Bu televiziya kanalına yeni direktor TƏYİN olundu

Bu televiziya kanalına yeni direktor TƏYİN olundu

Hazırda oxunan: Bu televiziya kanalına yeni direktor TƏYİN olundu

113136

Tanınmış aparıcı Rövşən Binnətli İdman TV-də direktor vəzifəsinə təyin olunub. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov yeni təyinatla bağlı əmr imzalayıb.

Bu barədə məlumatı Bizim.Media-ya "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nərgiz Rəfiyeva bildirib. 

Qeyd edək ki, bu təyinata qədər R.Binnətli adıçəkilən televiziyanın direktor müavini idi və direktor vəzifəsini icra edirdi.

Rövşən Binnətli Azərbaycan idman jurnalistikasının tanınmış simalarından biridir. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinini bitirib. 1980-ci ildən jurnalistikadadır. Jurnalistika fəaliyyətinə qəzetdən başlayıb. Sonra 11 il  - 2001-2012-ci illərdə "Lider" televiziyasında işləyib. Ardından “New Baku Post” qəzetində çalışıb. "CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru vəzifəsində çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO