ və Muradın sonra
saxlanıldığı təcridxanaya yolladığ sorğu zamanı üzə çıxıb. Belə ki, BMCQMİ
Murad Ədilov ora daxil olarkən üzərində heç bir xəsarət izi olmadğını qeyd etsə
də, Kürdəxanı Təcridxanası onun bud nahiyəsində xəsarət olduğunu göstərən cavab
yollayıb (//www.azadliq.info/65299.html).
Murad Ədilov BMCQMİ saxlanılarkən vəkili Yalçın İmanovla onun
görüşünə icazə verilməyib. Bu barədə Ombudsmana, baş prokurorluğa edilən
şikayətlər cavabsız qalıb. Vəkildən tələb olunub ki əgər görüşdən sonra işgəncə
faktını gizləyəcəksənsə görüşə bilərsən (//www.azadliq.org/content/news/26528870.html). Xatırladaq ki, Murad Adilov AXCP Mətbuat Xidmətinin
rəhbəri, Azadlıq qəzetinin əməkdaşı Natiq Adilovun qardaşıdır.
Həbs
yerlərində məhbuslara işgəncə verilməsi ilə bağlı keçmiş siyasi məhbus Bəşir Süleymanlıbildirir
ki, şəxsən özümə qarşı birbaşa işgəncə hərəkəti olmasa da məhkumlara qarşı insan ləyaqətini alçaldan hərəkətlərə yol
verilib;“Qanuna uyğun olmadıgı halda məcburi şəkildə saçım qırxılıb. Bununla baglı mətbuatda da vəkilim
vasitəsi ilə məlumat yayılıb. Həmin qanunsuzlugu həyata keçirən əməkdaş hələ də
məsuliyyətə cəlb edilmədən fəaliyyətini davam etdirir”x9d.
Həbs yerlərində ölüm halları
Aparılan araşdırmalar göstərir ki, Azərbaycan
həbsxanalarında məhbuslara verilən işgəncələr nəinki aradan qaldırılır, əksinə
bəzən bu işgəncələr ölümlə nəticələnir. Son zamanlar elə bir il olmur ki, işgəncə nəticəsində məhbus dünyasını
dəyişməsin. Bir çox hallarda bu faktlar ört- basdır edilir və məhbusun ölümü
başqa səbəblərlə əlaqələndirilir. ABŞ Dövlət Departamentinin 2014- ci il üzrə
illik Hesabatında qeyd olunur ki, Azərbaycan həbsxanalarında yalnız işgəncə
nəticəsində ən azı 4 ölüm faktı qeydə alınıb.
2014 cü ildə işgəncə nəticəsində qeydə
alınınən dəhşətli məhbus ölümü 22 dekabrda 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elşad
Babayev adlı məhkumun ölümü olub. Şahidlərin və mərhumun bacısının verdiyi
məlumata, eləcə də morqda cəsədin yayılan fotolarında dəhşətli işgəncənin
izləri açıqca görünür.
Elşad
Babayevin işgəncə nəticəsində öldürülməsi ilə bağlı eyni həbsxanada saxlanılan
məhkumlardan biri olayı tam təffərüatı ilə anlatmışdır; Hadisədən öncə Elşad
Babayevi cərimə təcridxanasına (kars) salıb orada ağır işgəncələr verirdilər.
Bağırtısı tibb məntəqəsinin həyətindən (kars ilə tibb məntəqəsi arasında iki
divar, 30 metr məsafə var) eşidilirdi. Daha sonra hər gün verilən işgəncəyə
dözmədi bədəni, dünyasını dəyişdi. Məhkuma işgəncə verən müəssisənin rejim
şöbəsi rəisi Faiq, əməliyyat şöbəsi rəisi Firdovsi və müavini Tural, müəssisə
növbətçisi Vüqar, nəzarətçi Rahib və bunların başında isə müəssisənin rəisi Əli
İbrahimov vardı. Bütün bunlar 5 manat dərdi idi”x9d - deyə şahid bildirir. “Məhkum
ondan tələb edilən məbləği rəis Əli İbrahimova çatdırmamışdı, bu isə ölümə
bərabər haldır. Nəticəsi göz qabağında”x9d.
Olayın
daha bir şahidi prokurorluğa bu haqda şikayət etmiş, mərhumun döyülərək
öldürdüyünü bildirmişdi. Bundan sonra orda həmin məhkum məcburi və müəmmalı
şəkildə Müalicə Müəssisəsinə köçürülmüş və bir həftə sonra “ürək çatışmazlığı”x9d
diaqnozu ilə ölüm xəbəri yayılmışdı. Ölmədən (və ya öldürülmədən) öncə məhkuma 14
saylı CÇM- də təzyiq edərək E.Babayevin ölüm işindəki ifadəsini dəyişməsi
yönündə təzyiq edilməsi də başqa bir müəmmadır.
14
saylı CÇM də məhkumun işgəncə ilə öldürülməsindən sonra məhkumlar bu haqsızlıqa
qarşı etiraz aksiyası keçiriblər. Bir neçə məhkum “nadzorlar”x9d-a hücum edib və
müəssisənin bəzi yerini daş-qalaq ediblər.Bu hadisənin qarşısını jurnalist Araz
Quliyev, Miryusif Seyidov, Anar Qasımlı, İlham Hətəmov və Ramil Vəliyev alaraq
məhkumlara etdiklərinin düzgün olmadığını bildiriblər.Bir qədər keçməmiş
müəssisəyə xüsusi təyinatlılar ("qara maskalılar"- red.) daxil
olub.Məhkumlar onlarla danışıq apardıqdan sonra bildiriblər ki, sakitlik olacaq,
lakin E.Babayevin ölümü araşdırılsın. Beləliklə, bir neçə gün keçdikdən sonra
dekabr ayının 26-ı səhər saat 5 radələrində müəssisəyə Penitensiar Xidmətin
xüsusi qoşunu yeridilib.Orada olan bütün məhbuslar amansızcasına döyülüb.Araz
Quliyev, Miryusif Seyidov, Anar Qasımlı və bir neçə məhbus döyülərək işgəncə
verilmək üçün “Tubzon”x9da (İxtisaslaşdırılmış Müalicə Müəssisəsi)
aparılıb.Adıçəkilən məhkumlar müəssisəyə daxil olduqdan sonra da müəssisənin
rəisi Nizami Quliyevin rəhbərliyi ilə amansız işgəncələrə məruz qalıblar.Ailə
üzvlərinin dövlət orqanlarına şikayət etməsinə baxmayaraq onlar ac-susuz 1 aya
yaxın işgəncəyə məruz qalıb, yaxınları və vəkilləri ilə görüşmələrinə imkan
verilməyib. Məsələ ictimailəşəndən, bir sıra yerli və beynəlxalq təşkilatların,
o cümlədən Beynəlxalq Qırmızı Xaş Komitəsinin müdaxiləsindən sonraonları Qobustana
qapalı tipli həbsxanaya köçürülüblər.
Lakin
bütün bunlara baxmayaraq E.Babayevin ölümü ətrafında başlanan cinayət işi az
sonra bağlanılıb və ekspertiza ölüm səbəbini “ürək çatışmazlığı”x9d kimi
qiymətləndirib.
Məhkum ölümünün üzərindən
Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimova
növbədənkənar polkovnik rütbəsi veriblər. Ə.İbrahimova rütbə verilərkən hansı
meyarların əsas götürüldüyü bəlli deyil. Bilinən odur ki, onun rəhbərlik etdiyi
cəzaçəkmə müəssisəində qalmaqallı ölüm olayları baş verib.
Elşad Babayevin işi üzrə əsas şahid Yadigar
Nuriyev olub. Bu ilin avqustunda o, Elşad Babayevin ölümünə yol açan
vəhşicəsinə döyülməsi səhnəsi haqda gördüklərini deməkdən çəkinmədiyini,
istintaqa dediklərini açıq şəkildə ictimaiyyətə çatdırmaq istədiyini
söyləmişdi. Onun fikirləri mətbuatda dərc olunduqdan və ictimailəşəndən sonra Y.Nuriyev saxlanıldığı Məhkumların
Müalicə Müəssisəsində “həddindən artıq qəbul olunan dərman preparatlarından
zəhərlənməsi”x9dndən dünyasını dəyişib.
Yadigar Nuriyevin fikirləri “Yeni Müsavat”x9d
qəzetinin 26 avqust 2015-ci il tarixli sayında “Öldürülən məhkumun işindəki
ilginc ifadə üzə çıxdı”x9d başlıqlıı, “Mən içəri girəndə təpik, dubinka... daha nə
ilə vurmurdular onu" alt yarımbaşlıqlı yazıda dərc olunub.
14 saylı CÇM- nin rəisi Ə.İbrahimovun adı
beynəlxalq təşkilatlara işgəncələrlə bağlı təqdim olunan hesabatlarda yer alır.
Ötən il “Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansı “Həbs yerlərində
mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair”x9d
Hesabatında məhbuslara işgəncə verən vəzifəli şəxslərdən 21 nəfərin adları yer
alıb. Siyahı üzrə 18-ci Əli İbrahimovdur.
Qeyd edək ki, E.Babayevin ölümündən sonra
Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə
səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Elşad Babayevin
işgəncələrlə öldürülməsini Qaradağ Prokurorluğunda məhz belə qiymətləndiriblər.
Sonradan iş Qaradağ Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurluğuna verilib.
Lakin burada da işin obyektiv istintaqı təmin olunmayıb. Buna görə də iş daha
yüksək instansiyada istintaq edildi. Baş Prokurorluqdakı araşdırmalar nəticəsi
də digərlərindən fərqlənmədi. Bu baxımdan Ə.İbrahimova rütbə verilməsini
Elşad Babayevin döyülərək, dəhşətli işgəncələr verilərək öldürülməsi, iş üzrə
əsas şahid olan Yadigar Nuriyevin müəmmalı ölümünün məntiqi davamı hesab
etmək olar.
Hadisənin baş verdiyi 14 saylıCəza Çəkmə
Müəsissəsində həmin vaxt cəza çəkən, siyasi məhbus Qurban Məmmədov bildirir ki,
Elşad Babayev vəhşicəsinə döyülmə nəticəsində həyatını dəyişib;“İstintaq yolu
ilə bunun belə olmadığı "sübut edildi". Məhbuslara qarşı amansız münasibət davam
edir. Ona görə də o yerlərə ictimai nəzarət güclənməli, cəza müəsissələrinin
qapısı jurnalistlərə, valideynlərə açıq olmalıdır”x9d.
Polis bölməsində ölüm halları.Ölüm halları təkcə Cəza Çəkmə
Müəsissələrində deyil, polis şöbələrində də qeydə alınıb. Cari ilin 20 avqust
tarixində Mingəçevir şəhər polis şöbəsində baş vermiş müəmmalı ölüm hadisəsi buna
misal ola bilər. Hadisə Mingəçevir polis şöbəsi əməkdaşlarının şəhər sakini, narkotik vasitələrin satışında və
istifadəsində şübhəli bilinənBəhruz Hacıyevi saxlaması və polis şöbəsinə
aparmasından sonra, şöbənin otaqlarından birində olub. Polis şöbəsindən verilən
məlumatda B.Hacıyevin dindirilmə zamanı özünü binanın 3 cü mərtəbəsində olan
otağın pəncərəsindən ataraq intihar etdiyi deyilir. Ancaq bu deyim ətrafında
bir sıra müəmmalı məqamlar var.Mərhumun yaxınları, hadisə şahidlərinin
söylədikləri isə polis şöbəsinin açıqlamasının tam əksini göstərir. Mərhumun
meyidinə baxış zamanı onun üzərində olan işgəncə izləri bəzi məqamlara aydınlıq
gətirir. Mərhumun atasıDilsuz Hacıyevinbildirdiyinə
görə Bəhruz küçədən polis maşınına mindirilərək şöbəyə aparılıb. Nəzarət
kameralarına baxan mərhumun atası qeyd edir ki, oğlu polislərə qarşı heç bir
müqavimət göstərmədən şöbəyə daxil olub. Orada üstünə baxış keçiriblər. Daha
sonra ona qarşı işgəncə olub və B.Hacıyev işgəncə nəticəsində ölüb. Bundan
təşvişə düşən polis işçiləri B.Hacıyevin cəsədini binanın 3- cü mərtəbəsindən
aşağı ataraq olaya intihar görüntüsü veriblər.
Atası oğlunun intihar etməsi ilə bağlı polisdən deyilənləri “yalan”x9d
adlandırır və bildirir ki, oğluna şöbədə işgəncə verilib, hətta bədənində
elektroşok izləri də var, amma bu fakt gizlədilir. Atanın dediyinə görə,
aylardır ki, oğlunun işgəncəyə məruz qalması faktının araşdırılması ilə bağlı
döymədiyi qapı qalmayıb:“Müraciətlər etməkdən artıq yorulmuşam. Oğlum
şöbədə öldürülüb, onun işinə düzgün baxılmır. Uşağın böyründə qara nöqtələr- elektoşok
yerləri var, amma bu məsələni üzə çıxarmaq istəmirlər. Prokurorluqdan şikayət
edirəm, ərizələrimi yenidən baxılmaq üçün prokurorluğa göndərirlər. Bu, necə
mümkündür? Bundan sonra nə edim, sözümü kimə deyim? Göz görə-görə oğlumun
qanını batırırlar”x9d.
Azərbaycan həbsxanalarındakı işgəncələrbeynəlxalq
hesabatlarda...
Azərbaycandakı həbs yerlərində məhbuslara verilən işgəncələr təkcə
yerli hüquq müdafiəçiləri və təşkilatlar tərəfindən deyil, dünyanın nüfuzlu
beynəlxalq qurumları tərəfindən də birmənalı şəkildə açıq qeyd və tənqid
olunur. ABŞ Dövlət Departamentinin, Birləşmiş Millətlər Təşkilatının (BMT),
Amnesty İnternational, Human Rights Watch və s. təşkilatlarının hesabat və
sənədlərində Azərbaycandakı işgəncə hallarına geniş yer verilir.
ABŞ Dövlət Departamentinin İnsan haqları ilə bağlı
illik hesabatının Azərbaycan bölümündədeyilir
ki,il
ərzində hüquq-mühafizə orqanları tərəfindən zorakılıqla bağlı yerli hüquq
müdafiəçilərinə 324 şikayət daxil olub. Dörd halda işgəncə ölümlə nəticələnib.
Məsələn, dekabrın 22-də məhbus Elşad Babayev ölüb. Bacısı bildirib ki, o, işgəncə
səbəbindən ölüb. Həbsxana rəhbərliyi ittihamları təkzib edib.
Pis rəftar hallarının əksəriyyəti polis məntəqələrində baş verib.
Hüquq-mühafizə orqanları zaman-zaman etirafedici ifadə almaq üçün işgəncə və
digər zorakı metodlardan istifadə edib. Belə metodlardan biri kimi bəzən
şübhəli şəxslər zorlanmaqla hədələniblər. Hüquq müdafiəçisi, Sülh və
Demokratiya İnstitutunun direktoru Leyla Yunusun bildirdiyinə görə, o və əri
Arif Yunus aprelin 28-29-da saxlama məntəqəsində olarkən zorlanmaqla təhdid
ediliblər.
İstintaq təcridxanasına köçürüldükdən sonra, bir qayda olaraq, zorakı
rəftara son qoyulub. Yalnız Leyla və Arif Yunusovlara qarşı onlar istintaq
təcridxanasında olarkən də zorakılıq davam edib. Leyla Yunusun vəkilinin
məlumatına görə, sentyabrın 23-də təcridxananın rəisi mayor Yaqubov müvəkkilini
yerə yıxaraq, saçından dartıb, böyrəklərinə zərbələr endirib.
Pis rəftara məruz qaldıqlarını iddia edən saxlanılan şəxslərin
müstəqil müayinəsinə de-fakto qoyulmuş qadağa qalmaqda davam edib.
2015- ci ilin sonlarında Birləşmiş Millətlər Təşkilatının (BMT)
İşgəncələr Əleyhinə Komitəsinin yaydığı növbəti Hesabatda göstərilir
ki, son illər Azərbaycan həbsxanalarında yüzlərlə işgəncə faktları qeydə
alınıb, amma hökumət işgəncələrə görə bir nəfər günahkarı belə məsuliyyətə cəlb
etməyib, baxmayaraq ki, cəzaçəkmə yerlərindən işgəncələrlə bağlı yüzlərlə
şikayət daxil olur. 10 müstəqil ekspetdən ibarət İşgəncələr Əleyhinə Komitə
vaxtaşırı monitorinq çərçivəsində Azərbaycanda vəziyyəti, hökumətin BMT-nin İşgəncələrə
Qarşı Konvensiyasına əməl edib-etmədiyini öyrənir.Hesabatda bəzi bölümlərə nəzər
salaq;
İşgəncə verənlərin cəzasız qalması praktikası. Komitə hüquq- mühafizə və istintaq
orqanları əmək-daşlarının
vətəndaşlardan etiraf xarakterli və ya
digərlərinin əleyhinə ifadə almaq üçün mütəmadi olaraq, işgəncə,
qəddar davranışdan istifadə etməsi
barədə daxil olan çoxsaylı
məlumatlardan narahatdır. Narahatlıq doğuran həm də odur ki, üzv dövlət dialoq zamanı
işgəncələr, qəddar davranış barədə səslənən
bütün ittihamları əsassız sayır.
Halbuki, onların bir qismi BMT-nin insan haqları ilə bağlı başqa strukturları tərəfindən də araşdırılıb.
Üzv
dövlətin hesabatına görə, 2010-2015-ci illərdə bircə nəfər də işgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Halbuki, 2009-2013-cü
illərdə həbs yerlərində məsul şəxslərin qəddar davranış və işgəncələrilə bağlı Penitensiar Xidmətə 334 şikayət
daxil olub. 2010-2013-cü illərdə vəzifəli
şəxslərin vətəndaşlara işgəncə verməsi haqda Daxili Işlər Nazirliyinə 984, Baş Prokurorluğa da 678 analoji
şikayət daxil olub. Komitə hesab
edir ki, bu göstəricilər Azərbaycanda işgəncələr haqda şikayətlərin operativ,
effektiv və qərəzsiz
araşdırılmadığının aşkar sübutudur.
Üzv
dövlət işgəncələrə dözümlü
yanaşmamalı, vətəndaşlara işgəncə verənlərin
cəzasız qalması praktikasına son qoyulmalıdır. Işgəncə və qəddar
davranış hallarının araşdırılması üçün görülən tədbirlər barədə konkret məlumatların əldə olunması
təmin edilməlidir. Hər bir vətəndaşın şikayətinin obyektiv və effektiv şəkildə araşdırılması hüququ təmin
edilməlidir.
Hüquq müdafiəçilərinə qarşı qəddarlıq.Komitə bu
ölkədə bir sıra hüquq
müdafiəçilərinin qanunsuz həbsi, həbs yerlərində onların qəddar davranışa məruz
qalması, müəyyən hallarda, tibbi yardım ala bilməməsi barədə çoxsaylı məlumatlardan dərin
narahatlığını bildirir. Məsələn, Leyla və Arif
Yunuslar, Ilqar Məmmədov, Intiqam Əliyev,
Məmməd Əzizov, Rəşadət Axundov,
Rəşad Həsənov.
Komitə eyni zamanda, dövlətin yuxarıda
göstərilən şəxslərlə bağlı bütün
iddiaların əsassız olması barədə birmənalı
mövqeyindən təəssüflənir. Çünki BMT-nin digər strukturlarının da həmin şəxslərə qarşı münasibət barədə müvafiq hesabat və bəyanatları, Avropa
Məhkəməsinin qərarı var.
Komitə narahatdır ki, bu şəxslər
törətmədikləri əmələ görə həbs
olunub, onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı tam, müstəqil və effektiv araşdırma, məhkəmə olmayıb.
Üzv
dövlət qanunsuz həbslər, lazımi tibbi yardımdan imtina, hüquq müdafiəçilərinə
qarşı qəddar davranışla bağlı yuxarıda göstərilən halları araşdırmalı,
günahkarlar cəzalandırılmalıdır. Həmçinin insan haqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə görə həbs olunan hüquq müdafiəçiləri
azadlığa buraxılmalıdır.
Saxlanılan şəxslərin
hüquqlarının pozulması.Üzv dövlət qanunvericilikdə olduğu kimi, praktikada da saxlanılan
hər bir şəxsin ilk andan öz seçdiyi vəkillə təmin
olunması, ailə üzvlərilə əlaqə saxlaması, tam konfidensiallıq
şəraitində müstəqil tibbi
ekspertizadan keçirilməsi və şəxsin
üzərindəki xəsarətlərin qeydə alınması,
bununla bağlı obyektiv araşdırma aparılmasını təmin etməlidir. Vətəndaşların
qanunla nəzərdə tutulmuş bu
hüquqlarını məhdudlaşdıran vəzifəli şəxslər cəzalandırılmalı və cəzalananların sayı barədə komitəyə məlumat verilməlidir.
Azərbaycanda müstəqil məhkəmə sisteminin olmaması.Komitə əvvəlki
kimi, yenə də Azərbaycanda məhkəmə sisteminin müstəqil olmaması, icra
hakimiyyətindən asılı olması, siyasi təzyiqlər altında fəaliyyət göstərməsindən
narahatlığını ifadə edir.Komitə əvvəlki tövsiyəsini bir daha
təkrarlayaraq bildirir ki, təkcə qanunvericilikdə
yox, praktikada da məhkəmələrin tam müstəqilliyi və qərəzsizliyi təmin olunmalıdır.
Vəkillərə edilən təzyiqlər.Komitə Azərbaycanda Vəkillər Kollegiyasının
yetərincə müstəqil olmaması, icra
hakimiyyətindən asılılığı, bu qurumun üzvlərinin sayının məhdudluğu və bütün bunların da ölkədə vəkilliyin müstəqilliyinə mənfi təsir göstərməsindən
narahatdır.Komitə həmçinin ölkədə həbs olunmuş fəalları müdafiə edən vəkillərə qarşı təzyiqlərdən, belə vəkillərin Kollegiyadan
çıxarılmasından narahatlığını bildirir.Üzv dövlət qanunvericiliklə yanaşı, praktikada da vəkillərin
müstəqilliyini təmin etməlidir.
İşgəncə yolu ilə əldə olunmuş sübutlar.Komitə ilkin
istintaq zamanı adamlardan işgəncə yolu
ilə ifadə alınması və sonradan həmin ifadələrdən məhkəmədə sübut kimi istifadə olunması hallarından da
narahatdır.Nəzərə almaq lazımdır
ki, Cinayət Prosessual Məcəllənin 125.2.2-ci maddəsi zor tətbiqi, hədə-qorxu,
aldatma, işgəncə, qeyri-insani rəftar yolu ilə əldə olunmuş
sübutların məhkəmə tərəfindən
qəbulunu qadağan edir.Komitəni narahat edən məqamlardan biri də budur ki, üzv dövlət hakimlərin
işgəncə yolu ilə əldə olunmuş
sübutları qəbul etməkdən imtina etməsi, yaxud məhkəmədəki çıxışında istintaq
zamanı işgəncə altında
etirafedici ifadə verdiyini deyən
şəxsin söylədiklərini araşdırması barədə heç
bir fakt təqdim etməyib.
Üzv
dövlət praktikada işgəncə yolu
ilə əldə olunmuş sübutlardan istifadə olunmaması, məhkəmələrdə bu cür sübutların qəbul edilməməsi
üçün təcili tədbirlər görməlidir.Həmçinin bu cür sübutlar əsasında mühakimə olunmuş şəxslərin təkrar məhkəməsi
keçirilməli, onlara adekvat kompensasiya verilməlidir.Üzv dövlət komitəyə qanunsuz əldə olunmuş sübutların məhkəmədə qəbul olunmaması, bu yolla sübut
topladığına görə vəzifəli
şəxslərin məsuliyyətə cəlb olunması
halları barədə məlumat
verməlidir.
Yetkinlik yaşına çatmayana
qarşı işgəncə.Komitə xüsusən
yetkinlik yaşına çatmayanlardan etirafedici ifadələr almaq üçün onlara işgəncə verilməsi, onların bu barədə şikayətləri üzrə effektli araşdırma aparılmamasından
narahatdır.Üzv dövlət yetkinlik yaşına çatmayanların yalnız vəkili və qanuni nümayəndəsinin iştirakı ilə dindirilməsini təmin
etməlidir.Həmçinin yetkinlik yaşına çatmayanların işgəncəyə məruz qalmamasına qanunvericilik
səviyyəsində təminat verilməlidir.
Həbsxanalardakı ölüm
hallarının araşdırılmaması.Dövlət qanunvericiliyə dəyişlik edərək, müstəqil yerli və beynəlxalq hüquq-müdafiə, humanitar
təşkilatların həbs yerlərində saxlanılanlara
baş çəkməsinə imkan yaratmalıdır.
Üzv
dövlət öz hesabatında cəzaçəkmə müəssisələrində məhbusların sayının azaldıldığını,
saxlanma şəraitinin yaxşılaşdırıldığını, yeni müəssisələrin tikildiyini qeyd
etsə də, komitə həbs yerlərində məhbusların hüquqlarının pozulması və ölümlər barədə çoxsaylı şikayətlərdən narahatdır. Narahatlığa əsas verən məqamlardan biri də
türmələrdəki şəraitdir.
Həbsxanada
baş verən bütün ölümlər operativ və obyektiv
şəkildə araşdırılmalı, adamların
işgəncə nəticəsində ölümünə səbəb olanlar
cəzalandırılmalıdır.Komitə bu
tövsiyəsini bir daha təkrarlayır ki, həbs yerlərində, xüsusən 6 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanma şəraiti yaxşılaşdırılmalıdır.
İşgəncələrə qarşı Azərbaycan Komitəsi də hər il onlara olunan işgəncə
müraciətləri ilə bağlı hesabat yayır. Komitənin son hesabatına əsasən, quruma
112 nəfər işgəncə, qismən qeyri-insani rəftarla bağlı müraciət edib. Onlardan
üçü azyaşlı, 13 nəfəri isə qadın olub. Dörd nəfər isə saxlanma yerində
dünyasını dəyişib.
Qanunvericilikdə
hər cür işgəncəyə görə cəza növləri nəzərdə tutulub. Cinayət Məcəlləsi xidməti
vəzifəsini yerinə yetirən, işgəncə və qeyri-insani rəftara yol verən və ya belə
bir əmələ təhrik edən, razılıq verən dövlət orqanının vəzifəli şəxsi üçün bu
cəzanı nəzərdə tutur:
3 min manatdan 4 min manatadək cərimə;
3 ilədək vəzifətutma
və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8
ilədək müddətə azadlıqdan məhrumetmə. Təəssüf ki, Azərbaycanda hələ heç bir
dövlət qurumu və ya vəzifəli şəxs məhbusa verilən işgəncəyə görə rəsmi qaydada
ittihama məruz qalıb cəzalandırılmayıb. Bu faktın özü onu göstərir ki, hüquq-
mühafizə və penitensiar xidmət sahəsində işgəncə halları bilərəkdən və qanunsuz
şəkildə ört- basdır edilir.
Məhbuslara işgəncə
verən vəzifəli şəxslərin
QARA SİYAHISI;
Həbs edilən şəxslər bəzi hallarda həbs olunduqları ilk günlərdən
işgəncəyə məruz qalırlar. İşgəncə halları dustaqların cəza çəkdikləri CÇM-
lərində olduğu müddətdə də baş verib. Həbs həyatı yaşamış, işgəncəyə məruz
qalmış məhbusların bildirdiyinə görə aşağıda adları qeyd olunan vəzifəli
şəxslər dustaqlara daha çox işgəncə veriblər;
1. Ərşad Həsənov- 14 saylı Cəza Çəkmə Müəssisəsinin
keçmiş rəisi, təqaüddədi
2. Əlzamin Quliyev- 14 saylı CÇM- də keçmiş rejim rəisi
3. Rauf Məcidov- DİN Tərtər RPŞ- nin rəisi
4. Əlifağa Qasımov- Sabirabad rayon polis
şöbəsinin rəis müavini
5. Vüsal Şəbəndiyev- DİN Sabirabad polis şöbəsi
cinayət axtarış şöbəsinin rəisi
6. Seyfəddin Quliyev- DİN Sabirabad RPŞ- nin keçmiş
növbətçi hissə rəisi
7. Səid Seyidov- DİN Mütəşəkkil Cinayətkarlığa qarşı
Mübarizə İdarəsinin sabiq əməkdaşı, hazırda vəzifəsi və rütbəsi böyüdülərək
DİN- də başqa vəzifəyə keçirilib
8. Azər Seyidov- 1 saylı Bakı İstintaq Təcridxanasının
rəisi
9. Şahin Osmanov- Qobustan Qapalı həbsxanasının keçmiş
rəisi
10. Samir Hüseynov- 17 saylı CÇM- nin keçmiş rəisi
11. Rauf
Məmmədov- 12
saylı CÇM- nin rəisi
12. Qacay
Aslanov- 17
saylı CÇM- nin keçmiş rəisi müavini
13. Babək
İsgəndərov- 17
saylı CÇM- də rejim rəisi, ləqəbi “işgəncələr kralı”x9d
14. Aftandil Ağayev- 12 saylı CÇM- nin keçmiş rəisi
15. Şakir Bayramov- Gəncə İstintaq təcridxanasının rəisi
16. Murtuz Sadıqov- 8 saylı CÇM- nin rəisi
17. Nazim Kənkərli- 14 saylı CÇM- nin keçmiş rəisi
18. Əli
İbrahimov- 14 saylı CÇM-nin
rəisi
19. Nizami Quliyev- Vərəm Dispanserinin rəisi
20. Elçin Əlicanov - 17 saylı CÇM- nin rəisi
21. Fəqan Yaqubov - Bakı İstintaq Təcridxanasının
əməkdaşı
22. Fikrət Qafarov- Qobustan Qapalı həbsxanasının rəisivə
s.
23.
Tərlanov Elman Zöhrab oğlu-DİN
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı
24.
İmanov Pərviz Nüsrət oğlu-DİN
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı
25.
Kazımov Azər Əzizağa oğlu-
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı
26. Məmməd Mahmudov- 16 saylı CÇM- nin keçmiş
rəisi
Təəssüflə
qeyd etmək lazımdır ki, adları yuxarıda qeyd olunan şəxslər Penitensiar Xidmət
və DİN- də məsul vəzifə tutublar və hazırda onların bir çoxu yüksək vəzifə
daşıyırlar. Lakin onların qanunsuz və insanlığa yaraşmayan hərəkətlərinə görə
nəinki cəzalandırılıblar, hətta bəzilərinin vəzifələri və rütbələri artırılıb.
Yaş senzi ilə bağlı pensiya çıxan “işgəncə kralları”x9d isə işlədiyi müddətdə
Azərbaycan vətəndaşlarına qarşı sərgilədiyi qeyri- insani münasibətə və verdiyi
işgəncələrə görə Azərbaycan respublikasının dövlət büdcəsindən pensiya alırlar
(!?). Azərbaycan dünyanın çox az saylı ölkələrindən biridir ki, orada dinc,
müqavimətsiz və günahsız insanlara qarşı zor tətbiq edən məmurlar
cəzalandırılmır, əksinə onların vəzifələri artırılır. Pensiyaya çıxdıqda isə ən
yüksək səviyyədə (işlədyi müddətdə aldığı maaşın 80%- i həcmində) məvacib
alırlar.
Həbs yerlərində korrupsiya
halları
Azərbaycan həbsxanalarında korrupsiya halları ölkənin hər yerində
olduğundan daha eybəcər və acınacaqlı halda mövcuddur. Əgər nisbi azadlıqda
olanlar rüşvət verməyə məcbur edilən zaman onların başqa alternativ seçim və
hərəkət imkanları varsa, dəmir barmaqlılar arxasında olan dustaqlar bu
imkanlardan məhrumdurlar. Buna görə də həmin məhbuslar onlardan tələb olunan
rüşvəti ya verməyə, ya da onun ağır formada bədəlini ödəməyə məhkumdurlar.
Aparılan araşdırmalar göstərir ki, həbs yerlərində hər il korrupsiya
nəticəsində böyük həcmdə pullar yığılır və dövriyyədə olur. Bu pullar ölkədə
mövcud olan korrupsiya iyerarxiyasına uyğun şəkildə
toplanır və yuxarılara ötrülür.
“10-cu “zon”x9d-un rəisinin aylıq gəliri 280.000 manatdır”x9d.
Keçmiş siyasi məhbus Əvəz Zeynallı bildirir ki, həbs yerlərində Cinayət
Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi bütün maddələri ilə korrupsiya
predmetidir;“Qanunun tələb etdiyi hər şey pula çevrilib məhkuma qaytarılır.
Məhkuma həftədə 2 dəfə qanuni telefon haqqı verilir, amma məhkum hər gün danışa
bilir. Bir 15 dəqiqə 1-5 manat arasıdır (zonlara görə dəyişir, məsələn, 10-ci
zonda 1-2, manat, 13-14-cü zonlarda 3-5 manat arası). Bir məhkum gündə 3-5 dəfə
də danışa bilər, puluna minnət. Hər gün telefonda oturan nəzarətçiyə hər
danışığa görə pulunu da ödəməlidir.
Hamam
eləcə. Qanun həftədə 2 gün icazə verir çimməyə. Amma hər gün çimə bilərsən. 30
dəqiqə 50 qəpikdir. Bəzi “zon”x9d-larda 2-3 hamam var. İmkanı olanlar ayrı hamamda
- 2 nəfərlik, tək adamlıq hamamlarda çimə bilərlər. 10-cu “zon”x9d- da 1 saatı 2
manata hamam da var, 1 saatı 1 manata da hamam var, yarım saatı 50 qəpiyə də...
Bütün
qalan məsələlər də eləcə. Mən bu haqda elə cəza çəkə-çəkə - içəridə araşdırma
aparmışam. 10-cu “zon”x9d- un rəisinin ayda götürdüyü xalis gəlir 280.000
manatdır. Hər şey məhkumun gözlərinin qarşısında baş verir.
Minlərlə
dustağın hər gün 3 dəfə yeməli olduğu yeməklərin, ildə 2 dəfədən az olmayaraq
verilməli olan pal-paltarların pulları sakitcə mənimsənilir”x9d.
Keçmiş siyasi məhbus Bəşir Süleymanlı bildirir ki, həbs
yerlərində korrupsiya ilə bağlı vəziyyət cox ağırdır.
Demək olar ki, hər şey pulladır. Baxmayaraq ki, mən heç zaman rüşvət vermədim. Amma bu, digər məhkumlar üçün
keçərli deyil. Çünki rüşvət verməkdən yayınanları incitmə halları gözləyə
bilər. Rüşvət daha çox kiçik rəis heyəti və işçilər arasında tüğyan edir. Böyük məsələləri yəqin ki, böyük pullar həll
edir. Amma burda məncə məhkumların özlərinin də rolu var. Onlar hər hansı
məsuliyyətlərini ört- basdır etmək üçün rüşvət verməkdə maraqlı olurlar. Hətta
mən fikirləşirdim ki, birdən- birə rüşvətsiz fəaliyyətə keçilsə qiyam baş verə
bilər. Məsələn, məhkumlar otaqda siqaret çəkir. Baxmayaraq ki, bu qadağandır.
Amma nəzarətçi ona goz yumur. Çünki mutamadi nəzarətçini "görür".
Təbii ki, burda məsuliyyət daha çox rüşvət alıb pozuntuya göz yumandadır. Amma bunun aradan qaldırılması
istiqamətində atılan addımlar yetərli deyil.
|
Həbs yerlərində yığılan rüşvətin təyinatı və
həcminı cədvəl şəkilində aşağıdakı kimi təqdim etmək olar; Cədvəl 2. |
|
||
|
Sıra Sayı |
Alınan rüşvətin
təyinatı |
Rüşvətin həcmi |
Qanunda dövlət rusumu
nəzərdə tutulurmu? |
|
|
1. |
Məhbusa sovqat və ya bağlama göndərmək |
5- 15 manat |
Xeyr |
|
|
2. |
Məhbusla görüş |
20-100 manat |
Xeyr |
|
|
3. |
Aşağı çarpayıda
yatmaq |
150- 200 manat |
Xeyr |
|
|
4. |
“Burjuysku”x9d
kamerada yer almaq |
500- 2000 manat |
Xeyr |
|
|
5. |
CÇM- lərdə xüsusi otaqlarda
qalmaq |
1 ayı 150-300 manat |
Xeyr |
|
|
6. |
Saç saxlamaq |
10- 20 manat |
Xeyr |
|
|
7. |
İdman zalında məşq
etmək |
10-30 manat |
Xeyr |
|
|
8. |
Telefonla danışmaq |
1- 10 manat |
Xeyr |
|
|
9. |
½- lə vaxtından
qabaq azad olmaq |
ayı 350- 400 manat |
Xeyr |
|
|
9. |
1/3- lə vaxtından
qabaq azadlığa çıxmaq |
ayı 200- 250 manat |
Xeyr |
|
|
10. |
Fərdi qaydada
hamamda çimmək |
manat |
Xeyr |
|
|
11. |
Camaşırxanada
paltar yumaq |
1 paltar 50 qəpik-1 manat |
Xeyr |
|
|
12. |
Tibbi Müəsissəyə
(“Sançasta”x9d) getmək |
200- 500 manat |
Xeyr |
|
|
13. |
Əlavə olaraq Tibbi
Müəsissədə qalmaq |
ayı 150- 200 manat |
Xeyr |
|
|
14. |
Uzun müddətli
görüş almaq |
150- 300 manat |
Xeyr |
|
|
15. |
“Karmoşka”x9d- nı
(gözlüyü) açdırmaq |
1 saatı 5 manat |
Xeyr |
|
|
16. |
Kamerada
vintiliyator və elektrik pilətələrinin saxlanması |
1 ayı 10- 30 manat |
Xeyr |
|
|
17. |
Yeməkxanada yemək |
1 porsiyası 3- 7
manat |
Xeyr |
|
|
18. |
Çarpayının 1- ci
yarısında yer almaq |
150- 200 manat |
Xeyr |
|
|
19. |
Karantində məcburi
əməyə cəlb edilməmək üçün |
250- 300 manat |
Xeyr |
|
|
20. |
Kompyuter
mərkəzində oyun oynamaq |
saatı 5 manat |
Xeyr |
|
Qeyd;
Həbs yerlərində olan maqazinlərdə qiymətlər adi qiymətlərdən 1,5- 4 dəfə
bahadır
Azərbaycanda siyasi məhbus
problemi...
Aparılan
araşdırmalar göstərir ki, Azərbaycanda siyasi məhbuslar problemi problem kimi
1993- cü ildən meydana gəlməyə başlayıb. Qeyri- rəsmi məlumatlara görə ötən 22
ildə, konkret olaraq 1993- cü ildən bu günə qədər Azərbaycanda təxminən ən
azından 2200 nəfərdən çox insan (adları müxtəli siyahılarda qeyd olunan-red.) siyasi
fəaliyyətinə görə həbs olunub və ya onların həbsində siyasi motivlər olub. Bu
şəxslərin təxminən 1500 nəfəri yerli hüquq müdafiə və bəzi beynəlxalq
təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb. Maraqlıdır ki, həmin
məhbusların yarıdan çoxunun adını ilk dəfə tanınmış hüquq müdafiəçisi, keçmiş
siyasi məhbus Leyla Yunus təqdim edib və onun köməkliyi ilə həmin insanlar
siyasi məhbus kimi tanınıb. Təkcə 1996- 2000- ci və 2013- 2014-cü illərdə onun tərtib
etdiyi 2 siyahıda (uyğun olaraq 716 nəfərlik və
134 nəfərlik- red.) ölkədə olan son 22 ildəki siyasi məhbusların yarıdan
çoxu yer alıb. Azərbaycanda siyasi məhbusların pik sayı ölkəmizin Avropa
Şurasına daxil olduğu ərəfəyə təsadüf edir. Həmin ərəfədə yerli hüquq
müdafiəçilərinin təqdim etdiyi siyahıda 700 nəfərdən artıq şəxsin adı siyasi
məhbus kimi göstərilib. Zaman- zaman adları siyahıda qeyd olunan məhbuslar
Avropa Şurası və digər beynəlxalq təşkilatların, eləcə də yerli hüquq müdafiə
təşkilatlarının dəstəyi ilə bu və ya digər formada azadlığa çııxdılar. Amma
ölkədə siyasi məhbus problemi öz həllini tapmadı. Davamlı olaraq yeni həbslər həyata
keçirildi.
Ötən müddət ərzində də
Azərbaycan siyasi lekskonuna məhbuslarla bağlı yeni terminlər daxil olub; 4 iyun Gəncə işi məhbusları,
“OMON”x9d məhbusları, “Şahmərdan Cəfərovun işi üzrə məhbuslar, saxta dövlət
çevrilişi məhbusları, seçki məhbusları, 2 aprel məhbusları, vicdan məhbusları,
Kür məhbusları, İsmayıllı məhbusları, Binə məhbusları, hicab məhbusları, NİDA-
çı məhbuslar, Evrovizyon məhbusları,
like məhbusları, Naradan məhbusları və s.
Sonuncu
dəfə 2014- cü ilin avqust ayında hüquq müdafiəçiləri Leyla Yunusun və Rəsul
Cəfərovun razılaşdqları birgə siyahıda
98 nəfərin adı siyasi məhbus siyahısına daxil edilib. Ötən müddətdə onlardan 29-u
azadlığa çıxıb. Onların bir qismi əfvlə, çoxları isə həbs müddəti başa
çatdığına görə, dustaq jarqonu ilə desək “kalendarnı”x9d cəzalarına çəkdiklərinə
görə azadlığa çıxıblar. Həmin siyahıya isə 8 nəfər siyasi məhbusun adı daxil
edilib.Siyasi məhbuslarla bağlı vahid işçi qrup tərəfindən hazırlanmış siyasi
məhbus siyahısında 26 noyabrda baş vermiş qanlı Nardaran hadisələrinə qədər 80
nəfərə yaxın şəxsin adı var. Amma eyni zamanda fəaliyyətində siyasi motivlər
olan bir çox məhbusların adlarının həmin siyahıya salınması ilə bağlı
müzakirələr və araşdırmalar davam edir. Eyni zamanda sonrakı müddətdə siyasi
motivli bir çox həbslər də həyata keçirilib.
Ötən
22 ildə ölkədə siyasi məhbusların sayı müxtəlif olub. Kimsə düşünə bilər ki,
Azərbaycan Avropa Şurasına qəbul olunan zaman ölkədə olan siyasi məhbusların
sayı 700 nəfərin üstündə idisə hazırda bu rəqəm 80 nəfərin üzərindədir və bu
irəliyə doğru addımdır. Heç bir məhbusun şəxsiyyəti üzərinə kölgə salmadan qeyd etmək
lazımdır ki, həmin ərəfədə kütləvi şəkildə həbs olunanların böyük əksəriyyəti
sıradan sadə, fədakar insanlar olmaqla cəmiyyətdə o qədər də tanınmayan şəxslər
idi. İndi həbs olunanların əksəriyyəti isə sadə, fədakar olmaqla yanaşı yerli və
beynəlxalq ictimaiyyət tərəfindən həbsindən öncə tanınan və qəbul olunan
ictimai fəallardır. Yəni hakimiyyət həbs olunanlarla bağlı kəmiyyət və
keyfiyyət dəyişkənliyini həyata keçirir. İndi həbs olunanların böyük
əksəriyyəti kifayət qədər tanınan, fəal ictimai siyasi fəaliyyətlə məşğul olan,
cəmiyyətə təsir imkanlarına malik insanlardır.
Başqa bir məsələ odur ki, hakimiyyət illər öncə həyata keçirdiyi
həbsləri bəlli bir müstəvidə gerçəkləşdirirdi. Yeniyetmə gəncləri, tanınmış
hüquq müdafiəçilərini, xüsusən ictimai fəal xanımları saxta ittihamlarla həbsə
atmırdı. İndi hakimiyyət üçün həbs məsələsində heç bir məhdudiyyət, qırmızı
xətt və toxunulmaz şəxs məhfumu yoxdur. Biz bunu “NİDA”x9d- çı ictimai fəal, 17
yaşlı Şahin Novruzlunun, xanım ictimai fəalların, Nigar Yaqublunun, Leyla
Yunusun, Xədicə İsmayılın, eləcə də tanınmış vəkil İntiqam Əliyevin qanunsuz
həbsində gördük. Öncəki illərdə hakimiyyət ataya görə övladı, siyasi liderə
görə onun qohumunu, siyasi fəala görə onun qardaşını həbsə atmırdı. Biz 2013-
cü il prezident seçkilərində Milli Şuranın namizədi olmuş Cəmil Həsənliyə görə
onun qızı Günel xanımın, AXCP sədri Əli Kərimliyə görə onun qaynı Elnur
Seyidovun, “Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansının koordinatoru,
hüquq müdafiəçisi Oqtay Gülalıyevə görə onun az yaşlı övladı Əlgüşad
Gülalıyevin, Azadlıq qəzetinin əməkdaşı Natiq Adilova görə onun qardaşı Muradın
cəzalandırılmasında və həbsində bu tendensiyanınşahidi olduq. Eyni zamanda
keçmiş millət vəkili, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin
Hacıbəylinin müxalif mövqeyinə görə onun az yaşlı övladını əlindən almaqla
təhdid və lüzumsuz məhkəmə çəkişməsinə cəlb ediblər.Bütün əmlakına absurd
iddialar əsasında həbs qoyulub, cinayət təqibi qaydasında uydurma diffamasiya
proseslərinə cəlb olunub. Son zamanlar isə müstəqil jurnalist Günel Mövladın
qardaşlarını, Emin Millinin qaynını, Qənimət Zahidin qardaşı oğlunu həbs
etməklə adları çəkilən ictimai
fəallardan qisas almaq və onları qorxutmaq istəyiblər. Milli Şuranın
Koordinasiya Mərkəzinin üzvü,
kinorejissor Eldəniz Quliyev özünün Facebook səhifəsində yol polisinin
hərəkətini tənqid etdiyinə görə Daxili işlər naziri Ramil Usubovun iddiası
əsasında Nəsimi Rayon Məhkəməsininqərarı ilə 1000 manat cərimə və 480 saat
ictimai işə cəlb edilib. Rejissor polisə qarşı “böhtan”x9d və “təhqir”x9ddə müqəssir
bilinib. Demokratik Qüvvələrin Milli Şurası məhkəmənin hökmünü siyasi qərar
hesab edib və kinorejissorun fəal müxalif vətəndaş mövqeyinə görə təqib
olunduğunu bildirib.
Azərbaycan siyasi məhbusların sayına görə Avropanın lider ölkələrindən
biridir. Hətta keçmiş Sovetlər birliyinə daxil olan avtoritar ölkədə- Rusiya və
Belorusiyada olan siyasi məhbusların cəmi sayı Azərbaycanda olan siyasi
məhbusların sayından azdır. Hazırda ölkədə azad mətbuat, müstəqil vətəndaş
cəmiyyəti institutları sıradan çıxarılıb. Bir çox ictimai fəallar, hüquq
müdafiəçiləri, jurnalistlər qanunsuz həbs həyatı yaşayır. Ölkəmiz dünyanın ən
çox siyasi və vicdan məhbusu olan ölkələrindən biridir. Rəsmi məlumatlara görə
onların sayı 80 civarında olsa da əslində bu rəqəm daha çoxdur. Hətta Avropanın
son avtoritar ölkələrindən hesab olunan Belorusiyada dövlət başçısı Lukoşenko
öz sərəncamı ilə axırıncı 6 siyasi məhbusu da bu yaxınlarda azadlığa buraxdı.
Amma Azərbaycanda siyasi məhbus problemi nəinki həll olunur, əksinə, onların
həbsdən çıxan həmkarlarının yerinə yeniləri şərlənib həbsə atılır.
Azərbaycanda siyasi məhbus problemi artıq son
illərin ən aktual problemlərindən birinə çevrilib. Bu da onunla bağlıdır ki,
ölkədə avtoritar idarəçilik gücləndikcə, söz, mətbuat, ifadə, sərbəst toplaşmaq
azadlığı məhdudlaşdırldıqca ictimai- siyasi fəaliyyətlə məşğul olan şəxslərin
həbs sayı da durmadan artır.
Siyasi motivli həbslərin və azadlıqdan məhrum
edilmələrin sayı 26 yanvar 2013-cü il tarixdə Avropa Şurası Parlament
Assembleyasında “Azərbaycanda siyasi məhbus məsələsinə baxış”x9d üzrə Qətnamənin
qəbul edilməməsindən sonra daha da artıb.
“Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai
Alyans apardığı araşdırmalar göstərir ki, Azərbaycanda siyasi məhbusların sayı
100 nəfərdən artıqdır.
Siyasi məhbuslarla bağlı ibtidai istintaqı
həyata keçirən prokurorluq əməkdaşları və ədalətsiz məhkəmə hökmü çıxaran
hakimlər siyasi sifariş yerinə yetirərək günahsız şəxslərə ağır cəza verməklə
qanunları pozur və qeyri- insanı hərəkətlər nümayiş etdirirlər. Amma onların
hərəkətinə qarşı cəmiyyətin münasibəti hələ tam adekvat deyil. Həmin vəzifəli
şəxslərin qanun qarşısında cavab verəcəyi şübhəsizdir. Lakin onların qanunsuz
və bədnam əməllərinə qarşı ictimai qınağı gücləndirmək üçün hesab edirik ki,
siyasi məhbuslar haqqında sifarişli qərar çıxaran prokurorluq əməkdaşlarının və
hakimlərin adları tez- tez ictimaiyyətə təqdim olunmalı və qınanmalıdır.
Beləliklə, onların bir qisminin adlarını hesabata daxil edirik;
Siyasi məhbuslar haqqında sifarişli hökm çıxaran
hakimlərin
QARA SİYAHISI
1. Ramella
Allahverdiyeva(Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Əvəz Zeynallı,
Xədicə İsmayıl)
2. Əfqan Hacıyev (Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi -Leyla və Arif Yunuslar)
3. Cavid
Hüseynov (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - NİDA işi üzrə)
4. Rafiq
Kazımov (Balakən rayon Məhkəməsinin hakimi- Rəsul Mürsəlov)
5. Rəşid
Hüseynov(Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi- İlqar Məmmədov, Tofiq
Yaqublu, “İsmayıllı hadisələri”x9d işi)
6. Elçin
Kazımov (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi- Yadigar Sadıqlı)
7. Şövkət
Nəcəfova (Sumqayıt Məhkəməsinin hakimi- Seymur Həzi)
8. Elşad
Əliyev (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi- Murad Ədilov)
9. Fikrət
Qəribov (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Elvin Abdullayev)
10. Rasim Sadıqov (Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi- İntiqam Əliyev)
11. Emin Mehdiyev (Nəsimi rayon Məhkəməsinin
hakimi- Qurban Məmmədov)
12. Zeynal Ağayev (Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi-Nicat Əliyev və digər Eurovision məhbusları,Asif Yusifli)
13. Samir Əliyev ( Sabunçu rayon Məhkəməsinin
hakimi- Hacı Taleh Bağırzadə)
14. Novruz Kərimov (Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi - Pərviz Həşimli)
15. Rauf Əliyev (Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi- Anar Məmmədli, Bəşir Süleymanlı)
16. İlham Kərimli (Abşeron rayon Məhkəməsinin
hakimi- Nigar Yaqublu)
17. Eldar İsmayılov (Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi- Mövsüm Səmədov, Rufulla Axundzadə və digər dindarlar,
Rəsul Cəfərov)
18. Eldar Mikayılov (Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi- Ömər Məmmədov, “hicab məhbusları”x9d işi)
19. Əhməd Quliyev (Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi- Əbdül Əbilov, Sirac Kərimli)
20.Faiq Qasımov (Bakı Apellyasiya Məhkəməsinin hakimi-bir sıra siyasi işlər)
21. Mirzəyev Sahibxan (Bakı Apellyasiya Məhkəməsinin hakimi-bir sıra
siyasi işlər)
22. Camal Ramazanov (Bakı Apellyasiya Məhkəməsinin hakimi-bir sıra
siyasi işlər)
23. Əflatun Qasımov (Bakı Apellyasiya Məhkəməsinin hakimi- Anar
Məmmədli, Bəşir Süleymanlı, Günel Həsənli və digərləri)
24. Mirzəli Abbasov (Bakı Apellyasiya Məhkəməsinin hakimi-bir sıra
siyasi işlər)
25. Əmir Bayramov (Bakı Apellyasiya Məhkəməsinin hakimi-bir sıra siyasi
işlər)
26. Mirpaşa Hüseynov (Bakı Apellyasiya Məhkəməsinin hakimi-bir sıra
siyasi işlər)
27. Həsən Əhmədov (Bakı Apellyasiya Məhkəməsi hakimi-bir sıra siyasi
işlər)
28.Vaqif Mursaqulov (Bakı Apellyasiya Məhkəməsinin hakimi-bir sıra
siyasi işlər)
29. İsmayıl Əhmədov(Şirvan Apellyasiya Məhkəməsinin hakimi AXCP fəalı
Murad Adilov)
30. Cəlilov
Oruc, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, Abdullayev
Mübariz
31. Ənvər Seyidov- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, Səid
Dadaşbəyli və digərləri
32. Ilham Cəfərov- Ali Məhkəmənin hakimi, bir
sıra siyasi işlər
33. Fərhad Kərimov,
Ali Məhkəmənin hakimi- Pərviz Həşimli
34. İlqar
Murquzov, Bakı Apellyasiya Məhkəməsinin hakimi- Xədicə İsmayıl
35. İnqilab
Nəsirov, Ali Məhkəmənin hakimi-Araz Quliyev və digər
Masallı dindarları
36. Nizami
Quliyev, Lənkəran ağır cinayətlər məhkəməsinin hakimi-Araz Quliyev və digər
Masallı dindarları
37. Kamran
Əkbərov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi- Araz Quliyev və digər
Masallı dindarları
38. Azər
Orucov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Hilal Məmmədov və
digərlərinin işi
39. Tirqay
Hüseynov - Nərimanov rayon Məhkəməsinin hakimi (Təhsil nazirliyinin
qarşısında aksiyada tutulmuş dindarların işi)
40. Aqşin
Əfəndiyev - Yasamal rayon Məhkəməsinin hakimi (Günel Həsənli, Nurçuların
işi)
41. Etibar
Hümbətov- Nəsimi rayon məhkəməsinin hakimi ( Gültəkin Hacıbəylinin azyaşlı
övladının işi)
42. Famil Nəsibov-Səbail rayon məhkəməsinin
hakimi, hazırda Ağsu rayon məhkəməsinin hakimidir, Məhəmməd Məcidli və
digərlərinin işi.
Siyasi sifarşləri icra edən Prokurorluq əməkdaşlarının
QARA SİYAHISI
1.Rüstəm Usubov - Baş prokurorun birinci müavini
2.İbrahim
Ləmbəranski - Baş Prokurorluğun Ağır
Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
3.Əhmədov
Eldar - Baş Prokurorluğun Ağır
Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin rəisi
4.Orxan Zeynalov ”“ Dövlət Sərhəd Xidmətinin müstəntiqi
5.Pərviz
İbayev - Baş Prokurorluğun Ağır
Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
6.Ramil
Qurbanov - Baş Prokurorluğun Ağır
Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
7.Emil Qəhrəmanov - Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə
İstintaq idarəsinin müstəntiqi
8.Qasım
Məmmədov - Baş Prokurorluğun Ağır
Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
9.Səttar
Rzayev - Baş Prokuroruğun Ağır
Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin şöbə prokuroru
10.Vüqar Nəsibov - Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq
idarəsinin müstəntiqi
11.Sənan
Paşayev - Baş Prokurorluğun Ağır
Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
12.Orxan Babayev - Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə
İstintaq idarəsininmüstəntiqi
13.Nadir Mirzəyev - Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq
idarəsinin müstəntiqi
14.
Qurban Səfərov- Baş Prokurorlugun müstəntiqi (Hilal Məmmədov)
15.
Mübariz Süleymanov - Nərimanov RPİ-nin müstəntiqi (Məmməd
İbrahim)
16.
Elşən Murtuzov - MTN-in müstəntiqi (Pərviz Həşimlinin işi)
17. Nadir Mustafayev - MTN-in mustəntiqi (“Nurçu”x9d-ların
işi)
18.
Hacı Əfəndiyev - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
müstəntiqi (Murad Ədilov)
19.Yasin Məmmədov- MTN- nin İbtidai
İstintaq İdarəsinin keçmiş rəis müavini (Səid Dadaşbəyli və digərləri)
20.Nadir Mustafayev-MTN- nin İbtidai İstintaq
İdarəsinin sabiq baş müstəntiqi (Səid Dadaşbəyli və digərləri)
21. Sahib Ələkbərov-MTN-
nin İbtidai İstintaq İdarəsinin sabiqmüstəntiqi (Səid Dadaşbəyli və digərləri)
22.Eldar İsmayılov- MTN- nin
İbtidai İstintaq İdarəsinin sabiq müstəntiqi (Səid Dadaşbəyli və digərləri)
Siyasi
işlərlə bağlı saxta rəy verən ekspert
Ceyhun Allahverdiyev- Səhiyyə Nazirliyi
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Ekspertiza
Şöbəsinin rəisi (Günel Həsənli, Emin Hüseynov, Aqil Xəlil, Cəmil Həsənli, Qənimət
Zahid, Rafik Tağı və digərləri ilə bağlı saxta rəy verib)
Qeyd.
Adları siyahıda qeyd olunan şəxslər siyasi
məhbuslara qarşı saxta ittiham aktı tərtib edən prokurorluq əməkdaşlarının və
onlar haqqında qanunsuz, ədalətsiz məhkəmə hökmü çıxaran hakimlərin bir
qisminin adıdır. Bu istiqamətdə araşdırmalar davam edir.
“Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansı
hesab edir ki, adları siyahıda qeyd olunan hakimlərin, müstəntiqlərin və ekspertin fəaliyyəti
ciddi şəkildə araşdırılmalı, qəbul etdikləri qanunsuz qərarlara hüquqi qiymət
verilməli və onların haqqında yerli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə
cəzalar və sanksiyalar təbiq edilməlidir.
İşçi Qrupun bir ili...
Təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət siyasi məhbus problemini
həll etmək əvəzinə yeni- yeni ictimai fəalları həbsə atır, problemin
mövcudluğunu inkar edir, ən yaxşı halda formal İşçi Qrupları formalaşdırmaqla
görüntü yaratmağa, vaxt qazanmağa çalışır. Keçən il Avropa Şurasının baş katibi
Turbörn Yaqlandanın təşəbbüsü ilə problemin həlli ilə bağlı İnsan Haqları üzrə Birgə
İşçi Qrupun yaradılması da yuxarıda deyilən fikirlərə misal kimi göstərilə
bilər.Bir il
bundan öncə siyasi məhbusların azadlığa buraxılması tələbi ilə artan beynəlxalq
təpkiləri səngitmək üçün hakimiyyət İnsan haqları ilə bağlı Birgə İşçi Qrup
yaratdı. Qrupa Prezident Adiminstrasiyasının, bəzi nazirlik və komitələrin
nümayəndələri ilə yanaşı, Milli Məclis üzvləri, eləcə də vətəndaş cəmiyyətinin
təmsilçiləri də üzv təyin olundu. İşçi Qrup yaranan ərəfədə “Siyasi Məhbuslarsız Azərbaycan”x9d
İctimai Alyans bildirdi ki, siyasi məhbusların azad olunması üçün bu
kimi formal qrupların yaradılmasına ehtiyac yoxdur. Belə qurumların yaradılması
hakimiyyətin manevr və imitasiya imkanlarını genişləndirmək üçündür. Çağırış olundu
ki, heç olmasa müstəqil vətəndaş cəmiyyəti təmsilçiləri adı altında bəzi hüquq
müdafiəçiləri hökümətin bu imitasiya oyununda iştirak etməsinlər. Əksinə həmin
insanlar bildirdilər ki, imkan və vaxt verin biz bu problemləri həll edəcəyik.
Ötən bir il göstərdi ki, həqiqətən İnsan haqları ilə bağlı yaradılan Birgə İşçi
Qrup geniş səlahiyyətli kontigentə baxmayaraq ölkədə siyasi məhbus probleminin
həll olunması, eləcə də insan haqlarının müdafiəsi ilə bağlı hər hansı ciddi iş
görə bilmədi. Düzdür quruma daxil olan bəzi ayrı- ayrı şəxslər problemin
çözülməsi istiqamətində müəyyən təşəbbüslər göstərdilər. Lakin bu təşəbbüslər
qarşıya qoyulan missiyanın yerinə yetirilməsi üçün yetərli olmadı. Çünki
Azərbaycanda siyasi məhbus probleminin mövcudluğu bu hakimiyyətin mahiyyəti,
varlığı ilə sıx bağlıdır. Siyasi iradə nümayiş olunmasa ən yüksək səviyyələrdə belə yaradılmış qurumlar ölkədə
insan haqları, siyasi məhbuslarla bağlı problemi həll edə bilməz.
Qeyri- humanist əfv
sərəncamları...
Yerli
və beynəlxalq ictimaiyyətin təkidli tələblərindən sonra müəyyən əlamətdar
günlərdə dövlət başçısı tərəfindən əfv sərəncamları imzalanır. Humanistlik
prinsiplərini özündə ehtifa etdiyi iddia olunan bu addımlar zamanı azadlığa
çıxmağı haqq edən, şərlənərək həbs olunan, qanunsuz həbs həyatı yaşayan
məhbuslar deyil, azadlığa çıxacağı o qədər də gözlənilməyən şəxslər həbsdən
azad olunur. Sonuncu əfv sərəncamı 9 ay öncə, cari ilin mart ayında olub. İlham
Əliyev tərəfindən imzalanan həmin sərəncamda da azadlığa çıxacağı gözlənilən,
hətta haqqında Avropa İnsan Haqları Məhkəməsinin müsbət qərarları olan məhbuslar
azadlığa buraxılmadı, növbəti gözləntilər də özünü doğrultmadı. Ölkə
həbsxanalarında haqq etmədiyi cəzanı çəkən 100- ə yaxın siyasi məhbusdan yalnız
bir neçə nəfər azadlığa çıxdı. Haqqında Avropa İnsan Haqları Məhkəməsinin
qərarı olan Əli İnsanov və İlqar Məmmədov başda olmaqla azadlığa çıxacağı
gözlənilən onlarla siyasi məhbus yenə həbsxanada qaldı. Hakimiyyət bir daha
azadlıq, demokratiya, insan haqları ugrunda mübarizə aparan insanlara qarşı soyuqqanlı
vəbarışmazmövqedə olduğunu ortaya qoydu.
Son
əfv sərəncamında diqqət çəkən bir məqam qeyd edək. Əfv siyahısında yer alan 101
məhkumdan yarıdan çoxu (59 nəfər) ağır cinayət törətməkdə ittiham olunaraq Bakı
və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan
məhrum olunublar (bax; //www.president.az/articles/14580). Onların bəziləri haqqında
məhkəmə hökmü hətta 2013- və 2014- cü illərdə çıxarılıb və törətdikləri
cinayətə görə ağır cəzaya məhkum ediliblər. Amma cəzalarının heç 1/3- ni, hətta
elələri var 1/4- ni belə çəkməyiblər. Əlbəttə sosial ədalətsiziliyin, ayrı-
seçkiliyin hökm sürdüyü cəmiyyətdə həbsdə olan hansısa məhbusun azadlığa
çıxmasına qarşı deyilik. Düşünürük ki, ölkədə sosial ədalət bərpa olunmalı,
Qızıl Amnistiya tətbiq edilməli, həbs və cəza şərtlərinə yenidən baxılmalıdır.
Amma qeyd edək ki, dövlət başçısının humanistlik prinsipi göstərərək əfv
sərəncamı imzaladığı iddiasını irəli sürənlərin iddiası əfv siyahısına baxanda
elə ilk baxışda darmadağın olur. Çünki ani olaraq sual meydana çıxır; Necə ola
bilir ki, dövlət başçısı vətəndaşın həyatına qəsd edən, insanları yaralayan,
öldürən, başqalarının əmlakını ələ keçirən, dağıdan, xüsusi və dövlət
mülkiyyətinə ziyan vuran, insan alveri ilə məşğul olan, hər növ qaçaqmalçılığı
özünə peşə seçən, narkotika ilə cəmiyyəti zəhərləyən, onun satışını, ölkəyə
idxalını və ixracını təşkil edən və s. şəxsləri bir günün içində bir sərəncamla
azadlığa buraxır, amma bütün həyatını cəmiyyətin saflaşdırılması, insanların
haqlarını, mülklərini, milli mənəvi dəyərləri qorumağı özünün həyat amalına
çevirmiş İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqlı, İntiqam Əliyev, Leyla
Yunus, Rəsul Cəfərov, Xədicə İsmayıl, Anar Məmmədli, Seymur Həzi, Sirac və
Fərəc Kərimli qardaşları, Asif Yusifli, Hilal Məmmədov, Taleh Xasməmmədov, Nemət
Pənahlı kimi fədakar insanları, “əsgər ölümlərinə son!”x9d deyən NİDA- çı
gəncləri, “Allah təkdir, şəriki yoxdur”x9d deyən inanclı insanları və digərlərini
azadlığa buraxmır? Sual oluna bilər; bu necə humanistlik, necə ədalətdir? Son
əfv sərəncamı məhbuslarıişlətdiyi cinayətə görə deyil, onların şəxsiyyəti və
əqidəsinə görə çeşidləndiyini göstərdi...
Mart
ayında verilmiş son əfv sərəncamı hakimiyyət tərəfindən “siyasi məhbus”x9d
məsələsində illərdir yürüdülən imitasiya siyasətini bir daha ifşa etdi. Bu
sərəncam həm də keçən ilin oktyabrında yaradılmış İnsan Haqları üzrə Birgə İşçi
Qrupunun da formal, gözdən pərdə asmaq üçün ortaya atılmış qurum olduğunu bir
daha göstərdi.
Siyasi
mühacirlər...
İctimai-
siyasi fəaliyyət göstərib ölkəni tərk etmək məcburiyyətində qalan mühacirlərin əksəriyyətinin istədiyi vaxt ölkəyə dönmək problemi var.
2013- cü il prezident seçkilərində müxalifət qüvvələrinin təsis etdiyi Milli
Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov başda olmaqla bir çox
siyasilər, ictimai fəallar, jurnalistlər, ziyalılar, keçmiş deputatlar ölkədən
didərgin salınıb. Onların Azərbaycana gəlişi hər an həbs təhlükəsi və ya ölkədən
çıxışına yasaq qoyulması, həmin şəxslərə müxtəlif formalarda təzyiqlərin həyata
keçirilməsi ilə nəticələnə bilər. Hətta elə mühacirlər var ki, onların ölkəyə gəlişinə
hakimiyyət imkan vermir. Məsələn, dünyasını dəyişmiş qardaşının yas mərasimində
iştirak etmək üçün hazırda Hollandiyada mühacir həyatı yaşayan, AXC hakimiyyəti
dövründə Qəbələ RİH başçısı vəzifəsində işləmiş, Musavat partiyasının üzvü Eldəniz
Yusubov 2015- ci ilin dekabr ayının sonlarında ölkəyə buraxılmayıb.
Azərbaycana
dönəcəyi təqdirdə təzyiqlərlə üzləşə biləcək, hakimiyyətin həbs etməyə bu və ya
digər formada qisas almağa hazırlaşdığı, xaricdə yaşayan mühacirlərdən
aşağıdakı şəxsləri qeyd etmək olar; İsa Sadıqov, Hüseyn Abdullayev, Mirzə
Sakit, Elşad Abdullayev, Ataxan Əbilov, Həbib Müntəzir, Aqil Xəlil, Qabil
Rzayev, Fikrət Hüseynli, Tural Məhərrəmov, İnqilab Kərimov, Surxan Lətifov,
Ramin Nağıyev (keçmiş MTN məmuru- Fransa), Qənimət Zahid(“Azadlıq”x9d qəzetinin
baş redaktoru), Həsən Qafarov, Kənan Qafarov, Mübariz Əzmli (VAMBP sədri
Hacıbaba Əzimovun qardaşı- İsveç), Çağlar Qasımov (Hollandiya), Şahin Şuşalı
(Milli Qəhrəman), Elmar Şahtaxtınski (Amerika), Qorxmaz Əsgərov (Amerika),
Ramiz Yunus (Amerika), Mahir Cavadov (Kanada), Rəsul Quliyev (ABŞ), Natiq Əfəndiyev
(Gəncənin keçmiş polis rəisi), Laçın Məmişov, İlqar Nəsibov, Məlahət Nəsibova, Rəsul
Mursalov, Natiq Adilov, Arif Məmmədov və digərləri.
Son həbslər.Siyasi məhbusların
azadlığa buraxılması ilə bağlı yerli və beynəlxalq ictimaiyyətin davamlı
tələblərinə baxmayaraq Azərbaycan höküməti nəinki onları azadlığa buraxır,
əksinə ictimai- siyasi fəaliyyətinə görə yeni- yeni fəalları həbsə atır.
Aparılan araşdırmalar göstərir ki, son 1 ildə həbsində siyasi motivlər olan 30
nəfərə yaxın şəxs haqqında cinayət işi açılıb və onlar həbs edilib. Həbs
edilənlər içində heç bir siyasi fəaliyyəti olmayan, yalnız qohumları ictimai
fəal, jurnalist olduğuna görə şərlənərək həbs edilən insanlar da var.
İctimai
siyasi fəallar daha çox Hakimiyyəti zorla ələ keçirmə (Maddə 278), Hakimiyyət nümayəndəsinə müqavimət (315- ci maddə),
Narkotika (234- cü maddə), Xuliqanlıq (221- ci maddə), Qanunsuz silah gəzdirmə
(228- ci maddə), İğtişaşlara çağırış və iştirak (220.1, 220.2- ci maddə),
Vəzifə səlahiyyətlərindən sui- istifadə (308- ci maddə), Vergidən yayınma və s.
qondarma maddələrlə ittiham olunaraq həbs edilirlər.
Son zamanlar həbs edilənlərin adları:
1.
Hacı Elşən Mustafaoğlu, ilahiyyətçi
2.
Nazim Ağabəyov ”“ Emin Millinin qaynı
3.
İmanov Raci Vəzir oğlu ”“ Günel Mövludun qardaşı
4.
İmanov Vəkil Vəzir oğlu - Günel Mövludun qardaşı
5. Məmməd İbrahim Əziz oğlu ”“ AXCP sədrinin
müşaviri
6. Bağırzadə Zeynalabdin Bağır oğlu ”“ AXCP
fəalı, Naxçıvan
7. Mahmudov Nazim Əzim oğlu ”“ AXCP üzvü,
Naxçıvan
8.Məmmədov İsmayıl İsax oğlu ”“ Nurçu
9. Səbzəliyev Rəvan Hakim oğlu - Nurçu
10. Hacıyev Eldəniz Balamət oğlu ”“ Nurçu
11. Həsənov Şahin Muxtar oğlu ”“ Nurçu
12. Məmmədov Zəkəriyya İsax oğlu ”“ Nurçu
13. Zahidov Rüfət Fərasət oğlu ”“ Qənimət Zahidin
qardaşı oğlu
14. Zahidov Rövşən Ağazahid oğlu-
Qənimət Zahidin qohumu
15. Tofiq Həsənli ”“ tənqidçi şair
16. Günel Həsənli- Cəmil Həsənlinin qızı
17. Hacı Taleh Bağırzadə- Müsəlman Birliyi Hərəkatının sədri
18. Elçin Qasımov- Müsəlman Birliyi Hərəkatının sədr müavini
19. Fuad Qəhrəmanlı- AXCP sədrinin müavini
20. Nardaran hadisələri ilə bağlı Müsəlman Birliyi Hərəkatının həbs
edilən üzvləri (Hazırda onlarla bağlı araşdırmalar aparılır- red.)
“Siyasi
Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansı son 1 ildə həbs olunan, adları
yuxarıda qeyd olunan şəxslərin hər
birinin həbsində siyasi motiv olduğunu hesab edir. Onların həbsində AŞPA- nın
siyasi məhbuslarla bağlı məlum 5 kriteriyasının bir neçə bəndi kobud şəkildə
pozulub.
MTN- nin son 10
ildə həyata keçirdiyi qanunsuz həbslər...
Onlar yenidən araşdırılmalıdır
Keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı son baş
verənlər- nazir Eldar Mahmudovun vəzifədən kənarlaşdırılması, İdarə rəisi Akif
Çovdarov başda olmaqla 80- ə yaxın şəxsin həsb edilməsi, onların ağır dövləti
cinayətlər törətməkdə ittiham edilməsi, 250 nəfərin vəzifədən çıxarılması və s.
açıq- aydın göstərdi və subut etdi ki, dövlətin, millətin təhlükəsizliyinə
cavabdeh olan qurumun və onu idarə edənlərin özləri bir başa təhlükə mənbəyi
imiş. Bu quruma rəhbərlik edən bir qrup mütəşəkkil cinayətkar şəbəkə qanundan
kənar şəkildə reketçiliklə məşğul olub, insanları oğurlamaq, girov saxlamaq,
əmlakını əlindən almaq, onlara ən ağır işgəncə vermək, şantaj etmək, öldürmək
və s. kimi ağır cinayətləri həyata keçiriblər. Sual oluna bilər; dövlətin adı
və gücüylə ən ağır cinayətləri həyata keçirən, insanlara və insanlığa qənim
kəsilənlər ədalətli hökm verib ədalətli qərar çıxara bilərdilərmi? Təbii ki,
yox. İşdən qovulub, qolları qandallanan, ömürlük həbs cəzası ilə üz- üzə qalan
sözü gedən mütəşəkkil şəbəkə üzvləri tərəfindən son 10 ildə çoxlu sayda iş
adamları, ictimai- siyasi fəallar və onların yaxınları azadlıqlarını,
sağlamlıqlarını və bəziləri isə həyatlarını itirib. Bəziləri ölkədən didərgin
salınıb. Xeyli sayda insan həbs həyatı yaşayır. Həbs olunanların bir çoxu
siyasi məhbus kimi tanınıb. Həmin məhbuslardan Səid Dadaşbəyli dəstəsi, Elnur
Seyidov, NİDA- çı gənclər, jurnalist Pərviz Həşimli, Rauf Mirqədirov və
digərlərini misal kimi göstərmək olar. Qeyd olunan bu həbslər başdan- ayağa
qanunsuzluq və qisasçlıq zəminində baş verməklə yanaşı MTN- nin cəmiyyətdə
nüfuzunun süni şəkildə gücləndirilməsinə, hakimiyyətdə daha çox imtiyaza və
paya sahib olmağa xidmət edib. Bu həbslər içində maştabına, amansızlığına və
yaratdığı ajiotaja görə “Səid Dadaşbəyli dəstəsi”x9d- nin üzləşdiyi repressiyalar
xüsusi qeyd olunmalıdır.
2007-ci ildə MTN- nin öncədən planlaşdıraraq həyata keçirdiyi xüsusi
əməliyyat nəticəsində həbs edilən 15 gənc, 1974-83-cü illərdə doğulan Said
Dadaşbəyli, Mikayıl İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov,
Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbaliyev,
Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz
İsmayılov AR Cinayət Məcəlləsinin 218- ci maddəsi (cinayətkar birlik yaratma),
274- ci maddəsi (dövlətə xəyanət), 28.2- ci maddəsi (yalnız ağır və xüsusilə
ağır cinayətlərin törədilməsinə yönəl-miş hazırlıq), 180.3.1- ci maddəsi
(soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278- ci maddəsi
(hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228- ci maddəsi (qanunsuz
odlu silah saxlama), 204- ci maddəsi (saxta pul və qiymətli kağzlar hazırlama
və ya satma), 234- ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri saxlama və
daşıma) və s.- lə ittiham olunaraq, 12-14 il arası azadlıqdan məhrum edildilər.
Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici
şirkətlərdə çalışırdı. 10 ay MTN-də işgəncələr altında saxlandıqdan sonra
məhkəmə prosesi 2 ay bağlı qapı arxasında keçirilib. Hakim Ənvər Seyidov 13
gəncin hər birinə ağır cəza verib. Apellyasiya Məhkəməsi 2 saat ərzində
şahidsiz, sübutsuz, bağlı qapı arxasında birinci instansiya məhkəməsinin
hökmünü qüvvədə saxlayıb. Ənvər Seyidov bir tərəfli, qərəzli və ədalət
prinsiplərini kobudcasına pozaraq, araşdırma aparmamış ittihamı təsdiq edib.
Hətta məhkəmədən sonra Eldar Mahmudovun adına hüquqi çərçivəyə sığışmayan
təbrik məktubu göndərir və xahiş edir ki, dəstə üzvlərinin həbsi ilə bağlı
əməliyyat həyata keçirən və bu işin istintaqını aparan MTN- nin və xüsusən
qurumun Anti Terror Mərkəzinin əməkdaşları mükafatlandırılsınlar. İş
materiallarına əlavə edilmiş bu məktub həmin işin sifarişli və saxta olduğunun
açıq sübutudur.
Dinə etiqad edən, içki içməyən, siqaret çəkməyən şəxslər narkotiklə
ittiham edilib. Əlinə bir dəfə də olsun gerçək silah almayan şəxslər qanunsuz
hərbi birləşmələr yaradıb dövlət çevrilişi cəhdində ittiham olunub. Fakt kimi
onların Daxili İşlər Nazirliyinin nəzdində olan tirə güllə atmağa getmələri
əsas götürülüb (!?). İttiham aktında qeyd olunur ki, onlar dünyada yayılmış
bir-birinə zidd olan “Hizbullah”x9d, “Hizbutəhrir”x9d, “Həmas”x9d təşkilatlarının
ideyalarını, Islama dəxli olmayan “masonluğu”x9d təbliğ edirmiş. Maraqlıdır,
bir-birinə zidd olan təriqətlərin ideyalarını bir yerdə necə təbliğ etmək olar?
Iş materiallarına, təqsirləndirilən şəxslərin özlərinin, şahidlərin və
valideynlərin bildirdiyinə görə Said Dadaşbəyli başda olmaqla “dəstə”x9d- nin bəzi
üzvlərinin Iran yönümlü islamçılara qarşı fikri müsbət olmayıb.
Səid Dadaşbəylinin atası gənclərlə bağlı ittihamları “MTN-in
uydurduğu nağıl”x9d adlanıdırır: “Bunlar hamısı Eldar Mahmudovun əli ilə olub.
Allahın işidir, biz ibadət əhliyik, namaz qılırıq, dua edirik, Allah da bizi
eşitdi. Bu qədər adamın bir yerdə ifşa olunması ağıla gələn şey deyildi”x9d.
Həbs olunan gənclərin bəziləri bir- birini tanımır. Bir- birini tanımayan
insanlar necə mütəşəkkil dəstə yaradıb dövlət çevrilişi edə bilərdi?
MTN-in həbs etdiyi gənclərin çoxu bir-birini tanımırdı. Məsələn,
dəstənən rəhbəri kimi təqdim edilən Səid Dadaşbəyli Rəşad və Faiq İsmayılov
qardaşlarını, Mübariz Süleymanovu tanımırdı. Ümumiyyətlə, bu işdə elə gənclərin
adına rast gəlinir ki, təəccüblənməyə bilmirsən. Məsələn, tanınmış iş adamı
İsgəndər Xəlilovun bacısı oğlu Samir Aslanov, “Azəriqaz”x9d Səhmdar Cəmiyyətinin 3
işçisi və digərləri... Adları qeyd olunan sonunuclar da S.Dadaşbəylini
tanımırdılar.
“Səid Dadaşbəyli və digərlərinin işi”x9d üzrə ittiham aktında və məhkəmə
hökmündə çoxlu sayda qanunsuzluqlar və
əssassız ittihamlar yer alıb. Çünki MTN tərəfindən xüsusi maraq və sifariş
əsasında həyata keçirilən bu səs- küylü həbsin özü qanunsuz olub.
Gənclərin həbsi zamanı onların öz evlərində və qohumlarının evlərində
məhkəmənin qərarı olmadan axtarış aparıblar. Qanunsuz müsadirələr həyata
keçirib qızıl, ziynət əşyaları, pul, kompyüter, noutbuk, hətta bəzilərinin
evlərindən maşın aparıblar və sonra geri qaytarmayıblar.
Bütün deyilənləri ümumiləşdirib bu qənaətə gəlmək olar ki, keçmiş
MTN- nin xətti ilə son 10 ildə həyata keçirilən bütün qanunsuzluqlar, saxta
əməliyyatlar, sifarişli həbslər, qondarma “dövlət çevrilişi”x9d cəhdləri yenidən
hər tərəfli araşdırılıb hüquqi qiymətini almalıdır. Əsassız olaraq təqiblərə,
təzyiqlərə məruz qalanlar, əmlakı əlindən alınanlar, azadlığını itirib həbsə
atılanlar, öldürüüb qanı batırılanlar, ölkədən didərgin salınıb vətən üzünə
həsrət qalanlar tam bəraət almalı, öz layiqli haqlarına qovuşmalıdırlar. Səid
Dadşbəyli və digərləri ilə bağlı işlərə də qanun çərçivəsində yenidən
baxılmalıdır. Bu gün vəzifəsindən alınıb qolları qandallanan MTN generalları, idarə
rəisləri həm də son 10 ildə dövlət adına həyata keçirdikləri bu cinayətlərinə
görə də cavab verməlidirilər...
Qobustan
Qapalı Həbsxanasında vəziyyət
Qobustan Qapalı həbsxanasında vəziyyət
dəyişməz ağır olaraq qalır. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında”x9d Qanunun tətbiq edilməsinə başlanılması
və həbsxanaya Fikrət Qafarovun yeni rəis təyin olunması da orda hər hansı müsbət
dəyişikliklər yaratmayıb. Bu barədə adı çəkilən həbs yerində cəza çəkən
dustaqların yaxınları, vəkilləri və s. bildirir.
Ömürlük
Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin sədri Müslümat Rzaxanova bildirir ki, sentyabrın
2-də Qobustan həbsxanasında məhbus Xanbala Mahmudovun ölümü,16 sentyabrda
saxlandığı kameradan zorakılıqla çıxarılmasına etiraz etdiyinə görə işgəncələrə
məruz qalan Abbasov Əlaqif Arif oğlunun özünə qəsdlə ölümündən bir ay
keçməmiş həbsxanada növbəti məhbus
ölümü baş verib. Bu hadisələr 2014-cü ilin iyun ayından başlayaraq bu günə kimi
məhbuslara qarşı davam edən insan ləyaqətini alçaldan münasibət və işgəncələr
saxlanma rejimini məhbusların dili ilə desək “faşist konslaqeri”x9d-nə
çevrib. Məhbuslardan çətinliklə aldığımız məlumatlara görə
həbsxanada işgəncələr əsasən imkansız məhbuslara qarşı heç bir səbəb olmadan,
bütün hallarda əli qandallı tətbiq edilir. Bu səbəbi bilinmədən,
qanunazidd əli qandallı cəza vermək 20-25 il ərzində məhbuslara tətbiq
edilməmişdi.
Həbsxana rəisi Fikrət Qafarovun dövlətimizin
Ali Qanunlarını tanımaq istəməməsi,1998-ci ildə ölüm hökmünü ləğv edilməsi ilə
“razı olmadığını”x9d, 20 ildən artıq müddətdə ağır şəraitdə cəza çəkən məhbuslara onların
ölməli olduqlarını bildirməsi və həbsxanadan məhbusların ardıcıl ölümü
həbsxana rəisinin məhbuslara qarşı ədavətli münasibətinin mövcud
olduğunu,məhbusların həyatına yaranmış təhlükənin aydın göstəricisidir.
Həbsxana rəisinin 20 ildə tətbiq
edilməmiş, qanunazidd şəkildə məhbuslara əli qandallı şəkildə cəza tətbiq
etməsi məhbuslara verilən fiziki və mənəvi işgəncənin bir növüdür. Məhbusları
öz vəsaitləri ilə qismən təmir edib şərait yaratdıqları kameralardan
zorakılıqla çıxarılaraq tamamilə fərqli xüsusiyyətli məhbuslarla bir
kameraya köçürülməsi, onları qəsdən bir-birinə qarşı qoyaraq, “qoy qırsınlar
bir-birini”x9d deyə konflikt şəraiti yaratması həbsxana rəhbərliyinin məhbusları
cəzalandırmaq üçün istifadə etdiyi metodlardan biridir. Bu şəraitdə saxlanma
səbəbini bilmək istəyən məhbus dəhşətli işgəncələrlə döyülərək, lüt
soyundurulub, əlləri arxadan qandallanaraq 15 gün, bəzən də 1 ay “kars”x9d- da
saxlanmaqla cəzalandırılır. Beləliklə, məhbus qanuna zidd olaraq 1 ay
“kars”x9d- da saxlanır (məsələn, məhbuslar Zaur Süleymanov, Rahib Məsimov və
digərləri kimi- red.). Hazırda məhbuslara tətbiq edilən fiziki və mənəvi
işgəncələronların hər birinin həyatına təhlükə yaratmaqla yaxınlarının
ciddi narahatlığına səbəb olub.
AR Ədliyyə nazirinə, nazirliyin Penitensiar
Xidməti İdarəsinə dəfələrlə edilmiş müraciətlər, “araşdırılmaq”x9d
üşün ondan şıkayət edilən həbsxana rəisi Fikrət Qafarova
göndərilir. Nəticədə şikayət edən məhbus daha ağır işgəncələrəməruz qalır. Görüşə
gələn həmin məhbusun yaxınları isə insan ləyaqətini alçaldan tərzdə (alt
paltarlarını tam soyundurub- red.) xüsusi cihazdan istifadə etmədən yoxlanır.Həbsxanada
baş vermiş bu və digər hərəkətlər barədə hətta dövlət başçısına müraciətlər
də araşdırılmaq üçün həbsxana rəisinə göndərilir. Nəticəsi isə ardıcıl müəmmalı
məhbus ölümüdür...
Həbsxanada məhbuslar tam informasiya
blokadasında saxlanılır, onların bütün yazışmalarına məhdudiyyət qoyulub.
Məhbusun dövlət başçısına, əlaqədar dövlət orqanlarına, məhkəmələrə,
vəkil və nümayəndələrinə, Ombudsmanla yazışmalarına senzura tətbiq edilir. Həbsxanada
saxlanma rejimindən və yaxud həbsxana rəhbərliyinin, personal xidmətin qanuna
zidd, cinayət xarakterli hərəkətlərindən edilən şikayətlər ünvanına
göndərilmir. Belə müraciəti göndərmək istəyən məhbusun adı “qara siyahı”x9d- ya
salınır və ona qarşı təzyiqlərə start verilir. Belə məhbuslar barədə saxta
ittihamlar tətbiq edilərək döyülüb cərimə otağına salınırlar. Görüşə gələn və
görüşdən çıxan məhbus (qadın) yaxınlarının “bəziləri”x9d qanunda nəzərdə tutulan
xüsusi cihazla yox, insan ləyaqətini alçaldan tərzdə tam soyundurularaq
axtarılır (məsələn, məhbus Namiq Vəliyevin qohumu). Rəhbərlik həbsxanadan hər
hansı məlumatın çıxarılmasından ehtiyat edir.
Son zamanlar isə məhbuslara qarşı xüsusi
işgəncə metodu tətbiq edilir. Məhbus zorakılıqla öz vəsaiti hesabına təmir edib
saxlandığı kameradan çıxarılır. Xasiyyətcə tam əks olan məhbusla bir kameraya
salınıb, qəsdən konflkt mübahisə şəraiti yaradılaraq, hər bir
məhbusun həyatına təhlükə yaradılır və yaxud xəstə məhbusla sağlam
məhbus bir kameraya salınaraq xəstəliyə yoluxdurulur. Həbsxana rəisi ilə heç
cür əlaqə saxlamaq mümkün deyil, heç bir valideyini qəbul etmir, telefona cavab
vermir (bəzi məhbuslar istisna olmaqla). Cəzalandırılan məhbus barədə qəbul
edilən qərarın surəti həmin məhbusa verilmir ki, qanuna müvafiq qaydada həmin
qərardan şikayət edə bilsin. Məhbusun bütün dəftərxana ləvazimatları, qadağan
olunmamış hüquqi ədəbiyyatlar, dövlət strukturları ilə yazışmaları, hətta qələm, zərf, markalar həbsxana rəisi tərəfindən
yoxlanılır və ya müsadirə edilir.
Əgər
məhbuslara qanuna müvafiq qaydada saxlanması üçün normal şərait
yaradılıbsa, işgəncələrə məruz qalmırlarsa, niyə məhbusların müraciətlərinə
blokada yaradılır? Məhbusların yazılarından niyə qorxurlar? Həbsxana
rəisindən edilən şikayətlər, "araşdırılması" üçün həmin rəisə
qaytarılır. Belə olan halda yüksək maaşla Penitensiar Xidmət idarəsində
işləyən təhqiqatçı və hüquqşünaslara ehtiyac
qalırmı? Penitensiar Xidmətdə həbsxana rəisinin
“araşdırmalarının”x9d nəticələrinə arxayın olaraq, bütün bu cinayət xarakterli
hərəkətləri təkzib edir.
Həbsxanalarda qolu qandallanaraq qul
vəziyyətində, tam informasiya blokadasında saxlanılan, məhbusla dubinka
vasitəsilə danışan həbsxananın güc strukturlarının cinayət xarakterli
hərəkətləri barədə məlumatlar araşdırılmalıdır. Belə məlumatları zəncirvari şəkildə
bir-biri ilə bağlı olan Ədliyyə Nazirliyinin tabeliyində olan İctimai
Komitədən, Penitensiar Xidmətdən, həbsxana rəisləri və onların
yanında fəaliyyət göstərən “hüquq müdafiəçiləri”x9d-ndən deyil, məhbuslardan
və onların yaxınlarından almaq lazımdır. Hazırda Qobustan
həbsxanasında məhbuslara qarşı işgəncə və təzyiqlər daha qəddarlıqla
davam edir. Məhbus ölümü barədə ardıcıl məlumatlar, həbsxana rəisi Fikrət
Qafarovun məhbuslara qarşı qəddarlığı, məhbusları ölümlə hədələri, məhbus
yaxınlarına faciəli həyat yaşadır.
Penitensiar
Xidmətin şəffaflıq problemi. Rəsmi təbliğat vasitələrinin
elan etdiklərindən fərqli olaraq Penitensiar Xidmət sahəsində, Xidmətin idarə
olunması, kadrların seçimi və təyinatında, büdcə və büdcə vəsaitlərinin idarə
olunmasında, eləc də həbs yerlərində ümumi vəziyyət, istintaq təcridxanalarına
və cəza çəkmə müəsisələrinə müstəqil hüquq müdafiəçilərinin buraxılması,
onların orda monitorinq aparması, düstaqlarla görüşüb problemləri araşdırması və
digər məsələlərlə bağlı şəffaflıq yox dərəcəsindədir. Məsələn, dəfələrlə edilən
sorğulara və çağırışlara baxmayaraq nə hökümət, nə də Penitensiar Xidmət dövlət
tərəfindən bu istiqamətdə ayrılan vəsaitin həcmi, büdcəsi, eləcə də düstaqların
ərzaq, geyim, saxlanma, daşınma, tibbi, sosial xidmət, həmçinin personal
heyətin əmək haqları, saxlanması və digər xərclər barədə sualları
cavablandırmır. Məsələn, dəfələrlə cəhdlər edilsə də Penitensiar Xidmət bir
məhbusun saxlanmasına ayrılan xərcin həcmi
barədə “Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansın İnformasiya
sorğusunu cavablandırmaqdan imtina edir. Maraqlıdır ki, Azərbaycan höküməti və Penitensiar Xidmət
yuxarıda qeyd olunan məlumatları lazımi beynəlxalq qurumlara təqdim etdiyi
halda həmin məlumatları ölkə ictimaiyyətinə və yerli vətəndaş cəmiyyəti
institutlarına açıqlamaq istəmir. Bu isə qanunvericiliyin tələblərinə ziddir.
Digər tərəfdən Penitensiar Xidmətə ayrılan vəsaitlər Azərbaycan respublikasının
dövlət büdcəsindən xərclənir. Büdcə xərcəmələri ictimai vəsaitdir, onun
həcminin, təyinatının gizli saxlanmasına heç bir halda yol verilmir.
Avropa İnsan
Haqları Məhkəməsinin icra olunmayan qərarları. Avropa İnsan Haqları
Məhkəməsinin Azərbaycanda həbsdə olan bir çox siyasi məhbuslarla bağlı qəbul
etdiyi qərarları icra olunmur. Bir neçə il öncə bu qərar hazırda həbsdə olan
keçmiş səhiyyə naziri, siyasi məhbus Əli İnsanova qarşı münasibətdə öz əksini
tapıb. Hazırda analoji mənzərə həbsdə olan digər siyasi məhbuslar- 2013- cü
ilin yanvar ayında İsmayıllıda baş vermiş hadisələrə görəhəbs olunmuş siyasi
məhbuslar- REAL Hərakatının sədri İlqar Məmmədova və Musavat partiyası
başqanının müavini Tofiq Yaqubluya qarşı həyata keçirilir. Cari ilin dekabr
ayının 9-da Avropa Şurası Nazirlər Komitəsinin insan hüquqlarına dair keçirdiyi
iclasda5- ci dəfə Azərbaycan hakimiyyətinin indiyədək İlqar Məmmədovu azad
etməməsindən “dərin təəssüf hissi”x9dnin keçirildiyi ifadə olunub. Halbuki, bu
barədə Avropa məhkəməsinin qərarı və Azərbaycan rəhbərliyinə çoxsaylı
müraciətlər olub.Qərarda İ.Məmmədovun dərhal azad edilməsi və Avropa
məhkəməsinin qərarlarının icrasından yan keçmək cəhdlərinə son qoyulması tələb
olunub.
2014-cü ilin mayında Avropa məhkəməsi İ.Məmmədovun həbsinin əsassız
olması barədə qərar çıxarıb və onun azad edilməsinə çağırıb.Sonradan Avropa
məhkəməsi T.Yaqublunun da barəsində analoji qərarı çıxarıb. 3 il bundan öncə
isə analoji qərar keçmiş səhiyyə naziri Əli İnsanov barəsində çıxarılıb. Lakin
bu günə qədər hər üç siyasi məhbus qeyri- qanuni şəkildə həbsdə saxlanılır.
Nəticə. Azərbaycan həbsxanalarında
məhbusların saxlanma şəraiti, onların hüquqları və siyasi məhbus problemi ilə
bağlı mövcud vəziyyətə dair yuxarıda deyilənləri ümumiləşdirib bu nəticəyə
gəlmək olar ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin
davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar sovet dövründə inşa
edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir.
Saxlanma yerlərində vəziyyət normal səviyyədə deyil, əksinə ağır olaraq
qalır, insan həyatı üçün bəzi məqamlar
baxımdan təhlükəlidir.Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat
qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif
tibbi xidmət kimi amillərin birləşməsi yolxucu xəstəliklərin yayılmasına səbəb
olmuşdur. Məhbusların vəkilləri və ailə üzvləri ilə görüşlərinə
məhdudiyyətlər qoyulur. Məhbusların işləmələri və ya təlimlərdə
iştirak etmələri üçün çox az sayda imkanlar var. Bir çox hallarda həbs
edilən şəxslərə qarşı fiziki zorakalıq və işgəncə halları baş vermişdir.
Həbs yerlərində əsas problemlərdən biri korrupsiya və işgəncə halları
ilə bağlıdır ki, bu problem daha geniş və ağır vəziyyət yaradıb. Məhbusların
hüquqlarının lazımi səviyyədə təmin olunmaması, bir çox qanunvericilik
aktlarının, o cümlədən "Həbs
yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi
haqqında" Qanunun və Avropa Penitensiar
Qaydalarının tam gücü ilə tətbiq edilməməsi bu sahədə olan mövcud boşluqlardan
və problemlərdən olmaqla narahatlıq doğuran məsələlərdir.
Problemlərin
aradan qaldırılması üçün ciddi addımlar atılmalı, qanunların işləməsinə şərait
yaradılmalı və dərin islahatlar həyata keçirilməlidir.
Hazırda
ölkədə məhbuslarla bağlı ən ciddi problemlərdən biri siyasi məhbus poblemdir.
İctimai- siyasi fəaliyyətinə, hüquq- müdafiə, jurnalist fəaliyyətinə, dini
baxşılarına görə ölkə həbsxanalarında
100- dən çox siyasi məhbus var. Hakimiyyət özünə təhlükə heab etdiyi
istənilən şəxsi müxtəlif üsullarla şərləyib həbsə atır və onlara qarşı
fantastik və absurd məhkəmə cəzası kəsir. Bir sıra yerli və beynəlxalq
təşkilatların təkidli tələblərinə baxmayaraq Azərbaycan höküməti siyasi məhbus
problemini həll etmək əvəzinə yeni- yeni ictimai fəalları müxtəlif uydurma
bəhanələrlə həbs edir. Aparılan araşdırmalar göstərir
ki, hazırda ölkəmiz keçmiş MDB və Avropa ölkələri arasında ölkə əhalisinin adam başı ilə
müqayisədə siyasi məhbusların sayına görə lider ölkələrdən biridir. Bu
göstərici ölkədə insan haqlarının, sərbəst toplaşmaq, söz, ifadə, mətbuat
azadlığının həm də real göstəricisi hesab oluna bilər. Bu
göstərici həm də ölkədə mövcud olan avtoritar rejimin dinc, günahsız insanlara
tətbiq etdiyi ağır cəzaların statistik nəticəsindən doğur. Bir çox hallarda
açılan cinayət işləri Cinayət Məcəlləsinin (CM) uyğun maddələri ilə deyil, yuxarı hədlə, bəzi
hallarda isə şişirdilmiş halda tətbiq olunur. Bu isə rejimin mahiyyətindən,
sərtliyindən doğmaqla yanaşı, həm də hüquq mühafizə orqanlarını bürümüş
korrupsiyanın fəsadlarından irəli gəlir. Həbsxanaya atılan insanlar azadlıqda
işlətdiyi “cinayətlər”x9dlə bərabər həbs həyatı yaşadığı həbsxananın yazılmamış
qanunları ilə də cəzalandırılır. Bu gün Azərbaycandakı həbs yerlərinin
əksəriyyəti ölüm düşərgələrini- konslagerləri xatırladır. Məhkum edilən insanlar
həbsxanalardan cəza çəkib, islah olunub cəmiyyətə səhvlərini dərk etmiş insan
kimi deyil, əksinə əzilib, bezdirilmiş, dustaq dili ilə desək “sındırılmış”x9d
şəkildə çıxırlar. Hazırkı Penitensiar Xidmətin mahiyyəti, iş rejimi, dustaqlara
münasibəti sovet dövründə olduğu kimi qalır. Bir çoxları Azərbaycanın
Avropa Şurasına üzv qəbul edilməsi,
Avropa Penitensiar Qaydalarına, eləcə də digər bir sıra Konvensiyalara qoşulmaqla bu sahədə ciddi islahatların
aparılacağına, vəziyyətin düzələcəyinə ümid etsələr də gözləntilər özünü
doğrultmadı. Digər tərəfdən ölkədəki avtoritar rejimin mahiyyətindən doğan
qisasçılıq, repressiyalar, insanlarda qorxu xofu yaratmaq cəhdi dörd divar
arasında- barmaqlılar arxasında daha amansız şəkildə həyata keçirilir.
Əldə olunan məlumatlara görə son illər bütün İstintaq Təcridxanaları
və CÇM- lər dustaqlarla doludur. Adam
sayına və yer sxlığına görə onların sayı həddən çoxdur. Bir çox yerli və
beynəlxalq təşkilatların açıqladığı hesabatlarda da bu rəqəm öz əksini tapır.
Azərbaycan
həbsxanalarında saxlanma şəraitinin yaxşılaşdırılması, məhbus hüquqlarının
qorunması və siyasi məhbus probleminin həll olunması üçün təxirəsalınmaz
kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsinə ehtiyac var.
Tövsiyələr;
Azərbaycanda həbs yerlərində vəziyyətin, infrastrukturun
yaxşılaşdırılması, dustaqların hüquq və azadlıqlarının təmin edilməsi,
qorunması və siyasi məhbus probleminin həll edilməsi üçün aşağıdakı tövsiyələr
irəli sürülür;
Həbs yerlərindəki vəziyyətin yaxşılaşdırılması və məhbusların
hüquqlarının qorunması sahəsində qanunvericilik bazası təkmilləşdirilsin,
qanunların tam gücü ilə həyata keçirilməsi təmin edilsin;
"Həbs
yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi
haqqında" Qanunun tətbiqi hər tərəfli şəkildə
təmin edilsin.
İnsan həyatı üçün təhlükəli olan köhnə istintaq təcridxanalarının
və CÇM- lərinin ləğv edilərək yenilərinin inşa olunması prosesi
surətləndirilsin;
Penitensiar Xidmətin ictimaiyyət üçün açıqlığı, şəffaf
fəaliyyəti, hesabatlılığı, vətəndaş cəmiyyəti institutlarının sorğularının
cavablandırması təmin edilməlidir;
Həbs yerlərində korrupsiya və işgənçə halları ciddi
şəkildə araşdırılaraq aradan qaldırılsın, qanunsuz əməllərə yol verən məsul
şəxslər haqqında ciddi ölçü götürülsün;
Beynəlxalq
qurumların, xüsusən ABŞ Dövlət Departamentinin və BMT- nin İşgəncələr Əleyhinə
Komitəsinin Hesabatında Azərbaycanda həbs yerlərindəki vəziyyət, işgəncə
və korrupsiya halları, məhkəmlərin
qeyri- müstəqil olması, ictimai- siyasi fəalların qanunsuz şəkildə təqib
olunması və s. məsələr ciddi şəkildə araşdırılıb aradan qaldırlsın.
Penitensiar Xidmət tərəfindən müstəqil hüquq
müdafiəçilərinin həbs yerlərinə daxil olaraq məhbuslarla görüşmək, onları
narahat edən problemlərlə maraqlanmaq və monitorinq aparılması ilə bağlı ayrı-
seçkilik aradan qaldırılsın və buna şərait yaradılsın;
Həbs yerlərində ümumi durum və saxlanma şəraiti,
məhbusların hüquq və vəzifələrinin qorunması sahəsində vəziyyət Azərbaycanın
qoşulduğu Avropa Penitensiar Qaydalarına tam uyğunlaşdırılmalıdır;
Həbs yerlərində məhbuslara dövlət tərəfindən verilən
yeməyin, qida və ərzaq təminatının
keyfiyyəti, tibbi, sosial xidmətlər yaxşılaşdırılsın, Penitensiar Xidmət
personalının peşakarlığı artırılsın, onların dustaqlara münasibəti
qanunvericilk səviyyəsində tənzimlənsin;
1990-
cı illərin ortalarında ömürlük həbsə məhkum edilmiş şəxslərin işinə fərdi
qaydada yenidən baxılsın;
İnsanların
ictimai- siyasi fəaliyyətinə görə təqib
edilməsi praktikasına son qoyulsun. Həbsdə olan bütün siyasi məhbuslar qeyd-
şərtsiz azadlığa buraxılsın. Onlara dəyən maddi və mənəvi ziyana görə
Azərbaycan höküməti hər bir siyasi məhbus üçün müvafiq təzminat ödəsin.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
Azərbaycan Respublikasının
Konstitusiyası
"Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan
Respublikası Qanunu
“MƏHKUMLARIN
İSLAH EDİLMƏSİNDƏ İCTİMAİYYƏTİN İŞTİRAKI VƏ CƏZANI İCRA EDƏN MÜƏSSİSƏLƏRİN
FƏALİYYƏTİNƏ İCTİMAİ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI”x9d
“Avropa Penitensiar Qaydaları”x9d beynəlxalq Konvensiya
ABŞ Dövlət Departamentinin
hesabatı
Beynəlxalq Qırmızı Xaç Komitəsinin
hesabatı
Amnesty İnternational
təşkilatının hesabatı
BMT- nin İşgəncələr Əleyhinə
Komitəsinin hesabatı
Keçmiş vicdan məhbusları,
vəkillər və hüquq müdafiəçiləri ilə müsahibələr
Ədliyyə nazirliyi Penitensiar
Xidmətin internet səhifəsi
Avropa Şurasının cinayət
işləri və cəzaçəkmə ilə bağlı “SPACE”x9d statistik hesabatı
(Hesabat
“Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansı tərəfindən hazırlanıb.
Hesabatdan istifadə edərkən mənbəyə istinad edilməlidir)
dekabr 2015- cü
il, Bakı şəhəri


































































































