Azərbaycanlı jurnalistlər Rəzəvi Xorasan əyalətinə səfər edib

Azərbaycanlı jurnalistlər Rəzəvi Xorasan əyalətinə səfər edib

Hazırda oxunan: Azərbaycanlı jurnalistlər Rəzəvi Xorasan əyalətinə səfər edib

112873
İran İslam Respublikası və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmlənməsi hədəfi ilə bu gün Azərbaycan Respublikasının media işçilərindən 9 nəfərdən ibarət bir qrup jurnalıst və fotoqraf müqəddəs Məşhəd şəhərinə yollanmışlar. Bu dəfə İrana yola düşən Azərbaycanlı media işçiləri “ATV”x9d, “Apa”x9d, “İnter.az”x9d və “İctimai TV”x9d telekanalları, həmçinin “Salamnewz”x9d və “Sputnik.az”x9d xəbər agentliklərinin əməkdaşlarından ibarətdir.

İslam Peyğəmbəri (s), eləcə də həzrət İsa Məsih (ə) və İmam Sadiqin (ə) təvəllüd günlərinə təsadüf edən bu günlərdə həmin media işçilərinin İrana səfərində məqsəd, onların səkkizinci İmam həzrət Rzanın (ə) ziyarətgahını ziyarət etmək, həmçinin İmam Rza (ə) adına müqəddəs dərgahın fəaliyyəti, bununla yanaşı Rəzəvi Xorasan əyalətinin iqtisadi, mədəni və turizm sahəsində mövcud olan potensialını Azərbaycan Respublikasının müsəlman və şiə xalqına tanıtdırmaqdan ibarətdir.

İslam ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə “ISESCO”x9dnun 2010-cu ildə Bakıda keçirilmiş tədbirində təsdiq etdiyi qərara əsasən Məşhəd şəhəri 2017-ci ildə İslam dünyasının paytaxtı seçilmişdir. Bu da ölkə üçün olduqca çox önəmli olan milli və beynəlxalq hadisədir. Bundan əlavə, Məşhəd şəhəri 2017-ci ildə “ISESCO”x9dnun beynəlxalq iclasına da ev sahibliyi edəcəkdir.

Ekspertlər Məşhəd şəhərinin İslam dünyasının paytaxtı kimi seçilməsini İmam Rza (ə) mədəniyyəti və ziyarətinin rəvac verilməsi üçün olduqca önəmli bir fürsət kimi dəyərləndirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO