Salyanda polis ƏMƏLİYYAT keçirdi – TUTULAN VAR

Salyanda polis ƏMƏLİYYAT keçirdi – TUTULAN VAR

Hazırda oxunan: Salyanda polis ƏMƏLİYYAT keçirdi – TUTULAN VAR

112225

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Şahin Babayev saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı 300 qrama yaxın marixuana, 40 qramdan artıq heroin, metamfetamin və bir ədəd elektron tərəzi, eləcə də atəşə yararlı bir ədəd "TOZ-8" markalı yivli silah və 37 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO