Bayram gecəsi qar görmək üçün hara gedək? – BU ƏRAZİLƏR bəyaz olacaq 

Bayram gecəsi qar görmək üçün hara gedək? – BU ƏRAZİLƏR bəyaz olacaq 

Hazırda oxunan: Bayram gecəsi qar görmək üçün hara gedək? – BU ƏRAZİLƏR bəyaz olacaq 

112589

Adətən yeni il günü insanlar, xüsusən də uşaqlar qarın yağmasını gözləyir. Amma paytaxt Bakıda bir neçə ildir ki, ilin son günü qar yağmadan keçir. Anoloji durum 2022-ci ilin son gecəsində də özünü göstərməkdədir. 

Görəsən, yeni il axşamı ölkənin hansı ərazilərində hər ilin bu günü alışdığımız bəyaz örtüyü görə biləcəyik?

Bizim.Media-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirir ki, yeni il axşamı və növbəti ilin ilk günlərində ölkənin bütün ərazisində hava şəraiti sabit və yağmursuz olacaq: 

“Bakıda yeni il günü nadir hallarda qarın yağması müşahidə olunub. Ümumiyyətlə dekabrın sonu və yeni ilin ilk ayı adətən soyuq aylar kimi xarakterizə olunur. Lakin son illərdir ki, yeni il ərəfəsi, dekabrın son günü havanın mülayim və yağmursuz keçdiyinin şahidi oluruq. Bu hal özünü əsasən də paytaxt Bakıda göstərir.

Yəni havanın temperaturunun mülayim olmasının nəticəsidir ki, yeni il ərəfəsi səbirsizliklə gözlədiyimiz qarın yağmasını görə bilmirik. Yüksək istilik sahəsinin təsiri altındayıq. Ona görə də dekabrın 31-də qar görməyəcəyik. Bayram günü və yeni ilin ilk günlərində ölkənin bütün ərazisində hava şəraiti sabit olacaq və yağmursuz keçəcək”.
Bütün bunlarla bərabər bildirək ki, Qusarda Şahdağ, Qəbələdə Tufandağ, Laçın-Kəlbəcər ərazilərinin əksəriyyətində ötən gündən yağan qar hələ də təbiəti bəyaz örtük altında saxlayır. Ölkəmizin bir çox dağlıq ərazilərində bayram gecəsi qar görmək mümkündür. 

Bayramınız mübarək, əziz soydaşlar, qardaşlar, bacılar! İlimiz uğurlu gəlsin!

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO