Sentyabr şəhidinin ordeni Xızıda ailəsinə təqdim olundu - FOTO

Sentyabr şəhidinin ordeni Xızıda ailəsinə təqdim olundu - FOTO

Hazırda oxunan: Sentyabr şəhidinin ordeni Xızıda ailəsinə təqdim olundu - FOTO

112678

Sentyabr şəhidi Saleh Qurbanovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təltif edildiyi "Azərbaycan Bayrağı” ordeni ailəsinə təqdim olunub.

Bu barədə şəhidin Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan valideynləri Bizim.Media-ya məlumat verib.

Anası Esmira Qurbanovanın sözlərinə görə, şəhid  oğlu Salehin təltifi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon şöbəsinin əməkdaşları tərəfindən ailəyə verilib.
Qeyd edək ki, 32 yaşlı Saleh Qurbanov Müdafiə Nazirliyinin "Komando" hərbi hissələrindən birində tabor komandiri idi. O, 2022-ci il sentyabr ahında Ermənistanla dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO