Yanvarın 7-dən hava şəraiti kəskin DƏYİŞƏCƏK – Qar YAĞACAQ

Yanvarın 7-dən hava şəraiti kəskin DƏYİŞƏCƏK – Qar YAĞACAQ

Hazırda oxunan: Yanvarın 7-dən hava şəraiti kəskin DƏYİŞƏCƏK – Qar YAĞACAQ

113166

Hava şəraitinin dəyişəcəyi haqqında məlumat

Yanvarın 7-dən gecə başlayaraq Azərbaycanda hava şəraiti kəskin dəyişəcək. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. 

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə şimal-şərq küləyi ayın 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. 
“Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO