FHN qəzaya düşən avtomobildə sıxılı qalmış şəxsləri belə xilas etdi - VİDEO

FHN qəzaya düşən avtomobildə sıxılı qalmış şəxsləri belə xilas etdi - VİDEO

Hazırda oxunan: FHN qəzaya düşən avtomobildə sıxılı qalmış şəxsləri belə xilas etdi - VİDEO

112797

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bizim.Media-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə ağır QƏZA - Ölən və yaralananlar var


Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili elektrik dirəyinə çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO