Ermənilər Suqovuşan su anbarına verilən suyun həcmini azaldıbmı? - RƏSMİ

Ermənilər Suqovuşan su anbarına verilən suyun həcmini azaldıbmı? - RƏSMİ

Hazırda oxunan: Ermənilər Suqovuşan su anbarına verilən suyun həcmini azaldıbmı? - RƏSMİ

113074

Ermənilərin Sərsəng Su Anbarından Suqovuşan su anbarına verilən suyun həcmini azaltmaq barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, bunu trend.az-a açıqlamasında Tərtərçay Hidroqovşağının İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov deyib.

O bildirib ki, su anbarındakı təmir işləri ilə əlaqədar suyun həcmi bilərəkdən azaldılıb.

"Göldə suyun səviyyəsinin aşağı düşməsinə səbəb orda aparılan təmir işləri ilə əlaqədardır. Gölün bir qapısı təmir edildiyindən suyun səviyyəsi bizim tərəfimizdən məqsədyönlü şəkildə azaldılıb. Sərsəng su anbarından buraxılan 8-10 kubmetr su əvəvlki qaydada Tərtər çayına axıdılır və ordan da təsərrüfatlara paylanılır. Əvvəl hansı rejimdə işləyirdiksə, indi də həmin qaydada davam edirik",- M. Kərimov deyib.
Xatırladaq ki, bəzi sosial şəbəkələrdə Sərsəng su anbarından Suqovuşan su anbarına gələn suyun ermənilər tərəfindən azaldılması barədə məlumat yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO