Space TV-nin sədri, tanınmış rejissor Vaqif Mustafayevin vəzifədən azad edilməsindən sonra bu kanala kimin rəhbərlik edəcəyi müzakirə mövzusudur.
Bizim.Media xəbər verir ki, hazırda bir çox şəxsin – SpaceTV-yə bir vaxtlar rəhbərlik etmiş Etibar Babayev, ATV-nin keçmiş sədri Vüqar Qaradağlı, o cümlədən tanınmış aparıcı Turan İbrahimov və hətta Vado Korovinin mümkün namizədliyi səsləndirilir.
MÖVZU İLƏ BAĞLI:
Sevil Əliyeva: "Vaqif Mustafayev istefa verməyib, mən çıxartdım"
Space TV-nin təsisçisi Sevil xanım Əliyeva mediaya açıqlamasında artıq kanalın rəhbərinin müəyyənləşdiyini, yaxın vaxtlarda onun ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Kanaldakı mənbə deyib ki, Sevil Əliyevanın yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir: “Kanal rəhbərini də özü təyin edəcək”.
Bizim.Media