Sovet dövründən qalmış YENİ İL ƏNƏNƏLƏRİ – FOTO 

Sovet dövründən qalmış YENİ İL ƏNƏNƏLƏRİ – FOTO 

Hazırda oxunan: Sovet dövründən qalmış YENİ İL ƏNƏNƏLƏRİ – FOTO 

112803

Yeni ilin rəsmi qarşılanması ənənəsi SSRİ-də 1935-ci ildən qoyulub. 1947-ci ildən isə bu bayram daha təntənəli qeyd olunmağa başlanıb. Belə ki, 1947-ci ildən yanvar ayının 1-i istirahət günü elan edildikdən sonra SSRİ sakinləri bayram gecəsi keçirmək imkanı əldə ediblər. 
Daha sonralar Yeni il bayramı sovetlər birliyində ən çox sevilən bayrama çevrilib.

Bəs Sovet dövründə hansı Yeni il bayramı ənənləri olub ki, postsovet məkanında hələ də davam edir? 

Bizim.Media həmin ənənələrdən bəzilərini təqdim edir:


“Generalnıy uborka” - TƏMİZLİK

Məcburi təmizlik proqramına xalçaların çırpılması, bıçaqların təmizlənməsi, çilçıraqların yuyulması və s. daxil idi. Bayramqabağı ev təmizliyinin növbəti bir il boyunca şans gətirəcəyinə inanılırdı. 




Uşaqlar üçün BAYRAM KOSTYUMU

Uşaq bağçasında və məktəblərdə bayram kostyumları valideynlər tərəfindən hazırlanırdı. Qar qızı geyimində qızlar və dovşan kostyumunda oğlanlardır. İndi isə dəbdəbəli və realist karnaval kostyumlarının bolluğu müasir valideynlərə bu əzablardan qaçmağa imkan verir. 


Məhsulların əvvəlcədən alınması

Yeni il süfrəsi üçün müxtəlif təamların hazırlanmasında istifadə edilən məhsulların axtarışı həmin dövr üçün çətin olduğundan alış-veriş bir neçə gün öncədən edilirdi. Bəzən isə lazım olan ərzağı tapmaq mümkünsüz idi.


Əvvəlcədən hazırlanmalı olan yeməklər

Jelatin, jelatinli balıq, tort və s. - bütün bunları sovet evdar qadınları özləri hazırlayırdı. Bu cür yeməklər müəyyən hazırlıq xüsusiyyətləri ilə fərqləndiyindən, onları 1-2 gün əvvəl bişirməyə başlayırdılar ki, bayramadək soyuducuda dəmləməyə vaxt tapsın. 

Demək olar ki, bütün sovet ailələrində təxminən eyni menyuda ənənəvi bayram süfrələri açılıb. “Paytaxt” və “Şuba” salatı, Şampan şərabı, narıngi, “Assorti” şokoladı, “Buratino” limonadı, “Napoleon” tortu süfrələrin əsas bəzəyinə çevrilib.


Yeni il “YOLKASI”

SSRİ-də Milad ağacı yarmarkaları o qədər də çox deyildi. Buna görə də bayramın əsas simvolunun əldə edilməsinə çox vaxt əvvəlcədən hazırlıq görülürdü. Lakin həmin dövrdə təbii küknarlardan istifadə edildiyindən ağacın saralmaması üçün xüsusi diqqət göstərilirdi.

Dövrün yadda qalan bayran ənənələrindən biri uşaqların valideynlərini və müəllimlərini üzərində Yeni il rəmzləri əks olunan açıqcalarla təbrik etmələri idi. Bu adi təbrik böyüklər tərəfindən yüksək qiymətləndirilib.


Sovet dövrü olsa da hər halda həmin dövrdə Yeni il bayramı şən, insanların bir-birlərinə təbriki səmimi, bayram ənənələri isə maraqlı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO