Tovuz sakinini qatar vurub öldürdü

Tovuz sakinini qatar vurub öldürdü

Hazırda oxunan: Tovuz sakinini qatar vurub öldürdü

112976

Tovuz sakinini qatar vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, saat 20:00-da yük qatarı Qovlar-Zəyəm istiqamətində hərəkətdə olarkən Tovuz rayonunun Dönük Qırıxlı kənd sakini Tural Ramiz oğlu Yaqubov dəmir yolu xəttinə yaxınlaşaraq özünü qəfildən relslərin üzərinə atıb.
"Maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan T. Yaqubovun həyatını xilas etmək mümkün olmayıb", - deyə qurumdan bildirilib.

Qeyd olunub ki, hadisənin baş verdiyi müvafiq sahədə təyin olunmuş sürət 60 km/saatdır, hadisə vaxtı qatarın faktiki sürəti 50-52 km/saat olub.

Fakt aidiyyəti üzrə araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO