Quba rayonunda avtomobil qəzası 200 abonenti qazsız qoyub.
Bu barədə Bizim.Media-nın Şimal bürosuna rayonun Timiryazev qəsəbə sakinlərindən verilən məlumata görə, Quba-Xaçmaz yolunun 1-ci km-də iki avtomobilin toqquşması zamanı nəqliyyat vasitələrindən biri qaz xəttinin üzərinə düşüb.
Nəticədə Timiryazev qəsəbəsinin 200 abonenti qazsız qalıb.
Bayram günləri əhalinin qazla təminatını bərpa etmək üçün Quba-Xaçmaz regional qaz idarəsinin Quba sahəsinin qəza briqadası hadisə yerinə cəlb olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:21 / 31.12.2022
Qubada avtomobil qəzası sakinləri QAZSIZ qoydu
Hazırda oxunan: Qubada avtomobil qəzası sakinləri QAZSIZ qoydu
Hazırda oxunan: Qubada avtomobil qəzası sakinləri QAZSIZ qoydu
112614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.