Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO

Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO

112703

Bakıda yaşayış binasında partlayış baş verib, iki nəfər xəsarət alıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarından nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının zərbəsindən mətbəxin və eyvanın pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.
 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO