Zaqatalada dövlət hesabına tikilən 5 min ev sənədləşdirildi

Zaqatalada dövlət hesabına tikilən 5 min ev sənədləşdirildi

Hazırda oxunan: Zaqatalada dövlət hesabına tikilən 5 min ev sənədləşdirildi

113160

Zaqatala rayonunda təbii fəlakət nəticəsində dağılmış və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin Dövlət Xidməti tərəfindən sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat xidməti göstərilib. 

Bizim.Media-nın yerli bürosu rayon icra hakimiyyətinə istinadən bildirir ki, belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər.

Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur. 

Məlumat üçün bildiririk ki, Fərmanın əhatə etdiyi şəxslərin adlı siyahısı Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) yerləşdiriləcək. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO