Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edildi

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edildi

Hazırda oxunan: Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edildi

113169

Daxili işlər naziri Vilayət Eyvazov Xaçmaz Rayon Polis Şöbəsinin Yol Polisi bölməsinə yeni rəis təyin edib. Belə ki, daha əvvəl Xızı rayonunda eyni vəzifəni tutmuş Füzuli Əsədov Xaçmaz Rayon Yol Polisi Şöbəsinə təyinat alıb. 

Xaçmaz polis şöbəsindən Bizim.Media-ya faktı təsdiq ediblər. 

Qeyd edək ki,Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov da Xızı Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən Xaçmaz polisinə rəhbər təyin olunmuşdu. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO