Elmlər Akademiyasında kadr dəyişikliyi baş verib

Elmlər Akademiyasında kadr dəyişikliyi baş verib

Hazırda oxunan: Elmlər Akademiyasında kadr dəyişikliyi baş verib

112847
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında bir sıra kadr dəyişikliyi baş verib. 

Moderator.az-ın xəbərinə görə, iclasda AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə təyinatı təsdiqlənib.

Eyni zamanda, iclasda qəbul edilən qərarla biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini müvəqqəti icra edəcək.

Biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev AMEA-nın Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO