Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi TƏŞKİL EDİLDİ - FOTO  

Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi TƏŞKİL EDİLDİ - FOTO  

Hazırda oxunan: Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi TƏŞKİL EDİLDİ - FOTO  

112857

Şəki Dövlət Dram Teatrında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənlikləri davam edir.  

Belə ki, bu dəfə teatrın qapıları məxsusi olaraq şəhid və qazi övladları üçün açılıb, xüsusi proqram və bayram şənliyi nümayiş olunub.

Bizim.Media-nın yerli bürosuna Teatrın ədəbi dram hissə müdiri Lalə Məmmədovanın verdiyi məlumata görə, uşaqlar yeni ilin gəlişi ilə əlaqədar hazırlanmış “Əsl Şaxta baba” adlı şou nağıl-tamaşasına baxıblar.  

Tamaşada Küpəgirən Qarının və onun əlaltıları olan Qarğa, Muzey və Bostan müqəvvalarının uşaqların bayram gününü pozmasından bəhs edilir. Onlar əsl Şaxta babanı yalançı Şaxta baba ilə əvəz etmək istəsələr də, ağıllı Bayquş və qoçaq Dovşanın sayəsində məqsədlərinə çata bilmirlər və hər şey qaydasına düşür.  
Tamaşanın sonunda Şəki şəhər icra hakimiyyəti tərəfindən uşaqlara bayram hədiyyəsi təqdim olunub. Sonra uşaqlar və onların valideyinləri üçün şəhər restoranlarından birində bayram süfrəsi açılıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO