Yaşayış binasındakı partlayışda ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB - FOTO

Yaşayış binasındakı partlayışda ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Yaşayış binasındakı partlayışda ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB - FOTO

112813

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən şəxsin kimliyi məlum olub. 

Bizim.Media DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub. 

Qeyd edilib ki, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib. 

Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. 

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Hadisə nəticədə 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib. 
Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

*** 16: 22

Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib. 

Təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

***

Bakıda yaşayış binasında partlayış olub. 

Bizim.Media xəbər verir ki, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. 

Eyni zamanda, partlayış baş verən əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO